SƏTHİ DÜŞÜNCƏNİN ÇİRKİN MƏDƏNİYYƏTİ main menu

Giriş

 

“Səthi düşüncəli insan” dedikdə, ümumiyyətlə ədəb qaydalarından xəbərsiz, cahil, məlumatsız, harada necə davranacağını, necə danışacağını bilməyən, ölçüsüz bir insan modeli ağıla gəlir. Lakin bu kitabda toxunulacaq mövzu xalq arasında istifadə olunan mənadakı “səthi düşüncə” deyil, din əxlaqına görə səthi düşüncənin necə bir ruh halı olduğudur. Burada toxunulacaq olan səthi düşüncə, bilinən mənasından daha çox köklü və dərin bir xəstəlikdir. Və insanı-Allahın diləməsi istisna olmaqla-cəhənnəmə sürükləyə biləcək böyük bir təhlükədir.

Səthi düşüncə insanın ruhunu Quran əxlaqına uyğun bir şəkildə dərinləşdirə bilməməsi, Allaha yaxın olmaq və Onun rizasını qazanmaq mövzusunda istəkli olmaması nəticəsində, davranış və düşüncə formasında meydana gələn səthilikdir. Bu səthilik insanın Allahın gücünün sonsuzluğunu, öz ətrafında və dünyada meydana gələn hadisələrdəki hikmətləri və həyatın həqiqi mənasını başa düşməkdə zəif bir qavrayışa sahib olması şəklində özünü göstərər. Allahın varlığını və gücünü qavrayan səmimi bir müsəlmanın göstərdiyi gözəl əxlaq ilə yuxarıda ifadə etdiyimiz şəkildə səthi dünyagörüşünə sahib bir insanın göstərdiyi əxlaq, şəxsiyyət və davranış formaları bir-birindən tamamilə fərqlidir. Müsəlmanlar olduqca nəcib bir ruha, yüksək bir şəxsi keyfiyyətə və dərin bir anlayışa sahib olduqları halda səthi düşüncəli insanlar özlərini alçaldan bir xarakter quruluşuna sahib olarlar.

Səthi düşünmək bəzi insanlar tərəfindən həyat tərzi olaraq yaşanan və əsasən daxildə olan səthi düşüncədən qaynaqlanan rəftar, düşüncə və danışıq pozğunluqlarıdır. Ancaq səthi düşüncə deyildiyi vaxt ağıla səhv bir tərif gəlməməlidir. İnsanların səmimiyyətindən qaynaqlanan təbii rəftarları səthi düşüncə deyil, təbiiliyin özünə xas bir gözəlliyi, dərinliyi və təsiredici xüsusiyyəti vardır. Buna görə də, səthi düşüncədən çəkinmək təbiiliyi məhdudlaşdırmaq deyildir. Səthi düşünmək bunlardan fərqlidir, təbiilik kimi səmimiyyətdən deyil, şüurun bağlanmasından, din əxlaqına zidd olaraq edilən rəftarların mənfur, mənfi təsirini, səthiliyini fərq edə bilməməkdən qaynaqlanır. Cahiliyyə cəmiyyətlərində bəzi insanlar səthi düşünməkdən çəkinmənin yolunun saxta bir nəciblik anlayışı olduğunu güman edirlər. Bu nəcibliyin əsasının də soyuqluq, rəsmiyyət, süni rəftarlar, süni şəkildə edilən kübar davranışlar, qürurlu rəftarlar olduğunu düşünərək, ən azı səthi düşünmək qədər səhv və mənfur başqa bir rəftar pozuğunluğu yaşayarlar. Halbuki, səthi düşünmək xilas olmağın yolu süni bir nəcibliyə sahib olmaq deyil, sadəcə Quran əxlaqını yaşamaqdır.

Bir çox insan səthi düşünməyi qəbul edər. Bunu, sanki həyatın zəruri bir həqiqəti kimi görüb normal qarşılayar, nə öz etdiklərindən, nə də başqalarının bu istiqamətdəki rəftarlarından narahat olmazlar. Əksinə bir-birlərini bu çirkinliyə təşviq edər və özlərini insanların əksəriyyətinin yaşadığı səthi davranışları tətbiq etmək məcburiyyətində hiss edərlər. Hətta bu mövzuda elə şərtləndirilmişdir ki, səthi düşünmək danışıq və baxış formaları özünə xas qaydaları ilə sanki batil bir din halına gətirilmişdir.

Halbuki, səthilik insanı gözəl əxlaqdan, yüksək keyfiyyətli bir şəxsiyyət olmaqdan, böyük düşünməkdən döndərən əhəmiyyətli bir davranış pozğunluğudur. Bir insan batil olan “səthi düşünmə dini”ni mənimsəyibsə, dindar olduğunu desə belə din əxlaqını tam mənasıyla yaşaması mümkün olmaz. Allahın varlığına inansa, “mən müsəlmanam” desə də, bu xəstəlikdən xilas olmadığı müddətcə Quran əxlaqını tam mənasıyla yaşaya bilməz. Necə ki, Allah Quranda bir qrup insanın səthi şəxsiyyət və əxlaq anlayışlarına diqqət çəkmişdir. Bu insan qrupu Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşamış bəzi bədəvilərdir. Sonrakı bölmələrdə davranış və düşüncə formalarındakı səthiliyi Quran ayələri ilə nəzərdən keçirəcəyimiz bədəvilər, həqiqi müsəlmanlardan fərqli olduqlarını, imanın bu kəslərin qəlblərinə hələ daxil olmadığını Rəbbimiz bizə belə bildirmişdir:

 

Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır…” (Hucurat surəsi, 14)

 

Rəftarlarını şəffaf olaraq Quran əxlaqına görə formalaşdıran möminlər isə, Allahın özləri üçün seçib bəyəndiyi və fitrətlərinə ən uyğun olan əxlaqı yaşamaları səbəbiylə səthi rəftarlardan, səthi düşüncə formalarından çəkinmiş olarlar. Bütün rəftarları, düşüncələri, sözləri ruhlarında olan dərinliyi əks etdirəcək xüsusiyyətdə nəcib və gözəldir. Bütün hadisələrdə dünyagörüşlərini Qurana əsasən müəyyənləşdirdikləri üçün Allahın Quranda verdiyi məlumatlar sayəsində səthi düşünməyi ən yaxşı şəkildə dərk edib, diaqnoz edə bilən insanlar da yenə ancaq möminlərdir. Səthiliyi yaşayan bir insan bunun böyük bir təhlükə deyil, bir çox insanın yaşadığı həyatın bir həqiqəti olduğunu düşündüyü müddətcə özünə verdiyi zərəri dərk etməz. Halbuki, səthilik Quran əxlaqından və anlayışından tamamilə uzaq olan adamın müsəlmanca yaşamasına mane olan çirkin və aşağı səviyyəli bir mədəniyyətdir.

Bu fəaliyyət din əxlaqından uzaq yaşayan bəzi insanların -dindar olduqlarını iddia etsələr belə- içinə düşdükləri bu çirkin mədəniyyəti hər istiqamətiylə toxunmaq və həllini də göstərmək məqsədiylə hazırlandı.

Unudulmamalıdır ki, səthiliyin bu çirkin sistemi içində yaşayan insan bundan məsuldur. Belə bir adam Quran əxlaqından və bu əxlaqın incəliklərindən uzaq bir həyat yaşayarkən, səthi ideallar arxasında qaçarkən və buna görə də hesab verə biləcəyini ağlına belə gətirmədiyi halda, ölüm mələklərinin canını almaq üçün yanına gəldiklərini gördüyü vaxt içində olduğu dərin qəflətdən oyanır. Lakin bu çox gec bir oyanışdır. Çünki insanın yaradılış məqsədi Allahın razı qalacağı ümid edilən əxlaqı və həyatı yaşamaqdır, bir ömrün geridə buraxıldığı ölüm anı isə bu məqsədi başa düşmək üçün ola biləcək ən pis dövrdür.

Allah dünyada səthi düşüncədən uzaqlaşıb həqiqi Quran əxlaqına tabe olmayan insanların axirətdə əzabla qarşılaşacağını belə xəbər vermişdir:

 

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 29-36)

Səthi düşüncəli insanlar yaradılış məqsədlərindən uzaq bir həyat sürərlər

 

 

Bir müsəlman Allahın özündən razı qalacağı və cənnətə uyğun olan əxlaqı gözəl görər və bu əxlaqı ən gözəl şəkildə yaşamağı qarşısına məqsəd qoyar. Halbuki insanlardan bəziləri belə bir məqsəddən qafildirlər. Aralarında Allahı razı sala biləcəkləri gözəl əxlaqa aid xüsusiyyətləri qazanmaq istəyinə ehtiyac duymazlar. Sadəcə dünyada özlərini ayaqda tutacaq, yaşamalarını, tək qalmamalarını, istədikləri insanlarla dostluq etmələrini, dünyəvi məqsədlərinə çatmalarını təmin edəcək, yəni cəmiyyət tərəfindən qəbul ediləcək dərəcədə bir şəxsiyyət və əxlaq səviyyəsinə malik olmağı yetərli hesab edərlər. Bu dar dünyagörüşüylə müəyyənləşdirdikləri məqsədləri, onların Allahın məmnun olacağını bildirdiyi əxlaqa yiyələnmələrinə mane olar. Allahın razılığına, rəhmətinə və cənnətinə çatmağı qarşısına məqsəd qoymaq əvəzinə ifadə etdiyimiz kimi orta, səthi dünyəvi məqsədləri olan insanlardan biri olmağı seçərlər. Bu məqsədlərə nail olmaq onlar üçün kifayətdir.

Halbuki, bir insanın yaradılışındakı əsl məqsəd bu dünyəvi məqsədlərdən çox üstün tam fərqli bir məqsəddir. Allah bir ayədə, “əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur…” (Mülk surəsi, 2) deyə ifadə edərək insanın yaradılışındakı məqsədi xəbər verir. Başqa bir ayədə də Rəbbimiz bu məqsədi dərk etmədən olduqca səthi və səthi bir anlayışa sahib bir ömür sürmək niyyətində olan insanlara bu sualı verir:

 

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız? (Müminun surəsi, 115)

 

İnsan dünyada imtahan olunduğu müddət ərzində Qurana tabe olmaqla, hər düşüncəsində və davranışında Allahın razılığını axtarmaqla, vicdanından istifadə etməklə, gözəl əxlaqı yaşamaqla və saleh əməllər etməklə məsuldur. Bu aydın həqiqətə baxmayaraq bir az əvvəl də ifadə etdiyimiz kimi, yaradılış məqsədindən uzaq yaşayan insanlar özlərinə başqa səthi məqsədlər hədəfləyərlər. Bu məqsədlər hər təbəqə və mədəniyyətdə müxtəlif olar. Amma təməldə heç biri, xalis olaraq Allaha qulluq etməyə, Onun rizasını qazanmağa  əsaslanmamışdır.

Yaxşı bir məktəbdən məzun olmaq, universitet imtahanında istədiyi bir ixtisasa sahib olmaq, yaxşı bir evlilik, gözəl və sağlam uşaqlar, uşaqlara yaxşı bir gələcək hazırlamaq, o cümlədən, işində yüksək bir mövqe sahibi olmaq, məqsədəuyğun sərmayələr qoymaq, ev, yaxşı bir avtomobil və bağ almaq, özünün və ailəsinin yaxşı geyinməsini, gəzməsini təmin etmək...

Səthi düşüncəli insanların çoxu yalnız bu ideallarla yaşayar. Halbuki, insanın dünyada olmaq məqsədi bunlardan heç biri deyildir. Üstəlik, bu saydıqlarımız məqsəd ya da ideal halına gətiriləcək mövzular deyil, ancaq bir vasitədirlər. İnsanın dünyada olmaq məqsədinin, yaxşı bir məktəbdən məzun olmaq, ya da yaxşı bir mövqeyə gəlmək olmayacağı aydındır. Əlbəttə ki, bunların hamısı Allahın insanlara verdiyi bir nemətdir və yaşanmasında bir problem yoxdur, amma insanın Allahı və axirəti unudaraq sadəcə bunları məqsəd olaraq müəyyənləşdirməsi səhvdir. Eyni şəkildə oxumaq, hər mövzuda məlumat sahibi olmaq da təqdirəlayiqdir, amma həyatın məqsədi Allahı və axirəti unudub sadəcə insanların rəğbətini qazanacağını ümid edərək intellektual olmaq da deyildir. Allah yaradılışın belə bir məqsədinin olmadığını Quranda belə bildirir:

 

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik. (Ənbiya surəsi, 16-17)

 

Dünya bir oyun və ya əyləncə yeri deyildir, Allaha ibadət etmək, axirət üçün çalışmaq məkanıdır. Bu həqiqəti qavraya bilməyən insanların idealları elə səthi və müvəqqətidir ki, insan bu ideallarının hamısına nail olsa da ölüm mələkləri yanına gəldiyi vaxt ziyana uğradığını başa düşəcəkdir. Bir adam fikirləşin, bu adam ən böyük idealını reallaşdırmış, bəlkə də öz sahəsində mütəxəssisləşmiş, dünya şöhrətli bir professor olmuşdur. Uşaqlara, nəvələrə sahib olmuşdur, onlara yaxşı bir həyat standartı təmin etmişdir, lakin axirəti unutmuş, Allahın razı qalacağı bir əxlaqı yaşamamışdır. Belə bir insan illərlə işləyib-yorulmuşdur, amma sonsuz həyatını yaşayacağı axirəti üçün heç bir şeyə sahib deyildir.

Allahın “...siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız...” (Əhqaf surəsi, 20) ayəsində işarə etdiyi kimi gözəl olan hər şeyi arxada qoyub getmişdir. Yaşadığı bəlkə 60, bəlkə də 70 ilin isə sonsuzluqla müqayisədə bir dəyərinin olmadığı aydındır. Peyğəmbərimiz (s.ə.v) belə insanların içində olduğu ağılsızlığı belə təsvir etmişdir:

“Ağıllı-şüurlu adam o kəsdir ki, nəfsini (Allaha qarşı) kölələşdirər (və ya hesaba çəkər) və ölümdən sonrakı (həyat) üçün (yaxşı) əməl işləyər. (Nəfsini məğlub etməkdə) aciz olan adam da o kimsədir ki, nəfsini arzusuna uyğunlaşdırar (yəni nəfsini haramdan yayındırmaz). Sonra Allahdan (bağışlanma) diləyər” (İbni Mace, Cild 10, səh. 541)

Bu aldanış içində həyatını davam etdirən insanlar dünyanı sadəcə istək və həvəslərini reallaşdırmaları lazım olan bir yer kimi görərlər. Beləliklə, öz nəfslərini qane etmək həvəsi ilə yaşayarkən, aralarında yüksək keyfiyyətli bir şəxsiyyətə, güclü bir imana və peyğəmbərlərin sahib olduğu üstün əxlaqa sahib olmaq kimi bir arzuya ehtiyac duymaz. Allaha yaxın olmaq mövzusunda həqiqi mənada həvəsli bir istəyə sahib olmazlar. Bunun nəticəsində də, davranış və düşüncələrində müsəlmana xas bir yetkinlik, etidal və bunlardan qaynaqlanan bir seçkinlik meydana gəlməz. Əksinə, Allahın varlığından və ölümün yaxınlığından tam mənasıyla qafilmiş kimi bir görünüş nümayiş etdirərlər. Allahın hər an özlərini gördüyünü və etdiklərindən xəbərsiz olmadığını unutmuş bir davranış forması içində olarlar. Halbuki, insan gözünü hara çevirsə, Allahın varlığının dəlilləri ilə qarşılaşar.

Var olan hər şeyi və hər kəsi Allahın sonsuz qüdrəti ilə yaratdığı açıq-aydındır. İnsanın Allaha iman etməsi üçün sadəcə öz bədəninə baxması kifayətdir. Allah insanı, Quranda bildirdiyi ifadəylə “ən gözəl surətdə” yaratmış, bədəninə qüsursuzca işləyən bir çox sistem yerləşdirmişdir. İnsanın başını qaldırıb göyə baxması da iman etməsi üçün kifayətdir. Allah ayələrdə belə buyurur:

 

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.  Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.  Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.  Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. (Qaf surəsi, 6-11)

 

Bədənimizi meydana gətirən hüceyrələrdən kainatdakı planetlərə qədər var olan hər şey bizə üstün güc sahibi Allahın varlığını göstərər. Göylərin, yerin və bu ikisinin arasında olan hər şeyin sahibi və yaradıcısı Odur. Nəyə baxsaq, hara yönəlsək Allahın əsərləri ilə qarşılaşarıq. Yerdə yeriyən bir qarışqa, göydə uçan quş, hər gün doğan Günəş, xoş ətirli iy verən çiyələklər, dənizin üstündə hərəkət edən dağ kimi bir gəmi, yağan yağış... Bizə həmişə Uca Allahın varlığını xəbər verir.

Səthi düşüncəyə sahib insanların çoxu bütün kainatda mövcud olan bu qüsursuz yaradılışı görər, amma vicdanlarından istifadə edərək bu möcüzəvi yaradılış haqqında dərindən düşünməzlər. Kainatın hər yerində mövcud olan həssas tarazlıqları, iç-içə keçmiş qüsursuz sistemləri, ətrafımızda gördüyümüz saysız-hesabsız nemət və gözəllikləri, üstəlik özlərini yaradanın kim olduğunu və bütün bu sayılanların hansı məqsədlə, nə üçün yaradıldıqlarını vicdanlarından soruşmazlar. Ayədə də bildirildiyi kimi, “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər”. (Yusif surəsi, 105) Kainatdakı canlı-cansız hər şeyi yaradanın sonsuz ağıl və güc sahibi Allah olduğu həqiqətini görməzlikdən gələrlər. Çünki bütün bunları düşündükləri təqdirdə Allahın razı olduğu əxlaqı və həyat tərzini yaşamaqla məsul olduqlarını görəcəkdirlər. Bunun əvəzinə öz səthi dünyalarında səthi və müvəqqəti məqsədləri üçün yaşamağı seçərlər.

Halbuki, bütün insanlar sadəcə Allaha qulluq etmək üçün yaradılmışdır. Bu əsl məqsədi anlamazlıqdan gələrək başqa ideallara yönəlməksə, insanı səthi və pis bir həyat tərzinə aparar. Allah insanı ancaq Özünə qulluq etdiyi təqdirdə üstün və nəcib olacağı şəkildə yaratmışdır. “O, yaratdığını bilməzmi?...” (Mülk surəsi, 14) ayəsində də bildirildiyi kimi, Allah insanın yaradıcısıdır və onun üçün nəyin yaxşı və gözəl olduğunu, nəyin onu hörmətli və şərəfli edəcəyini bilən də Odur. Buna görə də Allahın insanlar üçün seçdiyi İslam dini insanın fitrətinə ən uyğun həyat tərzidir. Allah bu həqiqəti Quranda belə bildirir:

 

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

 

Başqa bir ayəsində isə Allah İslam dinini qulları üçün bəyəndiyini belə bildirir:

 

...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim... (Maidə surəsi, 3)

 

Din insana Allahın razı qalacağı əxlaqı öyrədir. Bundan kənar hər həyat tərzi insanın yaradılışı ilə ziddiyyət təşkil edər. Özlərinə başqa ideallar qəbul edən və din əxlaqından uzaq yaşayan insanların səthi düşüncərinin əsasında bu həqiqət durar. Onlar Allahın özləri üçün seçmiş olduğu ən gözəl həyat tərzini bir kənara buraxaraq, öz dayaz ağıllarına görə bir həyat yaşayarlar. Belə bir adam səthi düşüncədən və onun düşüncəsində və davranışlarında meydana gətirdiyi çirkin mədəniyyətdən özünü xilas edə bilməz. Özünü müxtəlif şəxsiyyət oyunlarıyla, saxta nəciblik nümayiş etdirməklə bu mədəniyyətdən kənarmış kimi göstərməyə çalışsa da bunun faydası olmaz. Çünki səthi düşüncə hansı şəxsiyyətdə özünü büruzə versə də, əsla gizlədilməsi mümkün olmayan, danışıq və davranışlara, ən əhəmiyyətlisi də insanın düşüncə tərzində qaçınılmaz olaraq əks olunan aşağı səviyyəli bir mədəniyyətdir. Bəzi kəslərin zənn etdiyi kimi gizlənərək üstü örtülə biləcək səthi bir rəftar pozğunluğu deyildir.

Onda, həqiqətən Allahdan qorxan, cəhənnəmdən çəkinən bir insanın etməsi lazım olan, özünü və ətrafındakıları aldatmağa çalışaraq dindar görünmək deyil, həqiqi dindarlığı yaşamaqdır. Həqiqi dindarlıq isə insanın nəfsi ilə ziddiyyət təşkil etsə də, dünyəvi mənfəətlərinə zidd olsa da Quran əxlaqından heç bir şəkildə güzəştə getməməsidir. Bu mövzudakı ən gözəl nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış olan mömin qadınların rəftarlarıdır. Müsəlman qadınlar bütün ibadətləri, endirildiyi vaxt dərhal yerinə yetirmişlər. Məsələn hicab və çadra Uca Allahın fərz buyurduğu “fərz-ı ayn” hökmündə bir ibadətdir. Nur surəsindəki örtünməklə əlaqədar ayələrin endirilməsindən sonra müsəlman qadınlar bu ibadəti, böyük bir səylə və şövqlə tətbiq etmişdirlər:

“Şeybə qızı Safiyə izah edir və belə deyir: Biz hz. Aişənin yanında olarkən bir qisim xanımlar Qureyşli qadınların vəziyyətini və fəzilətlərini izah etmişdilər. Beləliklə də, hz. Aişə buyurdu ki: -“Şübhəsiz ki, Qureyşli qadınların üstünlüyü vardır. Amma Allaha and içirəm ki, mən Ənsarın qadınlarından daha çox Allahın Kitabını təsdiq edən və Qurana inanan fəzilətli kəslər görmədim”. Nur surəsindəki “örtüklərini yaxalarının üstünə salsınlar” ayəsi nazil olduqda ərləri onların yanlarına getdilər və özlərinə Allah (c.c)-ın bu mövzuda nazil etdiyi ayəni oxudular. Hər bir adam arvadına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu. Aralarından örtüyünü yaxasının üstünə salmayan heç bir xanım olmadı. Allahın nazil etdiyi kitabındakı hökmünə inandıqlarından və təsdiq etdiklərindən libaslarına büründülər...” (İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, cild:11, səh. 5880)

Ortaq bir cahiliyyə mədəniyyəti: Səthi düşüncə

 

Allahın ucalığını haqqıyla qavrayan bir insan gördüyü işlərin hər mərhələsində yüksək bir əxlaq nümayiş etdirər. Ancaq səthi düşüncə insanı Quran əxlaqına uyğun bir həyat tərzindən tamamilə uzaqlaşdırar. Peyğəmbərimiz (s.ə.v) “ədəbsizlik və çirkin sözün girdiyi yer çirkinləşər” (Tirmizi, Birr 47) şəklində buyurmuşdur. Bu sözdə bildirildiyi kimi qafil bir ruh halıyla yaşayan insanın həyatına da çirkinlik və qarışıqlıq hakim olar. Olduğu yerlər həll edilməyən məsələlərin baş verdiyi, mövzuların heç cür həll edilə bilmədiyi, asan şəkildə gərginlik, narahatlıq yarada biləcək mühitlərə çevrilər. Ancaq burada batil din olan səthi düşüncə dininin çox əhəmiyyətli bir xüsusiyyəti ortaya çıxar: Səthi düşüncə tək tərəfli yaşanmaz. Səthi düşüncəli insanların bu çirkin mədəniyyətlərini nümayiş etdirə bildikləri kəslər yenə özləri kimi eyni mədəniyyətin daxilində olan qafil kəslərdir. Səthi düşüncə dininin üzvləri bir-birlərini dərhal tanıyar və Quran əxlaqından uzaqlaşma mövzusunda bir-birlərinə kömək edərlər. Bunlar sanki bir-birlərini oda çağırırlar. Allah bir ayəsində bu təhlükəyə belə diqqət çəkmişdir:

 

... Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221)

 

Başqa ayələrdə isə Allah insanların bir-birlərinin azmasına necə vəsilə olduqlarını belə xəbər vermişdir:

 

De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 35-36)

 

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

 

İmanı zəif, qəlbində xəstəlik olan insanlar bir-birlərinə hər mövzuda olduğu kimi səthi düşüncə dinini yaşamaq mövzusunda da mənfi istiqamətdə təsir göstərərlər. Ancaq bilinməlidir ki, bu kəslər əslində içində yaşadıqları səthiliyin çirkinliyinin də şüurundadırlar. Çünki bu çirkin mədəniyyəti əsla yaşaya bilməyəcək insanları çox yaxşı tanıyırlar. Saleh müsəlmanlarla bu çirkin mədəniyyət vasitəsilə əlaqə yaratmağın qeyri-mümkün olduğunu bilirlər. Buna görə də onların yanlarına gəldikləri vaxt əllərindən gəldiyi qədər bu cəhətlərini gizlətməyə çalışarlar. Sadəcə müsəlmanlara qarşı deyil, səthi düşüncəni özlərindən bir qədər az yaşayan kəslərə qarşı da özlərini mümkün olduğu qədər gizlədirlər. Məsələn, işlədikləri yerdə asılı olduqları adama keyfiyyətli insanlar olduqlarını göstərməyə çalışırlar.

Belə bir adam səthi düşüncəni yaşayan dostlarının yanındaykən çox fərqli bir xarakter nümayiş etdirər. Oturmağı, durmağı, danışarkən seçdiyi sözləri, mimikaları, səs tonu, hadisələri dəyərləndirməsi tamamilə dəyişər. Ya da bu adam bir dövlət başçısının yanına getsə, istər göstərdiyi hörmətlə, istərsə də rəftarlarla bəzən həqiqi halıyla müqayisə oluna bilməyəcək qədər dəyişər.

Eynilə bir qədər əvvəl öz zehniyyətinə sahib olan bir adamla rahat şəkildə bu mədəniyyətin tələblərinə uyğun qafil bir söhbət edə bilərkən, səmimi müsəlman əxlaqına sahib insanların yanında isə bu mədəniyyətə aid rəftarlarından əllərindən gəldiyi qədər uzaq durmağa çalışarlar. Bu mədəniyyətə aid səthi mimikaları, faydası olmayan uzun sürən mənasız söhbətlərdən, qısılmış gözlərlə və buna bənzər şəkildə edilən vurğulamalardan çəkinirlər. Ancaq bu ani dəyişmə əslində ruhlarında yaşadıqları səthi düşüncə yanaşı daha çox əhəmiyyətli bir həqiqəti ortaya çıxarır. Deməli, bu kəslər şüurlu olaraq və istəyərək səthi düşüncə mədəniyyətini yaşamağı və onun meydana gətirdiyi qafil mühitə girməyi seçirlər. Bu mövzuda vicdanlarını ört-basdır etməklə, bu çirkin mədəniyyətin tələblərini yerinə yetirərkən, özlərini saldıqları mənfur görkəmi Allahın gördüyünü və hər anlarına şahid olduğunu bilmələrinə baxmayaraq bunları yaşamaqdan bir narahatlıq hissi keçirmirlər.

Halbuki, bu mədəniyyət ciddi bir şəkildə niyyət etməklə içindən dərhal çıxılacaq qədər zəif bir mədəniyyətdir. Bundan sonrakı həyatında sadəcə müsəlman əxlaqı ilə yaşamağa qərar verən bir insan bu səthi mədəniyyətin meydana gətirdiyi qəflətdən təkcə bir dəfə qərar verməklə xilas ola bilər. Allahın razı qalacağını ifadə etdiyi gözəl əxlaqı öz dünya və axirət həyatı üçün ən uyğun əxlaq olaraq mənimsəyərək, həyatına səmimi və gözəl əxlaqlı bir müsəlman olaraq davam edə bilər. Digər insanlara da bu istiqamətdə gözəl bir nümunə ola bilər və bunun gözəl qarşılığını Allahdan ümid edə bilər.

Səthi düşüncəni yaradan səbəblər

 

Saytın mövzusu olan və bəzi insanların vicdanlarında heç bir narahatlıq hiss etmədən yaşadıqları səthi düşüncəni, çirklənmiş, degenerasiya olmuş bir növ cahiliyyə mədəniyyəti olaraq xarakterizə edə bilərik. Bu çirkin mədəniyyəti yaşayan insanların davranış və düşüncə strukturları, əxlaqları müşahidə edildiyi vaxt əhəmiyyətli imani çatışmazlıqları olduğu görülə bilər. Bundan əlavə, uşaqlıqdan etibarən aldıqları təhsilin, yaşadıqları mühitin və birlikdə olduqları kəslərin də səthi düşüncənin çirkin mədəniyyətini mənimsəmələri istiqamətində üzərlərində güclü bir təsiri vardır. Bütün bunların bir yerə gəlməsiylə saleh bir müsəlmanda görünməsi mümkün olmayan bu mədəniyyət ortaya çıxar. İnsan fitrətinə uyğun olmayan və adamı hörmətdən salan davranış formalarının heç tərəddüd etmədən tətbiq edildiyi bu sistem, öz içində yaşayan insanları Quran əxlaqında nəzərdə tutulan nəcib, şərəfli, hörmətli və qürurlu həyatdan uzaq tutar. İnsanların bu batil din olan səthi düşüncə dinini mənimsələrinə səbəb olan və Allahın əmr etdiyi üstün əxlaqı yaşamalarına mane olan amillərdən bəzilərinə sonrakı səhifələrdə yer verəcəyik.

 

Allahı unudaraq insanları ön planda tutmaq

insanı səthi düşüncəyə doğru aparar

 

Kitabın əvvəlində ifadə etdiyimiz kimi, səthi düşüncə deyildiyi vaxt insanların böyük əksəriyyətinin zehnində, qüsurlu nitqə sahib olan, gülüş və rəftarları estetikadan uzaq, güclü bir şəxsiyyəti olmayan insanlar canlanır. Halbuki, səthi düşüncə bunlarla yanaşı daha çox geniş bir mənaya sahibdir. Səthi düşüncə sadəcə ədəbdən və nəzakətdən uzaq rəftarlardan ibarət olan bir anlayış deyildir. Əsasən, Allahın qədrini haqqıyla təqdir edə bilməməkdən qaynaqlanan bir əxlaq pozğunluğudur. Buna görə də belə bir xarakterə sahib insanın mütləq şişirdilmiş rəftarlar nümayiş etdirməsi lazım deyildir.

Bir adamın insanlardan qorxması, onların razılıqlarını itirməkdən çəkinməsi, Allahın sevgisini və məmnuniyyətini qazanmaq əvəzinə onların sevgisini və məmnuniyyətini qazanmağı seçməsi, ya da onlardan mədət umması da o adamı səthi davranışlara yönəldər. Bunlarla yanaşı, bir adamın başına gələn hadisələrin Allahın nəzarəti altında olduğunu unudaraq təşvişə düşməsi, şikayətlənməsi, qəzəblənməsi də səthi düşüncə əlamətidir.

Lakin bəzi insanlar bu mühüm həqiqəti dərk etmirlər. Buna görə də səthi düşüncə mövzusunu özləri ilə əlaqədar olaraq düşünməz və özlərini belə bir təhlükədən uzaq görərlər. Bu kəsləri aldadan məqamlardan biri bəzi nəzakət qaydalarını bilmələri və bunlara diqqət etmələri ola bilər. Halbuki, bəzi mövzularda nəzakətli davranan bir insan da əslində səthi düşüncə mədəniyyətində yaşaya bilər. Çünki səthi düşüncə, bəzi davranış forması pozğlunluqlarıyla məhdudlaşmamışdır. Məsələn, nəzakətə əhəmiyyət verən bir adam bəzi hadisələrin təsadüfən inkişaf etdiyinə, həmsöhbət olduğu insanların Allahdan ayrı müstəqil bir varlıq olduqlarına və öz iradələri ilə hərəkət etdiklərinə inanır və onların nə fikirləşəcəklərini nəzərə alaraq hərəkət edə bilər. Allahın lazımınca təqdir edilmədiyi bu düşüncə tərzi, əlbəttə ki, adamın bütün reaksiyalarında, rəftar və danışıqlarında da əks olunur. Quran əxlaqını bilməyən bir insan bu davranış formasını və söhbətləri olduqca normal qarşılaya bilər. Halbuki, səthi düşüncədən uzaq olduğunu iddia edən, amma bir hadisə qarşısında şiddətlə təsirlənən, hirslənib ağlayan, hətta günlərlə depressiyaya girən bir adam olduqca səthi bir struktura sahib deməkdir. Bu adam Qurana görə imani dərinliyi qavraya bilməmiş bir insandır. Həqiqi bir müsəlman bu rəftarın arxasında dinə qarşı səthi bir dünyagörüşü olduğunu bilir. Çünki Allahı lazımınca tanıyan, Onun ayələrini bilən və yaşayan bir insanda belə bir vəziyyət meydana gəlməz. Belə təvəkkülsüz rəftarlar adamın hər şeyin Allahın nəzarəti altında olduğunu unudaraq insanları və hadisələri Allahdan ayrı bir güc kimi dəyərləndirdiyinin bir əlaməti ola bilər.

“Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.” (Bəqərə surəsi, 163) ayəsində bildirildiyi kimi yeganə ilah Allahdır və O sonsuz güc sahibidir. Mövcud olan canlı-cansız hər şey Onun iradəsindədir. Bütün insanların bu həqiqəti çox yaxşı qavramaları və üstündə dərin düşünmələri lazımdır. Bunun əksini düşünmək, başqa varlıqları Allaha şərik qoşmaq, yəni şirk olur ki, bu da Qurana görə böyük bir günahdır. Allah şirkin nə qədər böyük bir günah olduğunu bir ayədə belə bildirmişdir:

 

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

 

Qurana baxıldığı vaxt bu əsas həqiqətə zidd bir inanc, münasibət və davranışın səthiliyin də səbəblərindən biri olduğu görünər. Allahın bir sifətinə başqasının sahib olduğunu düşünərək hərəkət etmək özü ilə süni rəftarları, lazımsız kübarlaşmağı, tamahkarlığı gətirər. Belə bir insan həmişə qəzəbə, kiçik mənfəətlər arxasınca getməyə, özünü aciz kimi göstərməyə, ya da özünü ucaltmağa meyillidir. Çünki yüksək bir şəxsi keyfiyyətə sahib olub, qeyd-şərtsiz gözəl əxlaq nümayiş etdirmək, hər rəftar və düşüncəsində sadəcə Allaha yönələn, nəcib bir ruha sahib, dünyaya əsla tamah salmayan müsəlmanlara xasdır.

Nümunə olaraq biliyi çox olan bir adamı fikirləşək. Əgər bu adam biliyinin özündən qaynaqlandığını zənn etsə səthi düşünmüş olar. Çünki belə zənn edildiyi vaxt elmin və biliyin həqiqi sahibinin Allah olduğu unudular. Sahib olunan hər biliyi Allahın öyrətdiyi buna görə də dilədiyi vaxt Allahın hamısını bir anda geri ala biləcəyi nəzərdən qaçırılmış olar. Bunlarla yanaşı, adam özünün də bütün insanlar kimi Allah qarşısında mütləq aciz bir varlıq olduğunu düşünməmiş olar.

Bu səthi düşüncənin başqa bir cəhəti də belə kəslərə cahilcəsinə heyranlıq hissi keçirməkdir. Bu heyranlıq bilik sahibi bir adama olduğu kimi, bəzən gözəl və ya yaraşıqlı bir insana, bəzən bacarıqlı bir sənətkara, bir oyunçuya, idmançıya ya da sərvət sahibi bir insana yönəldilə bilər. Halbuki gözəllik, qabiliyyət, zəka, müvəffəqiyyət kimi xüsusiyyətlərin hamısını insanlara Allah vermişdir. Məsələn, mal-dövlət sahibi bir insanı dəyərləndirərkən onun sahib olduğu imkanlar əhəmiyyətli deyildir, əhəmiyyətli olan onun Allahın aciz bir qulu olduğunun düşünülməsidir.

Səthi bir anlayışa sahib olan insanlar belə bir adamdan kömək gözləyər, malın əsas sahibinin Allah olduğunu unudarlar. Bundan ötrü bu kəslərə qarşı şişirdilmiş dərəcədə səmimiyyətsiz bir hörmət və ehtiram göstərərlər. Allahın “…şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin...” (Ənkəbut surəsi, 17) ayəsində bildirdiyi həqiqəti nəzərdən qaçırarlar.

Başqa bir ayədə də bəzi insanların özlərinə bütün xüsusiyyətlərini verənin Allah olduğunu unutduqları belə xəbər verilir:

 

İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir. (Zumər surəsi, 49)

 

Bu səthi xarakterin təəccüblü nümunələrindən biri Quranda bəhs edilən Qarun adlı adamdır. Qarun “həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi...” (Qəsas surəsi, 76) ayəsində bildirildiyi kimi, Allahın böyük bir sərvət verdiyi, lakin şükür etmək əvəzinə bundan ötrü “azğınlaşan” bir adamdır. Allahın yuxarıdakı ayənin davamında bildirdiyi kimi qövmü onu bu mövzuda xəbərdar etmişdir:

 

...Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.” (Qəsas surəsi, 76)

 

Lakin o bu xəbərdarlıqlara baxmayaraq özünə verilənlərdən ötrü öyünmüş və özünün bu xüsusiyyətlərə layiq olduğunu zənn etmişdir:

 

“...Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir...” (Qəsas surəsi, 78)

 

Qarun, ayədən də başa düşüldüyü kimi, Allahın lütfünü görməzlikdən gəlmişdir. Zənginliyinin öz biliyindən qaynaqlandığını iddia etmiş və təkəbbürlük etmişdir. Qarunun bu səthi düşüncəni azğın və ərköyün rəftarından və ifadəsindən başa düşülür. Lakin Qarunun ətrafındakı xalqın arasında da eyni səthi düşüncəyə sahib insanlar vardır. Bunlar Allahı unudan, axirəti diqqətdən kənarda qoyan və dünyaya əhəmiyyət verən insanlardır. Qarun ayədə bildirilən ifadəylə “öz zinəti içində xalqının qarşısına çıxdığında”, qövmünün arasında olan bəzi insanların vəziyyətini Allah belə xəbər vermişdir:

 

... Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.. (Qəsas surəsi, 79)

 

Ayədə bildirildiyi kimi bu kəslər Qaruna olan heyranlıqlarını dilə gətirmişdirlər. Bu kəslərin üslublarından da dayaz bir dünyagörüşünə sahib olduqları başa düşülür. Bunun müqabilində olduqca təqvalı və nəcib bir ruha sahib olan saleh müsəlmanların rəftarının fərqli olduğu və bu cahil insanları xəbərdar edərək onlara həqiqəti xatırlatdıqları ayədə belə bildirilmişdir:

 

Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”. (Qəsas surəsi, 80)

 

Lakin səthi düşüncə insanları dərin düşünməkdən uzaq tutduğu üçün bu kəslər nə Qarunun, nə də özlərinin içində olduğu vəziyyəti görməmişdirlər. Ta ki, Qaruna Allahdan layiq olduğu əzab gələnə qədər:

 

Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” (Qəsas surəsi, 81-82)

 

Bu nümunədən də başa düşüldüyü kimi doğru olan rəftar, zəkanın, hər cür bilik və bacarığın, zənginliyin əsl sahibinin Allah olduğunu bilmək, Onun sonsuz ağıl sahibi olduğunu təqdir etmək və insanlarda təcəlli edən gözəlliklərdən ötrü Onu tərifləyib ucaltmaqdır. İnsanların bir-birlərinə olan üstünlükləri ancaq Allahın “...şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız, təqvaca ən üstün olanınızdır...” (Hucurat surəsi, 13) ayəsində bildirdiyi kimi təqvadır. Müsəlmanlar bir insana ancaq onda təcəlli edən gözəl əxlaqdan ötrü heyranlıq duyar və dəyər verərlər. Həqiqətdə böyük görünməsi, heyran olunması, özündən mədəd ümid edilməsi lazım olan yeganə mütləq güc sahibinin Allah olduğunu bilirlər. Bu həqiqət Quranda belə bildirilir:

 

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74)

 

Səthi düşüncə mədəniyyətini güclü olaraq yaşayan inkarçı kəslər səthi dünyagörüşləri səbəbiylə, bəzi insanları gözlərində böyüdərkən, böyük və dərin düşüncələrə sahib insanların dəyərini isə başa düşə bilməzlər. Başda peyğəmbərlər olmaqla üstün əxlaqa sahib müsəlmanları tarixən başa düşə bilməmiş, hətta onların özlərini din əxlaqına çağırması müqabilində bu mübarək insanlara qarşı kin saxlamış və olduqca tərs və təcavüzkar rəftarlar nümayiş etdirmişdirlər.

Quranda bildirilən “onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.” (Hud surəsi, 91) ayəsi ilə Allah bu insanların içində olduqları inkarın həddini bildirmişdir. Bəzi insanların qarşısında əyilən, onları layiq olmadıqları bir yerə qoyan bu insanlar Allahın sevdiyi və seçdiyi Şüeyb peyğəmbərin seçilmişliyini, üstün şəxsiyyətini, səmimiyyətini və əxlaqını təqdir edə bilməmiş, onun sadəcə yaxın çevrəsindən təsirlənmiş və çəkinmişdirlər. İçində olduqları inkarın azğınlığı ilə, bu kəslər gözəl əxlaqdan və insanlıqdan tamamilə uzaqlaşmış, səthi düşüncənin çirkin mədəniyyəti içində yaşamağı seçmişdirlər.

 

Qafil bir həyat yaşamaları

 

Qəflət insanların Rəbbimizin varlığını unudub ölüm və axirət həqiqətini görməzlikdən gəlmələri, dünyəvi istək və həvəslərinə tabe olub bunlarla məşğul olmaları nəticəsində Allahın uca əmrlərini yerinə yetirməmələri mənasını verər. Allahın “onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” (Rum surəsi, 7) ayəsində bildirdiyi kimi hadisələri sadəcə kənardan görünən cəhətləriylə dəyərləndirməklə kifayətlənən, Allahın bu hadisələrdəki mütləq hakimiyyətini düşünmədən səthi bir dünyagörüşüylə yaşamağı özləri üçün bir mədəniyyət halına gətirən kəslərin bu vəziyyətdə olmalarında iman zəifliyinin əhəmiyyətli bir təsiri vardır. Yaradanımız olan Allahın böyüklüyünü, gücünün və hakimiyyətinin əbədiliyini lazım olduğu kimi qavraya bilməmiş olmaları, onların bu mədəniyyəti yaşamalarında çirkin bir cəsarət qazanmalarına səbəb olmuşdur.

Bir insan Allahın hər an özünü gördüyünü, etdiklərindən, bütün fikirlərindən xəbərdar olduğunu və bunların öz adına Allah qatında yazıldığını dərk edirsə, sahib olduğu Allah qorxusu onu Quran əxlaqını yaşamağa sövq edir. Ona həm davranışlarından, həm də düşüncə tərzindən asanlıqla seçilə biləcək xüsusi bir keyfiyyət qazandırar. Bu, səthi düşüncədən uzaq, təbii, Quran əxlaqından kənar heç bir mədəniyyəti özündə saxlamayan təmizlikdə, peyğəmbərlərdə müşahidə edilən ləyaqəti, səbri, səmimiyyəti və vicdan anlayışını ifadə edən bir keyfiyyətdir. Bu əxlaqda kəskin bir şüur açıqlığı vardır və adamı hər an Allahın və axirətin varlığından xəbərdar olmağa, gördüyü hər işdə Allahın razılığını güdməyə yönəldər. Hər davranışında, ağzından çıxan hər sözdə Allahın hüzurunda olduğunu bilərək bu düşüncəni ağlından heç vaxt çıxartmadan yaşamasını təmin edər. Bu məntiqdəki bir insanın səthi bir mimika, səthi bir üslub və ya səthi bir şəxsiyyət nümayiş etdirməsi -Allahın diləməsi istisna olmaqla- qeyri-mümkündür. Əksinə belə bir insan seçdiyi hər mövzunun, sifətindəki hər mimikanın, gözündə yaranan mənanın, səsindəki tonun müsəlmana yaraşan bir gözəllikdə olmasına hər an diqqət edər.

Ancaq bu məntiqə sahib olmayan və qafil tərifinə uyğun gələn bir insan, gündəlik həyatı daxilində çox vaxt Allahın və axirətin varlığını unudar. Xeyli insanla həmsöhbət olması, meydana gələn hadisələrin müxtəlifliyi və bənzərsizliyi, qarşılaşdığı saysız-hesabsız təfərrüat onu sanki hipnoz edər. Bütün bunları Allahın insanları imtahan etmək üçün xüsusi olaraq yaratdığını, Allah üçün bu təfərrüatları yaratmağın çox asan olduğunu ağlından keçirməz. Əksinə Allahı unudaraq bütün diqqətini bunlara yönəldər. Həyatın gedişatında qarşılaşdığı hər təfərrüatı təsadüflərə bağlı olaraq və nəzarətsiz bir şəkildə yaranan hadisələr kimi dəyərləndirər. Bu qafil düşüncələrin bir nəticəsi olaraq insanların da mütləq varlıqlar olduqlarını düşünər. Onların reaksiyalarının da eynilə təsadüflər ardıcıllığında meydana gəldiyini zənn edər. Bunun nəticəsində xüsusilə insanlarla olan əlaqələrində bütün mimikalarını, reaksiyalarını, həyat tərzini və gələcəyə dair planlarını onlara görə nizamlayar. Allahın varlığını və sonsuz gücünü unudan və ya bildiyi halda batil din olan səthi düşüncə dinini yaşamaqda qəbahət görməyən bir insanın Allahdan lazımınca qorxduğunu demək qeyri-mümkündür. Bunun nəticəsində də çox vaxt axirətdəki həyatı üçün hazırlıq görməsinin lazım olduğunu fikirləşməz. Buna görə də özünü şəxsiyyət olaraq inkişaf etdirmək, əxlaqını Allahın razı qalacağı cənnətə yaraşan bir səviyyəyə gətirmək idealına da sahib ola bilməz.

 

 

Səthi idealları olanlara Qurandan bir nümunə:

Samiriyə tabe olan İsrail oğulları

Quranda peyğəmbərlərin təbliğ etdiyi cəmiyyətlərin, haqq olan hökmlər qarşısındakı ümumi rəftarları da bildirilir. Bu mübarək insanların səbri, təbliğləri əsnasında özlərinə çıxarılan çətinliklər qarşısındakı dözümlü və təvəkküllü münasibətləri, imanlarındakı qətiyyətlilik kimi daha bir çox üstün əxlaq xüsusiyyətlərinə diqqət çəkilər. Quranda hz. Musanın Allahın dinini izah etdiyi İsrail oğulları ilə əlaqəli hekayələrdən birində isə Samiri adında olan bir şəxsdən bəhs edilir. Hz. Musanın qövmünün başında olmamasını fürsət bilən Samiri qövm daxilində fitnə-fəsad törədərək insanları bütlərə sitayiş etməyə təşviq etmişdir. Onları imanlarından sonra azdırmağa çalışmışdır.

Quranda bildirilən bu hekayədə hz. Musanın Allahdan gələcək vəhyi tezliklə almaq niyyətiylə, qövmünü geridə qoyaraq Tur dağına çıxdığından belə bəhs edilir:

 

“Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?” Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!” (Taha surəsi, 83-84)

 

Ancaq qövmün başçısız və nəzarətsiz qalmasını fürsət bilən Samiri imanı güclü olmayan, təlqinə açıq xalqı doğru yoldan çıxartmışdır. Onların arasına fitnəyə salmışdır. “Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı” (Taha surəsi, 85)

 

Allahdan gələn vəhy nəticəsində qövmünün özündən sonra düşdükləri vəziyyəti öyrənən Musa peyğəmbər isə qövmünün yanına qayıdaraq, onlara Allahın iman edənlərə olan vədlərini və axirətin varlığını xatırlatmışdır. Sonra da Allahın vədindən ümidlərini kəsənlərin və fitnəyə düşənlərin başına gələcək böyük bəlaları xəbər vermişdir.

 

“Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?” (Taha surəsi, 86)

 

Beləliklə də, qövmünün arasında Samirinin azğın təlqinlərinə qulaq asaraq həqiqətlərdən sapanlar, Musa peyğəmbərə onun gedişindən sonra meydana gələn hadisələri belə izah edirlər:

 

“Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı” (Taha surəsi, 87)

 

Ayənin ifadəsindən də aydın olduğu kimi, əllərindəki bəzək əşyalarını oda atmaları üçün insanları razı salan Samiri öz əlindəkiləri də ataraq onlara öz ağlına görə niyyətinin səmimi olduğuna dair bir dəlil göstərmək istəmişdir. İnsanları bu hiyləgər üsullarla özünə inandırmışdır. İstər imanı, istərsə də iradəsi zəif olan, inkarçı təlqinlərə açıq, Allahın yolundan dönməyə uyğun bir əxlaqa sahib olan bəzi insanlar onun dediklərini yerinə yetirməkdə tərəddüd etmədən dərhal Samirinin əmrlərinə tabe olmuşlardır. Hz. Musadan öyrəndikləri həqiqətlərə, Allahın özlərinə göstərdiyi möcüzələrə baxmayaraq heç bir gücü və səlahiyyəti olmayan, özlərindən olan bir adamın azğın sözlərinə və təlqinlərinə tabe olmaqda bir qəbahət görməmişlər. Sonra da Samiri əriyən bəzək əşyalarıyla onlara bir buzov heykəli düzəltmişdir. Daha sonra öz əliylə düzəltdiyi bu heykəli onlara haşa həqiqi ilahları olaraq tanıtmışdır. Bu vaxt hz. Musanın xalqın üstündəki təsirini aradan qaldırmaq məqsədiylə onunla əlaqədar öz ağlına görə mənfi təlqinlər verməyə başlamışdır:

 

Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur” – dedilər. (Taha surəsi, 88)

 

Allah ayədə Samirinin düzəltdiyi bu bütün heç bir gücü olmadığını özləriylə danışacaq, onların suallarına cavab verəcək, onlara zərər və ya fayda verəcək bir gücünün, iradəsinin olmadığını bildirir. İnsanların bu aydın həqiqətləri görməzlikdən gələrək Samirinin çağırışına qulaq asdıqları Quranda belə bildirilir:

 

Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! (Taha surəsi, 89)

 

Hz. Musanın qövmünün bir xüsusiyyəti də qövmün başında hz. Musadan başqa qardaşı hz. Harunun da peyğəmbər olaraq iştirak etməsi idi. Hz. Musa Tur dağına çıxarkən qövmünü hz. Haruna tapşırmışdır. Ancaq Samirinin düzəltdiyi buzov heykəli qarşısında imanlarını itirərək, buna sitayiş etməyə başlayan xalq hz. Harunun etdiyi xəbərdarlıqlara qulaq asmayıblar. Hz. Harun bu heykəlin özləri üçün bir fitnə olduğunu xatırlatmasına və həqiqi Rəbbinin Allah olduğunu deməsinə baxmayaraq İsrail oğulları ona qulaq asmamışlar. Peyğəmbərləri olduğu halda hz. Harunun əmrinə tabe olmamışlardır, baş qaldırmışlardır.

 

Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” (Taha surəsi, 90)

 

Sonra da gördükləri bu pis iş üçün bir Peyğəmbərə qarşı əsla irəli sürülməyəcək əsassız bir bəhanə ortaya ataraq vaxt qazanmaq istəmişlərdir.

 

Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər. (Taha surəsi, 91)

 

Öz gözləri qarşısında düzəldilən bir heykələ güc isnad edən bu insanlar böyük bir cəhalət və ağılsızlıq içində bu heykəlin qarşısında əyilməyə başlamışlar. Hz. Musa Tur dağından enərək qövmünün yanına çatdığı vaxt Samiriyə “…məqsədin nə idi, ey Samiri?” (Taha surəsi, 95) demişdir. Samirinin Peyğəmbərinə verdiyi cavab “...Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrayılın atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi” (Taha surəsi, 96) şəklində olmuşdur.

İsrail oğulları arasında haqq dinə iman etməklə əldə olunan yüksək şüura sahib olmayan insanların olduğunu və bu kəslərin səthi mənfəətlər arxasınca getdiklərini, dünyəvi istəklərindən imtina etməyəcəklərini dərk edən Samiri onların bu zəifliklərindən faydalanmışdır. Peyğəmbərin yoxluğunu bir fürsət bilərək onları yenidən müşrik həyatlarına geri qaytaracaq bir sistem qurmuşdur. Bu sistem daxilində “Mən onların görmədiklərini gördüm...” ifadəsindən aydın olduğu kimi özünü xüsusi bacarıqları olan bir insan kimi tanıdaraq, məqam və mövqe ehtirasını təmin etmək istəmişdir. Ancaq əsl əhəmiyyətli olan mövzulardan biri və bizim də vurğulamaq istədiyimiz məqam Samirinin sözüylə hərəkət edən bu kəslərin Allahın razılığını qazanmaq və Peyğəmbərlərinə itaət etmək əvəzinə Samiri kimi dünyəvi idealları olan fürsətçi bir adamın istiqamətləndirməsinə tabe olmaqdır. Kiçik məqsədləri, səthi idealları olan, yüksək əxlaq göstərməkdən, Allah rizası üçün yaşamaqdan lazım olduğu kimi zövq almayan bu kəslər özlərinə təqdim olunan ən səthi dünyəvi təkliflərdə belə dərhal inanclarını itirəcək bir əxlaq nümunəsi göstərmişlər.

Peyğəmbərlərdən sonra sədaqət və vəfa göstərərək, səbirlə Allahdan gələcək vəhyi gözləmək əvəzinə pis niyyətli bir insanın uydurma yönləndirmələrinə tabe olaraq qısa çəkən dünyəvi mənfəətlər əldə etmək məqsədi güdmüşlər. Hz. Harunun sözünə tabe olmayaraq Allahın “de: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. (Ali İmran surəsi, 32) ayəsiylə bildirdiyi kimi kafirlərin peyğəmbərlərə qarşı göstərdiyi bir əxlaqa sahib olmuşlardır.

Göründüyü kimi səthi mənfəətlər arxasınca gedən, ideallarını axirətə görə müəyyənləşdirməyən insanlar çox səthi məntiqlə belə aldadıla bilərlər. İnanclarından asanlıqla imtina edə bilər. İradələri zəif təlqinlərlə belə yox ediləcək qədər gücsüz olur. Dərhal ümidsizliyə qapıla bilər, ağla sığmayan bir çağırışa qulaq verərlər. Böyük bir Allah qorxusu və axirət inancı üzərinə qurmadıqları inancları dərhal yox ola bilər. Gözləriylə gördükləri, əlləriylə toxunduqları maddi varlıqlar, onlara axirətdə özlərinə vəd edilən sonsuz nemətlərə görə daha həqiqi görünür. Halbuki Allahın axirətdə cənnət əhlinə verəcəyi bənzərsiz nemətlər Allahın diləməsi istisna olmaqla sonsuza qədər dəyərlərini və gözəlliklərini itirməyəcəkdir. Cənnətdəki nemətlərlə əlaqədar olan bir ayədə belə buyurulur:

 

“Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır” (Qaləm surəsi, 34)

 

Ancaq ölümü özlərindən uzaq hesab edən, böyük bir qəflət içində dünya həyatını yaşamaq arzusunda olan, yəni səthi mənfəətlər əldə etmək məqsədi güdən səthi düşüncəli insanlar dünya istəklərinə daha çox dəyər verərlər. Halbuki bu şəxslərin zənn etdiyinin əksinə dünya həyatının və ondakı malların real vəziyyəti Quranda bildirildiyi kimi “…dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Ali İmran surəsi, 185) Allah başqa bir ayədə də dünyanın dəyərli görünən bu dünya istəklərinin həqiqi xüsusiyyətlərini bildirir: “…Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir...” (Nisa surəsi, 77)

Hz. Musaya itaət etmək əvəzinə Samiri kimi yalan məlumatlar və dünya istəkləri ilə insanları aldadan birinə tabe olan, onun sözünü eşidərək fani dünya həyatında mənfəət əldə etməyə çalışanlar, tutduqları bu mövqe üzündən hələ dünyada olarkən belə çox alçaldıcı bir vəziyyətə düşmüşlər. Allah Quranda yer alan hər hekayəni təmiz ağıl sahibləri üçün bir öyüd-nəsihət və ibrət olması üçün bildirir. Bu hekayədə də hz. Musa dövründən müasir dövrümüzə qədər gəlib-getmiş hər insan üçün bir öyüd-nəsihət və xatırlatma vardır.

 

Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik. (Taha surəsi, 99)

 

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır... (Yusuf surəsi, 111)

 

Öyüd-nəsihət qəbul edən bir adam nə olursa olsun Allaha olan imanını, dəyəri çox az olan dünyəvi mənfəətlərlə dəyişdirməz. Dünyaya aid səthi hədəflərinə çatmaq məqsədiylə imanını zədələyəcək, axirətdə cənnət həyatını itirməsinə səbəb ola biləcək bir tələb və gözləmə içində olmaz. İdeallarını Allahın razılığına əsasən müəyyənləşdirər. Allahın razı qalacağını görmədiyi bir mövzuda dərhal geri çəkilər. Özünü cənnət həyatından uzaqlaşdıracaq bir həyat tərzinə və mədəniyyətə yaxınlaşmaz. Bundan qəti şəkildə uzaq durar və ətrafındakı insanlara da yaşatmaq istəməz. Cahiliyyə əxlaqına aid göstərəcəyi hər hansı bir rəftarın digər insanlar üzərində meydana gətirəcəyi mənfi təsirin məsuliyyətini daşımaqdan şiddətlə qorxar. Öz təqvası üçün göstərdiyi qayğıya bənzər bir qayğını, eyni hz. Musanın əxlaqında gördüyümüz kimi, digər insanlar üçün də göstərmək üçün səy göstərər. İnsanları səthiliyin murdar mədəniyyəti içində, şirk dolu bir həyatın içində buraxmağı arzulamaz.

 

Həyatlarında böyük idealların olmaması

 

Müsəlmanlar axirətə yönəlmiş böyük idealları olan insanlardır. Bu idealların başında axirətdə Allahın iman edənlər üçün hazırladığı cənnətə girmək arzusu vardır. Ancaq bundan da böyük yeganə idealları Allahın özlərindən razı qalmasıdır.

 

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür... (Tövbə surəsi, 72)

 

Cənnət nəfsin arzuladığı hər cür neməti özündə saxlayan qüsursuz bir məkandır. Quran əxlaqını yaşayan bir insanın içində yaşamağı həvəslə istədiyi, qovuşmaq üçün səy göstərdiyi sonsuz bir gözəlliklər yurdudur. Ancaq ayədə də bildirildiyi kimi bir mömin üçün sonsuz güc sahibi Rəbbimizi razı salmaq hər şeydən vacibdir. Bu məqsəd uğrunda bir müsəlman özünü hər an daha gözəl əxlaqlı olacağı şəkildə yetişdirər, insani xüsusiyyətlərini isə daha güclü və keyfiyyətli hala gətirmək üçün məqsədini hər keçən gün bir qədər də artırar. Buna görə də səmimi bir müsəlman özünü heç bir mövzuda yetərli olduğunu hesab etməz. Özünü yetərli görüb bu baxımdan şəxsiyyətini, vərdişlərini, davranış formasını dəyişdirməkdən və ya inkişaf etdirməkdən imtina etməz. Şəxsiyyətindəki inkişafı heç bir dünyəvi meyarla ya da müqayisə etməklə məhdudlaşdırmaz. Hər an daha yaxşıya, daha gözələ, Allahın özündən razı qalacağını ümid etdiyi daha kamil bir xarakterə sahib olmağı arzulayar. Özünü dünyanın deyil, cənnət mühitini əsas alaraq inkişaf etdirər və Allahın cənnətə layiq gördüyü peyğəmbərlər kimi üstün əxlaqlı insanlarla bir yerdə yaşamağı ümid edərək bir hazırlıq görər. Buna görə də məqsədi həmişə çox böyük olar.

Halbuki əvvəlki bölmədə ifadə etdiyimiz kimi Allah və axirət inancı zəif olan qafil bir insan üçün ideallar çox vaxt dörd divar arasına sıxışmışdır. Bu mədəniyyətin içində yaşayan bir insanın müsəlmanlarda olduğu kimi yüksək bir ideal arzusunda olması çətindir. Bu cür kəslərin idealları daha çox dünya həyatı ilə məhdudlaşmışdır. Yaxşı bir ev, yaxşı bir iş, yaxşı bir ailə mühiti, yaxşı bir həyat standartı ən yüksək idealları arasındadır. İnsanların bir qismi sadəcə bu klassik ideallara çatmağı istəyərlər. Bunları əldə etmək üçün bütün həyatları boyu çalışar və əmək sərf edərlər.

Bir insan səthi bir mədəniyyət içində yaşayaraq, pis bir əxlaq göstərərək də bunların bir qisminə, hətta hamısına nail ola bilər. Hətta bunları əldə etmək üçün nəfsinin pisliklərini ortaya çıxarmaqdan çəkinməyən insanlar da vardır. Məsələn, bir insan sadəcə özünü və sevdiyi bəzi kəsləri düşünərək eqoistcəsinə və böyük bir hərisliklə onları məmnun edəcək bir məqsədə yönələ bilər. Görəcəyi işdən Allahın razı qalıb qalmayacağını fikirləşmədən əldə edəcəyi qazancın dünyəvi istəklərini təmin etməsini yetərli görə bilər. Dünyada əldə etdiyi bu mənfəətin axirətdə ona necə bir qarşılıq olaraq geri dönəcəyini ağlına belə gətirməyə bilər. Halbuki dünyada insanın nəfsini razı salan bir mənfəət, axirətdə onun sonsuza qədər bədbəxt olmasına səbəb olacaq bir itkiyə çevrilə bilər.

Axirətdə Allahın səmimi qullarına bəxş edəcəyi sonsuz nemətləri düşünmədən dünyanın keçici istəklərinə aludə olan və bunlara razı olan biri həqiqətlərə qarşı sanki kor olmuş kimidir. Çünki Allah “…Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür” (Rad surəsi, 26) ayəsiylə dünyada əldə edilənlərin keçiciliyini bildirir. Başqa bir ayədə isə bu kəsləri “Onlar axirəti verib dünya həyatını satın aldılar…” (Bəqərə surəsi, 86) şəklində tanıdır. Ayədə keçən “axirəti verib dünya həyatını satın aldılar” ifadəsi bu kəslərin ideallarının nə qədər məhdud olduğunun başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki bu kəslər Allahın səmimi qulları üçün hazırlamış olduğu sonsuz cənnət nemətlərini diqqətdən kənarda qoyaraq olduqca qısa olan dünyəvi istəklərlə kifayətlənməyi seçirlər. Bu seçim onları səthi düşüncənin çirkin mədəniyyətinə doğru aparır, məhdud ideallarla olduqca səthi bir mədəniyyət və aşağı bir insani keyfiyyət içində yaşadır.

Halbuki ölüm davamlı yaxınlaşmaqda olan və heç kimin qaça bilməyəcəyi bir həqiqətdir. Bunu bilə-bilə bir insanın axirəti unutması və məqsədlərini sadəcə öz kiçik dünyası ilə məhdudlaşdırması böyük bir qəflətdir. Belə bir düşüncə tərzi səthi düşünən, buna görə də çox aydın olan həqiqətləri görə bilməyən bir insanın seçimidir.

İnsanın dünyəvi ideallarını müəyyənləşdirən bir gün bir yerdə üz-üzə gələcəyi ölüm həqiqətini ağlından çıxartmaması lazımdır. Çünki həmin vaxt gəldiyində dünya ilə əlaqədar bütün planlarının, ideal halına gətirdiyi, çatmaq üçün zəhmət çəkdiyi əməklərinin bir mənası qalmayacaqdır. Hamısını geridə qoyaraq axirət həyatına keçəcəkdir. Allah ölüm vaxtı gəldiyində insanın tək tənha və dünyada sahib olduğu heç bir şeyi yanına almadan Öz hüzuruna gələcəyini belə bildirir:

 

“Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz...” (Ənam surəsi, 94)

 

Buna görə də ağıllı və doğru olan, insanın yaşadığı müddət ərzində müsəlman kimi düşünməsi və dünyadakı ideallarını da müsəlman kimi müəyyənləşdirməsidir. Bir insanı səthi düşünməkdən, səthi dünyəvi məqsədlərə yiyələnməkdən xilas edəcək yeganə yol budur.

 

 

Təhsil və yetişdirilmə tərzinin adamı bu mədəniyyətə yönləndirməsi

 

İnsanların öz ailə yaxınlarından, yaxın təmasda olduqları dost qruplarından və ya içində yaşadıqları ictimai mühitdən aldıqları təlqinlərin də, səthiliyin mədəniyyətini yaşamalarında əhəmiyyətli bir təsiri vardır. Ailə mühitindən başlayaraq məktəb və dost mühiti ilə davam edən təhsil əsnasında adamın ətrafındakı insanlardan öyrəndiyi düşüncə və davranış formaları bütün həyatında təsirli olar. Əgər bir insan cahiliyyə cəmiyyətində böyüyübsə və özü də Quran əxlaqını mənimsəməyibsə, onda ətrafından öyrəndiyi çirkin xarakteri eynilə davam etdirə bilər.

Xüsusilə uşaqlıq illərindəki müşahidələrin, bu xarakterin yaşanmasındakı rolu böyükdür. O əsrdə ata-anasının, yaxın qohumlarının və ya dostlarının içində yaşadığı mədəniyyət adama əsaslı surətdə təsir edər. Hələ heç bir şey bilməyən bir uşaq ətrafındakı insanlarda gördüyü yaxşı və pis hər şeyi yaddaşında saxlayır. Müəyyən bir müddət sonra da bunları təqlid edərək bənzər hadisələr qarşısında eyni reaksiyaları verməyə, eyni danışma tərzindən istifadə etməyə başlayar. Müəyyən bir yaşa qədər zövqləri, vərdişləri, davranış formaları az qala bu kəslərin bir surəti kimi olar. Hətta özünə yeni və yaxşı bir şey öyrədilmək istənildiyi vaxt dərhal anasından, atasından və ya yaxın görüb mədəniyyətini mənimsədiyi başqa bir adamdan belə öyrənmədiyini  əsas gətirərək gözəl bir davranışı tətbiq etməkdən uzaq durar.

Allah Quranda Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük” (Şuəra surəsi, 74) “Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər…” (Bəqərə surəsi, 170) ayələriylə cahiliyyə insanlarının bir qisminin kor-koranə atalarının əsassız tətbiqlərinə tabe olmaqda israr etdiklərini bildirir.

Halbuki, bir adam yaxşı ilə pisi ayırd edə biləcək bir yaşa gəldiyi vaxt vicdanından istifadə etsə və Quranı rəhbər tutsa ​​ətrafında yaşanan mədəniyyətin pis və degenerasiya bir mədəniyyət olduğunu dərk edə bilər. Belə bir mədəniyyət içində yaşamağı sahib olduğu Allah qorxusu və əxlaq anlayışı ilə əlaqələndirə bilməz. Buna görə də onun bir hissəsi olmağı rədd edir. Heç bir rəftar və anlayışında bu mədəniyyəti xatırladacaq bir davranış tərzi göstərməz.

Səmimi bir müsəlman hansı şərtlər daxilində böyüsə də, necə bir təhsil səviyyəsinə və necə bir zahiri görünüşə sahib olsa da Allahdan özünə gələn hər şeyi böyük bir təvəkkül və gözəlliklə qarşılayar. Ətrafında cahiliyyə mədəniyyətinin hər forması yaşansa da gözəl əxlaqı ilə bunlardan özünü asanlıqla uzaq tutar. Bu adamın görünüşündəki və rəftarlarındakı müxtəliflik, ruhundakı keyfiyyət, imandan ötrü yaranan əzəmət ilk baxışda seçilər. Necə ki, bunun ən gözəl nümunəsi tarixən yaşamış olan peyğəmbərlərdir. Məsələn, atası olduqca səthi, təcavözkar xarakterli və bütpərəst bir insan olması müqabilində hz. İbrahim Allahın sevdiyi, elçisi olaraq seçdiyi və “...Allah İbrahimi sevimli dost tutmuşdur” (Nisa surəsi, 125) ayəsində xəbər verdiyi kimi şərəfləndirdiyi bir peyğəmbərdir. Hz. İbrahim içində yaşadığı bütpərəst cəmiyyətin səthi mədəniyyətini əsla mənimsəməmiş, bu mənada özünü onlardan tamamilə uzaq tutmuşdur. Onların özünə izah etdiyi, öyrətdiyi heç bir şeyi qəbul etməmiş, imanlı, qürurlu və güclü bir şəxsiyyət göstərərək Quranın “Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım” (Məryəm surəsi, 48) ayəsində bildirildiyi kimi Allahın razılığına uyğun yaşamışdır.

Cahiliyyə əxlaqında isə Quran əxlaqına zidd olan batil meyarlar əsasdır. Məsələn, cahiliyyə meyarlarına görə bir insan əgər pis bir mühitdə böyüyübsə özünü dəyərsiz hesab edər. Və ya din əxlaqından uzaq cəmiyyətlərdə çox əhəmiyyətli hesab edilən zənginlik, maddi imkanlar, şöhrət kimi xüsusiyyətlərə sahib olmayan bir insan mənasız bir məzlumluq duyğusu, qarışıqlıq içində olar. Bundan ötrü də özünə qarşı hörməti olmaz. Özünü bu şəkildə gördüyü üçün də yaxşı və gözəl olanı tapıb ona yönəlmək kimi bir cəhdi də olmaz. İman etmədiyi, Allah qatında dəyərli olana deyil insanların gözündə əhəmiyyətli olana yönəldiyi üçün bir çox zəifliyə, buna görə də gücsüz, iradəsi zəif, şəxsiyyətsiz bir bədənə sahib olar. Ağlına gələn mənfi fikirlərə, kənardan gələn mənfi təlqinlərə verəcək bir cavab tapa bilməz. Belə bir insanın isə ətrafındakı mənfi təlqinlərdən təsirlənməsi çox asan olar.

İmanın gətirdiyi doğrunu səhvdən ayırd edə bilmə qabiliyyətinə sahib olmadığından səhv məlumatlar, səhv təlqinlər, səhv istiqamətləndirmələr ilə şəxsiyyəti zəif bir hala gələ bilər. Nəticədə ortaya kiçik düşünən, səthi rəftarlar edən, öz-özünü dəyərsiz hesab edən biri çıxar. Belə bir adam yaşadığı şərtlərdən ötrü Allaha təvəkkül etməsi, səbir göstərib gözəl əxlaq axtarışı içində nəcib bir xarakter inkişaf etdirməsi lazım olduğunu ağlına gətirməz. Əksinə mənasız bir kompleks içində bu çirkin mədəniyyətin meydana gətirdiyi əxlaqdan kənar başqa bir əxlaq yaşamağı düşünə bilməyəcək hala gələr.

Quran əxlaqını yaşayan bir adamsa, Allahın özünü müsəlman olaraq yaratmasından ötrü Ona şükür edər. İnsanı dəyərli edən şeyin müsəlman olmaq, iman və ağıl sahibi, vicdanlı və təqva sahibi bir insan olmaq olduğunu bilir. Heç bir çatışmazlıq onu səthi davranmağa şövq etməz, əksinə onu Allaha təvəkkül etməyə, qüsurlarını və çatışmazlıqlarını mümkün qədər düzəldərək, özünü inkişaf etdirərək, Quran əxlaqına uyğun davranmağa yönəldər. Keçmişdə bu adam xəsis və eqoist, davakar insanların olduğu bir mühitdə böyümüş olsa belə, bənzər hadisələr qarşısında eyni cür reaksiyalar verməz. Əksinə Allahın “bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur…” (Ali İmran surəsi, 134) ayəsində bildirdiyi kimi səxavətli və həlim xasiyyətli bir xarakterə sahib olar.

Ayədə bildirildiyi kimi hansı şərtlər altında olursa olsun ehtiyacı olanlara kömək edər, qəzəbinə məğlub olmaz, əksinə belə bir vəziyyət qarşısında olduqca bağışlayan olar, təvazökar bir əxlaqı mənimsəyər. Əsla səthi məqsədlər əldə etmiş, axirəti unudub dünyaya hərisliklə bağlanmış, Allahın razılığını güdməyən, kiçik mənfətlərin arxasınca gedən insanların əxlaqına bənzər bir əxlaq göstərməz. Quranı özünə rəhbər edərək etdiyi bu rəftar dəyişikliyi, cahiliyyə həyatında öyrəndiyi bütün rəftarları tərk etməsi üçün kifayətdir.

 

Hz. Musa və Firon nümunəsi

 

Hz. Musa özünü xalqın gözündə ilahlaşdırmağa cəhd edən (Rəbbimizi tənzih edirik), həyata keçirdiyi amansız üsullarla insanları zülm dolu bir həyat içində öz əmri altında yaşadan Fironun sarayında böyümüşdür.

Quranda Fironun bir çox xarakter xüsusiyyətindən bəhs edilir. “Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram...” (Qəsas surəsi, 38) ayəsində bildirildiyi kimi guya ilahlıq iddiasında olan (Allahı tənzih edirik) və “...Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər…” (Zuxruf surəsi, 54) ayəsində bildirildiyi kimi xalqını həmişə alçaldarkən özünü yüksək tutan, qürurlu bir insandır. Quranda olan ayələrdən Fironun dəyişkən xarakterə sahib olduğu da aydın olur. Gözünü mal və hakimiyyət həvəsi bürümüş, Allahın “Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?” (Zuxruf surəsi, 51) ayəsində bildirildiyi kimi əlindəkilərin həqiqi sahibinin Allah olduğunu inkar edərək zənginliyi və maddi gücü ilə öyünən dikbaş bir diktatordur.

Bu anlayışa malik bir insanın yanında böyüyən Musa peyğəmbər isə dərin imanı və yüksək səviyyədə olan vicdanı ilə yaşadığı mühitdən tamamilə fərqli və üstün bir əxlaqa sahib, ixlaslı bir müsəlmandır. Böyüdüyü mühitin əxlaq anlayışından tamamilə fərqli bir əxlaq anlayışına malikdir. Firon və digər inkarçı insanlar, əllərindəkilərlə öyünmə, təkəbbürlənmə, insanları alçaldıb lağa qoymaq, özündən razılıq, qafillik, ideallarının dünya həyatındakı mal-dövlət ilə məhdudlaşması kimi daha bir çox əxlaqi zəiflik içində yaşayarkən o bunlardan uzaq, üstün bir əxlaqa, nəcib bir şəxsiyyətə sahib olmuşdur. Allah “Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi” (əd-Duxan surəsi, 17) ayəsində hz. Musadan “möhtərəm bir elçi” olaraq bəhs edir. Kərim sözü, əsilzadə, nəcib, şərəfli, izzətli mənalarını verir. Göründüyü kimi Fironda görünən inkarçı insanlara xas pis əxlaq xüsusiyyətlərinin əksinə, hz. Musa müsəlmanlara xas üstün əxlaq xüsusiyyətlərinə sahib, nəcib bir insandır. (Ətraflı məlumat üçün bkz. Harun Yahya, Hazreti Musa, Araştırma Yayıncılık)

Hz. Musanın və digər peyğəmbərlərin həyatlarından epizodların verildiyi hekayələrdə bu dəyərli insanların çox müxtəlif mühitlərdə, özlərindən çox fərqli inanc və xarakterə sahib insanlarla bir yerdə yaşadıqları aydın olur. Ancaq hamısı da gözəl əxlaqları, nəcib və izzətli şəxsiyyətləriylə qiyamətə qədər yaşayacaq olan bütün insanlara nümunə olan bir ömür sürmüş, bu insanların yaşadıqları cahiliyyə mədəniyyətləri ilə öz aralarına möhkəm bir sədd çəkmişlər. Onlar imanlarının özlərinə qazandırdığı yüksək səviyyədə olan vicdanları ilə insanların böyük bir qisminin içinə düşdüyü bu çirkin cahiliyyə mədəniyyətindən daim kənarda qalmışlar. Çünki iman edən bir insan yuxarıda qeyd etdiyimiz kimi, necə bir mühitdə böyüsə belə, sahib olduğu vicdanı ilə bu sistemin bir parçası olmağı əsla qəbul etməz. Belə bir davranış formasına yiyələnməyi özünə yaraşdırmaz. Ətrafındakı bütün insanların tənqidinə məruz qalacağını, dostluqlarını və sevgilərini itirəcəyini bilsə belə bu mədəniyyətə dair tək bir düşüncə və ya hərəkəti  belə müsəlmanlıq qüruruna sığışdıra bilməz.

Cahiliyyənin çirkin mədəniyyətini yaşayan insanlar, yaşadıqları cəmiyyətdə özləri kimi insanlardan ibarət olan geniş bir tərəfdar dairəsi əldə edə bilər, maddi imkanlar əldə edə bilər, mənfəətə əsaslanan dostluqlar qura bilərlər. Səthi düşüncəni yaşayan insanların sayca çox olmasına aldana bilər, “güc qazanarıq” məntiqiylə bu tərz kəslərlə dostluqlarını gücləndirə bilər. Öz ağıllarına görə güc və qürurun -pis əxlaqlı və səthi xarakterə sahib insanlardan meydana gəlsə də-əksəriyyətə tabe olmaqla əldə edilə biləcəyini zənn edirlər. Halbuki bu düşüncə Qurana görə tamamilə səhvdir. Allah aşağıdakı ayələrində əsl izzət və şərəfin iman edib müsəlman əxlaqını yaşamaqla və belə insanlarla dostluq etməklə əldə ediləcəyini bildirmişdir:

 

“Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur”. (Nisa surəsi, 139)

 

“…Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur...” (Munafiqun surəsi, 8)

 

Buna görə də səmimi bir müsəlman, bütün mənfəətlərini və sahib olduğu imkanlarını itirmək uğruna da olsa bu batil sistemin fəaliyyətinə dəstək verən bir insan olmağı qəbul etməz. Özünü şərtlərə və ətrafındakı insanlara uyğunlaşmaq kimi bir məcburiyyət içində hiss etməz. Əksinə Allahı razı salacaq şərtlər nə isə bunları meydana gətirməyə səy göstərər. Bu şərəfli və səmimi xarakterin əvəzində Allah saleh müsəlmanları həm dünyada, həm də axirətdə mükafatlandıracağını ayələrdə belə bildirir:

 

İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır. (Tovbə surəsi, 20-22)

 

Səthi düşüncənin özünü büruzə vermə formaları

 

Bədəvilər və çirkin mədəniyyətləri

 

Hər dövrdə olduğu kimi Peyğəmbərimiz (s.ə.v)-in dövründə də din əxlaqının incəliklərini qavraya bilməyən, səthi və kobud düşüncə tərzinə sahib olan, imanı qəlbinə daxil olmayan insanlar vardı. Kitabın əvvəlində də ifadə etdiyimiz kimi “səthi düşüncə dini”ni mənimsəmiş olan bu insanlardan bir qismi bəzi bədəvilərdir. “Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyillidirlər...” (Tövbə surəsi, 97) ayəsiylə bildirildiyi kimi bədəvilər kafirliyə və münafiqliyə daha meyilli idilər. Peyğəmbərimiz (s.ə.v) kimi mübarək bir insanı şəxsən görmələrinə, söhbətlərinə qulaq asmalarına, Onun təbliğini almalarına, Onun üstün və seçkin əxlaqına, hər vəziyyətdə nəcib, keyfiyyətli və müasir rəftarlarına şahid olmalarına baxmayaraq Bədəvilərin çoxu özlərini inkişaf etdirə bilməmiş, kobud və səthi bir müstəvidə qalmışdırlar. Bu səthi düşüncə onların Allahın şənini lazım olduğu kimi təqdir edə bilməmələrinə və dinə olan səhv dünyagörüşlərinə, itaət anlayışlarından Peyğəmbərimiz (s.ə.v)-ə qarşı olan hörmətlərinə, oturub-qalxmalarına, yemək yeməklərinə qədər bütün rəftarlarında müşahidə edilirdi.

Bədəvilərdən bəzilərinin və bədəvi əxlaqı nümayiş etdirən digər insanların Peyğəmbərimiz (s.ə.v)-ə qarşı olduqca cahilcəsinə bir rəftarlarının olduğunu Allah Quranda bildirmişdir. Bu insanlar incə düşüncədən, nəzakətdən, hörmət və sevgidən uzaq bir xarakterə sahib olduqları üçün davranışları da Quran əxlaqından olduqca uzaq idi. Allah Peyğəmbərimiz (s.ə.v)-in ətrafında olan bu insanların səthi rəftarlarıyla əlaqədar Quranda belə buyurur:

 

Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır... (Əhzab surəsi, 53)

 

Bu kəslər bir qədər əvvəl də ifadə etdiyimiz kimi bir çox şeyi başa düşmür, incə düşünə bilmirdilər. Məsələn, bir qismi Peyğəmbərimiz (s.ə.v)-ə evlərinin arxasından səslənir, Onun söhbətlərində səslərini qaldırır, danışarkən onu qabağlamağa çalışırdılar. Allah “şübhəsiz ki, səni evlərinin arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar. Sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı...” (Hucurat surəsi, 4-5) ayələriylə onların bu rəftarlarını da xəbər vermişdi. Kobud bir düşüncə tərzinə sahib olduqları üçün Peyğəmbərimiz (s.ə.v)-in üstün əxlaqını, yüksək vicdanını, səbrini, tolerantlığını təqdir edə bilmir, ədəb və hörmətdən anlamırdılar. Allahın sevdiyi və seçdiyi mübarək bir peyğəmbərlə eyni dövrdə yaşamağın, onu görməyin, tanımağın nə böyük lütf olduğunun şüurunda deyillər.

Allah Peyğəmbərimiz (s.ə.v)-in yanında söz kəsərək və səsini qaldıraraq danışan səthi düşüncəli insanların rəftarına görə də ayə endirmiş və bu insanların etdikləri əməllərin puç ola biləcəyini bildirmişdir:

 

Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. (Hucurat surəsi, 1-2)

 

Diqqət etsək bu ayələrdə iman edənlərə xitab olunduğunu görərik. Yəni, bu kəslər keçmişdə Peyğəmbərimiz (s.ə.v)-in ətrafında yaşayan və onun evinin içinə qədər girə bilən, söhbətlərinə qatılan insanlardır. Allah bu ayələrlə möminlərin arasında da din əxlaqını tam mənasıyla yaşamayan və ürəyində iman edənlərə qarşı həqiqi bir sevgi və hörmət bəsləməyən, səthi xarakterli insanların ola biləcəyinə işarə edir.

Səthi düşüncəli insanların hörmətdən uzaq üslubunu, saleh möminlərdə görməksə qətiyyən mümkün deyildir. Allahdan qorxan bir insanın söhbətlərində, həmişə qarşı tərəfə rahatlıq bəxş edəcək bir üslub və izahat olar. Allaha olan qorxu hissi, adamın səmimiyyətin və təvazökarlığın hakim olduğu bir rəftar gözəlliyinə sahib olmasını təmin edər. Buna görə də möminlər olduqca dəqiq və doğru ifadələrlə danışarlar. Düşündüklərini aydın şəkildə ifadə edər, heç vaxt hiss etdiklərini demək üçün eyhamdan istifadə etmirlər. Hörmətə uyğun olmayan, qarşı tərəfin ürəyində şübhə və sıxıntı meydana gətirə biləcək heç bir üslubu özlərinə yaraşdırmazlar. Bu vicdanlı, ağıllı və gözəl üslub sadəcə danışıqlarında deyil hər hansı bir məntiq irəli sürərkən və rəftarlarında da özünü göstərir. Möminlərin göstərdikləri hörmətdə necə ciddi olduqları Allahın “…həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir”. (Hucurat surəsi, 3) ayəsindən açıqca aydın olur.

Səmimi müsəlmanlar nə qədər keyfiyyətli bir ruha sahib və nəcib xarakterə sahiblərsə, səthi düşüncə dinini mənimsəmiş insanlar da o qədər keyfiyyətdən və nəciblikdən uzaqdırlar. Bu insanlar müsəlmanlarla bir yerdə olsalar belə özlərini dəyişdirməzlər. Özlərini təkmilləşdirmək ya da yeniləmək ehtiyacı hiss etməzlər. Vicdanlarını ört-basdır etdikləri və şeytanın izi ilə getdikləri üçün, müsəlmanların gözəl və incə davranışları ilə öz kobud və səthi əxlaqlarını müqayisə etməyə ehtiyac hiss etməzlər. Öz ağıllarını bəyənər, etdikləri bütün səthi düşüncəri normal qarşılayarlar. Bu kəslərin içində olduqları vəziyyət, balığın suda üzüb də suyun kənarında hökm sürən bir həyat tərzini bilməməsi kimidir. Halbuki Əsri-Səadət dövründə yaşamış olan səthi xarakterli insanların qarşılarında nümunə ala biləcəkləri Peyğəmbərimiz (s.ə.v) kimi hörmətli və şərəfli bir insan vardır. Allahın “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”. (Əhzab surəsi, 21) ayəsində bildirdiyi kimi Peyğəmbərimiz (s.ə.v) hər mövzuda bütün insanlar üçün ən gözəl nümunədir.

Mübarək Peyğəmbərimiz (s.ə.v) öz dövründə yaşayan insanlar üçün necə gözəl bir nümunə isə, özündən sonra qiyamətə qədər yaşayacaq olan bütün insanlar üçün də eyni şəkildə bir nümunədir. Rəbbimiz Quran ayələrində Peyğəmbərimiz (s.ə.v)-in üstün əxlaqını bizlərə bildirmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən və səhabələrin Onunla əlaqədar bizə nəql edilən izahlarından da Onun yüksək əxlaqını, keyfiyyətli şəxsiyyətini öyrənmək və nümunə götürmək mümkündür.

İstər keçmişdə, istərsə də indiki vaxtda səthi düşüncə dinini mənimsəmiş kəslər isə Allahın Quranda təsvir etdiyi hz. Məhəmməd (s.ə.v)-in həyatında ən gözəl nümunəsini gördüyümüz nəcib, keyfiyyətli və müasir müsəlman rəftarını yaşaya bilməzlər. Zəif imanları, düşüncəsizlikləri, zəif ağılları ilə Quran əxlaqını həyatlarında tətbiq edə bilməzlər. İçində olduqları ruh halını isə istər baxışları, istər danışmaları, istərsə də əyləncə və zarafat anlayışları, estetik və gözəllikdən anlamamaları, çirkin rəftarları ilə göstərirlər. Sonrakı səhifələrdə səthi düşüncənin çirkin mədəniyyətini mənimsəmiş insanların həyatlarında səthiliyin necə ortaya çıxdığını izah edəcəyik.

 

Baxışlardakı səthi düşüncə

 

Məlum olduğu kimi insanın baxışları, sahib olduğu şəxsiyyəti və yaşadığı mədəniyyəti əks etdirir. Üzə həqiqi mənasını verən baxışlar, adamın içində olduğu ruh halını, mədəniyyət səviyyəsini, şəxsiyyətini, xarakterini diaqnoz etməkdə əhəmiyyətli bir amildir.

Allaha iman edən, içində axirət qorxusu olan, səmimi bir möminin baxışlarında dərin bir təvazökarlıq, təslimiyyət və yetkinlik diqqətə çarpar. Gözlərində dünyəvi ehtiraslardan uzaq və yetkinliyə çatmış bir insanın məmnun olmuş baxışları görülər. Allaha iman etdiyi, ağıllı və şüurlu baxışlarından açıqca aydın olar. Peyğəmbərimiz (s.ə.v) bir hədisində “Ölümü ən çox xatırlayanı və ölümdən sonrakı (həyatı) üçün ən gözəl şəkildə hazırlananı. Budur, onlar ən ağıllı-şüurlu olanlardır” şəklində buyurmuşdur.  (İbni Mace, Cild 10, Səh. 540)

Məhz bu məntiqə sahib bir müsəlmanın gözünün ifadəsinə təbii olmayan mənalar vermə səyində olmaması, əksinə baxışlarını rahat buraxmış, güvən təlqin edən bir məna daşıması ruhunun, imanın gücüylə sakitləşmiş olduğunu göstərir. Baxışları, gözəl əxlaqlı, Allah qorxusuna sahib olan və cahiliyyə mədəniyyətində yaşamadığı müəyyən olan bir insanın baxışları kimidir. Bu baxışlarda əzəmət və dəqiqlik vardır.

Bu baxışların əksinə səthi düşüncə mədəniyyətinin təsiri altında olan çox insan, bu mədəniyyətin bütün çirkinliklərini baxışları ilə büruzə verər. Bəzi hallarda özləri bu mədəniyyəti nə qədər gizlətmək istəsələr də baxışları ilə özlərini ələ verər. Məsələn, müsəlmanların həyəcanlarını, xoşbəxtliklərini və şövqlərini ifadə edən canlı baxışlarının əksinə bu kəslərin gözlərində bəzən tutqunluq və donuqluq hakim olar. Nəzərdə tutulan bu insanın bir şəxsiyyət kimi olduqca güclü, insanlarla asanlıqla ünsiyyət qura bilən bir xarakteri olsa belə Allahdan qafil, axirətin varlığını tam mənası ilə qavraya bilməməsinin baxışlarında meydana gətirdiyi xüsusi bir boşluq və cansızlıqdır.

Quranda bu donuq baxışların meydana gəlməsində, ürəyin Allahla birlikdə olmaması, yəni qəflətin əhəmiyyətli bir rol oynadığı bildirilir. Bu qafil baxışlara bir ayədə belə işarə edilir:

 

Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. (Nəhl surəsi, 108)

 

Yaşadığı çirkin mədəniyyətin təsiriylə yaranan bu baxış tərzi, insan nə qədər baxışlarını mənalı göstərmək üçün səy göstərsə də, bu mədəniyyəti tərk edib Allaha səmimi bir müsəlman olaraq iman etmədikcə, əzəmətli, gözəl və mənalı olan həqiqi bir baxışa çevrilməz. Bunu adam ancaq süni yolla əldə edə bilər. Çünki yaşadığı mədəniyyətin çox vaxt dindən uzaq, dar mənada olan anlayışı, adamda diqqət çəkən, heyranlıq oyandıran həqiqi bir gözəlliyin meydana gəlməsinə imkan vermir. Əksinə insanı mənfur və istər baxışlarıyla, istərsə də rəftarlarıyla narahatlıq verən biri halına salar. Baxışlarında tam mənasıyla tamamilə əlaqə yaradıla biləcək, qarşılıqlı söhbət edilə biləcək, hal dəyərləndirməsi edilə biləcək bir məna yaranmaz.

Bu çirkin mədəniyyəti yaşayan kimi insanların isə öz ağılsızlıqlarını gizlətmək üçün hər hadisədə öz ağıllarına görə lağ edəcək bir yol tapmağa çalışmaları, gözlərində insanı narahat edən rişxəndli bir ifadənin meydana gəlməsinə səbəb olar. Halbuki düşüncəsini səmimi qəlbdən, vicdanla demək əvəzinə lağ etməklə, qarşısındakı insanı alçaldıb özünü ucaltmağa çalışmaq ümumiyyətlə, səthi düşüncəli insanların istifadə etdikləri və həqiqətdə özlərini alçaldan bir üsuldur. Bu baxışların arxasında çox vaxt əslində heç kimlə lağ edəcək halı olmayan, əksinə bir çox mövzunu digər insanlar kimi dərindən qavramaq qabiliyyətinə sahib olmayan, zəif bir şəxsiyyət durur. Allahın böyüklüyünü layiqincə qavraya bilən bir insan əsla özünə rişxəndli baxışlarla baxmağı yaraşdırmaz. Həmişə Allahın hüzurundakı acizliyini dərk edər. Buna görə də heç vaxt belə bir əxlaq və rəftar pozğunluğuna yiyələnməz. Ağlı və vicdanı, baxışlarının həmişə təbii və səmimi olmasını təmin edər. Səmimi bir müsəlmanın gözündə ağıllı, humanist, istiqanlı, səmimi və dostyana bir ifadə vardır. Baxışlarıyla qarşı tərəfə etibarlı olduğunu, yüksək bir əxlaqa sahib olduğunu çatdırır. Bununla yanaşı baxışları səthi düşüncəyə qarşı sanki qalxan kimi özünü müdafiə edəcək bir vəzifə yerinə yetirər. Səthi bir baxışla ona baxan insan ondan əsla gözlədiyi qarşılığı ala bilməz.

Ətrafındakı hər şeydə Allahın təcəllilərini görən və Onu ucaldan bir insanın baxışında yüksək bir şüur açıqlığı, diqqət və ciddilik nəzərə çarpar. Allahın yaratdıqlarına qarşı keçirdiyi heyranlıq hissi, sevgisi və marağı gözlərinə baxıldığı vaxt başa düşüləcək qədər aydın olar. Ancaq ətrafına tam olaraq bu cür baxmayan, əksinə çox vaxt insanları Allahdan müstəqil varlıqlarmış kimi dəyərləndirən, dünyanın Allahın nəzarəti altında olduğunu unuda bilən biri baxışlarında da bunun səbəb olduğu boşluğu və çox vaxt narahatlığı əks etdirər. Qəlbində Allah sevgisi kifayət qədər yaranmadığından, Onun yaratdıqlarına qarşı olan sevgisi də zəif olar, gözündə həqiqi sevgiyə dair mənalar meydana gəlməz. Əksinə bu adama nə qədər dostyana davranılsa da buna ancaq içində yaşadığı səthi mədəniyyətin sevgi anlayışı qədər bir qarşılıq verə bilər. Çünki səthi düşüncə onu Allaha və insanlara olan sevgisini gücləndirəcək səbəbləri fikrində tamamilə cəmləşdirməsindən belə uzaq tutan, qəflətə doğru aparan bir mədəniyyətdir. Bu mədəniyyətin təsiri altında olan adam mümkün olduğu qədər səthi və düşüncəsiz bir məntiqə malikdir.

Səthi düşüncənin çirkin mədəniyyəti adamın gündəlik həyatda tez-tez qarşılaşdığı hadisələr qarşısında baxışlarında mənfur mənalar və formalar yaratmasına da təsir edə bilər. Məsələn, bu mədəniyyətin içində yaşayan kəslər, yenə bu mədəniyyətin çirkinliklərindən biri olan dedi-qodu edərkən gözlərini qıyaraq danışarlar. Eynilə heyrət ya da təəccüblərini ifadə etmək üçün gözlərini mümkün olduğu qədər açar, çirkin bir görünüş nümayiş etdirərlər. Mədəniyyət əməkdaşlığı etdiyi kəslərlə gizlicə etdikləri söhbətlər əsnasında isə ətrafa nəzarət edən, davamlı sağa-sola hərəkət edən baxış formasından istifadə edərlər. Bundan başqa bu insanların özlərinə dəxli olmadıqlarını bildikləri halda maraqlandıqları mövzularda xüsusi olaraq istifadə etdikləri başdan sovdu baxış formaları vardır. Bu hiss etdirmədən göz ucuyla ya da başqa bir yerə baxırmış kimi edib, maraqlanılan şeyə baxmaq formasındadır. Ağıllı bir insan özünə kənardan baxmağı bacara bilən və çirkin rəftarlarına, mimikalarına diqqət yetirib onu düzəldən insandır. Buna görə də belə bir rəftarı özündə müəyyənləşdirib dərhal dəyişdirə bilər. Səthi düşüncəli insan isə belə bir dəyərləndirməni və özünü tənqid edə biləcək bir ağla sahib deyil. Özünü kənardan baxan birinin gözü ilə dəyərləndirə bilməz. Məsələn, bir qədər əvvəl bəhs etdiyimiz baxış formalarının anormallığı özünə tərif edilsə belə bunu heç cür başa düşə bilməz. Çünki ona görə bu baxış formalarında bir problem yoxdur, hətta bunların olduqca insani reaksiyalar olduğunu belə irəli sürə bilər. Səthi düşüncə insaniyyəti fərqləndirə bilməyəcək qədər səthi bir dünyagörüşünə malikdir. Əlbəttə ki, bir insan çox təəcclübləndiyi bir anda gözləri böyüyə, bir şeylə maraqlandığı vaxt gözündə buna aid bir ifadə meydana gələ bilər. Lakin burada nəzərdə tutulan şey səthi düşüncəli insanların baxışlarındakı reaksiyaların təbiilikdən çox uzaq olması və bunu xüsusi bir üsul olaraq istifadə etmələridir. Təccüblənmədikləri halda təəccüblənmiş kimi etmələri, lazımsız maraq nəticəsində başdan sovdu baxışlardan istifadə etmələri, gizlicə dedi-qodu edərkən ətrafa baxışlarıyla nəzər yetirmələri, təcəssüs etmələri, yəni bir adama onun qüsurlarını tədqiq edib, nəzərdən keçirən baxışlarla baxmaları... Bunların heç biri insani və normal baxışlar deyil. Əksinə yaşadıqları dərin qəflətin və səthiliyin nəticəsidir. Qəlbən Allaha yönəlmiş, Onun özünü hər an gördüyünü, əhatə etdiyini bilən bir müsəlmanın gözündə bu cür ifadə və baxışlar meydana gəlməz. Bu kəslər ətrafa bu baxışlarla baxarkən Allahın özlərini gördüyünü Allahın “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır.” (Ənam surəsi, 103) ayəsində bildirdiyi kimi gözləri “dərk etdiyini” unutmurlar. Allah başqa bir ayədə isə, “Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir”. (Qafir surəsi, 19) deyə buyurur və insanın gizlətdiyi düşüncələrinin Allahdan gizli qalmadığı kimi heç bir baxışının da gizli qalmayacağına diqqət çəkir.

Bu insanların istifadə etdiyi başqa bir baxış da bu çirkin mədəniyyətə şərik olduqları insanlarla qarşılıqlı baxışaraq etdikləri səssiz razılaşmalardır. Olduqları mühitə və vəziyyətə görə bir-birlərinə qarşı müxtəlif mənaları ifadə edən baxışlardan və qaş-göz işarələrindən istifadə edərlər. Bu baxışlar və işarələşmə bəzən mühitdə olan bir adamla lağ etmək, bəzən də buna bənzər aşağı səviyyəli mədəniyyətə aid bir düşüncəni öz aralarında gizlicə nəql etmək məqsədiylə istifadə olunar. Allah bu mədəniyyəti yaşayan insanların istifadə etdiyi lağ etmək, baxışmaq və işarələşmək kimi səthi mədəniyyətə aid səssiz xəbərləşmə üsullarının cinayət və günah işləyənlərin də istifadə etdiyi bir üsul olduğunu Quranda bildirir:

 

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, (Mutaffifin surəsi, 29-30)

 

Başqa bir ayəsində isə Allah “Hər bir qeybət edənin, tənə vuranın vay halına!” (Huməzə surəsi, 1) deyə buyurur və insanları belə bir əxlaqa qarşı xəbərdar edib qorxudur.

Allaha səmimi olaraq iman edən, Allahın özündən hər halıyla razı olmasını istəyən bir insan bu baxışların hamısından çəkinər. Qəlbini və vicdanını həmişə təmiz saxlayar. Çünki din əxlaqına zidd olan və Allahın Quranda razı olmadığını bildirdiyi bu səthi rəftarlar adamın Allah qatında gözlədiyi qarşılığı almasına mane ola bilər. Buna görə də insanın səthi düşüncəni, səthi mədəniyyətə aid baxışların meydana gəlməsinə səbəb olan düşüncələrə, məntiqi pozğunluqlara qarşı həssas olması lazımdır. Allaha qarşı səmimi olmağa qərar verən bir adam, içində yaşadığı bu mədəniyyət və onun çirkin rəftarlarından özünü uzaqlaşdırıb Allaha bu rəftarlarından ötrü tövbə etməli, sonra da əvvəlki fikirlərindən imtina etdiyini müsəlman əxlaqını yaşamaq mövzusunda ciddi bir qərarlılıq göstərərək ortaya qoymalıdır.

Allah Quranda “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Al-i İmran surəsi, 135) deyə bildirərək çirkin rəftarlardan imtina edib tövbə etməyin səmimi müsəlmanlara aid bir xüsusiyyət olduğunu xəbər verir.

 

Səthi düşüncə mədəniyyətinə aid söhbətlər

 

Baxışlar kimi, bu mədəniyyəti yaşayan kəslər arasında olan söhbətlər də istər məzmun, istərsə də danışma əsnasında istifadə olunan səs tonu və danışma üslubu baxımından yaşadıqları ruh halını əks etdirir.

Səthi düşüncəli insanlar səthi mövzuların həlli üçün həddindən çox vaxt ayırırlar. Tək bir cümlə ilə həll edilə biləcək bir mövzunu aralarında şişirdərək saatlarla danışa bilərlər. Məsələn, bu mədəniyyəti yaşayan bəzi qadınlar birlikdə yemək yeyərkən çox yaxşı bildikləri halda yeməyin necə hazırlanacağı mövzusunda sonu olmayan bir söhbətə başlayarlar. Bir-birlərinə ağıl vermək, özünün istifadə etdiyi üsulları dəfələrlə tərif etmək, gizlicə qarşı tərəfin üsullarını tənqid etmək kimi söhbətlər edərək lazımsız vaxt sərf edərlər. Çox qısa müddətdə hazırlanacaq asan bir yeməyi, ya da başqa bir işi aralarındakı söhbətin verdiyi ağırlıq və vaxt itkisi səbəbiylə çox uzun müddətdə tamamlayarlar. Heç bir faydası olmayan mövzulara heç vicdanları narahat olmadan həddindən çox vaxt sərf edirlər. Məsələn, təkcə rejim mövzusunda saatlarla danışa bilərlər. Eynilə bu mədəniyyəti yaşayan kişilər arasında da bir avtomobil markasının xüsusiyyətləri, futbol söhbətləri kimi mövzularda olan söhbətlər də uzana bilir. İnsanın kömək etmək məqsədiylə sahib olduğu doğru məlumatları qarşısındakı adama nəql etməsi, əlbəttə ki, məqsədə uyğundur. Ancaq lazımsız təfərrüatlara girmək, sözü uzatmaq, boş və məqsədsiz bir hala gətirmək səthi bir davranışdır. Diqqət edəcəkləri daha əhəmiyyətli mövzular və işlər olmadığı vaxt bu cür mövzular insanlar üçün əhəmiyyətli bir hala gəlir və bunlara xeyli vaxt ayırmaq onları narahat  etmir. Öz dünya və axirət həyatları üçün danışacaqları olduqca əhəmiyyətli mövzular, vermələri lazım olan çox əhəmiyyətli qərarlar olduğu halda bu cür səthi mövzuları səhər-axşam bezmədən danışmaqdan vicdan əzabı çəkməzlər. Allah Quranda insanlar arasında axirətdə özlərinə bir şey qazandırmayacaq işlərlə vaxt keçirən kəslər olduğundan bəhs edir:

 

O kəslər ki, yalan bataqlığında əylənirlər. (Tur surəsi, 12)

 

Ayədə görüldüyü kimi Rəbbimiz lazımsız vaxt ayrılan işləri “yalan bataqlığı” olaraq xarakterizə edir.

Danışdıqları bu mövzular və bunlarla əlaqədar təfərrüatlar səthi düşüncə dinini yaşayan insanların həyatlarının hər sahəsində saysız-hesabsız mövzuda özünü göstərər. Halbuki bir mövzuya həddindən çox vaxt ayırmaq, onunla əlaqədar düşünmək ya da haqqında danışmaq ağlı başında, Allahdan lazım olduğu kimi qorxan və axirətə iman edən biri üçün həm olduqca xoşa gəlməyən, həm də çəkinilməsi lazım olan bir vəziyyətdir. Təfərrüata girməyən, həll edilməsi asan mövzuları ətrafındakı insanlara mürəkkəb və altından qalxılması çətin hadisələrmiş kimi əks etdirməyən kəslər bu mədəniyyəti yaşamamış olmaqla həm ruhən, həm də əxlaqi cəhətdən çox əhəmiyyətli qazanclar əldə edərlər. Allah Quranda “Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir…” (Ənam surəsi, 89) ayəsiylə peyğəmbərlərə öz tərəfindən hikmət digər bir sözlə faydalı, qısa və əsaslı söz demək xüsusiyyəti bəxş etdiyini xəbər verir. Başqa bir ayəsində isə Allah hikmətli danışmağın adama verilən əhəmiyyətli bir nemət olduğunu, hikmət verilən bu kəslərə böyük bir xeyir verilmiş olduğunu bildirər:

 

“Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir…” (Bəqərə surəsi, 269)

 

Göründüyü kimi qısa ancaq faydalı söhbətlər etmək Allah Qatında gözəl olandır. “o kəslər ki, sözbazlıqdan qaçırlar” (Müminun surəsi, 3) ayəsiylə Allah müsəlmanların bundan başqa səthi və boş söhbətlərdən üz çevirdiklərini bildirir. “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər” (Furqan surəsi, 72) ayəsiylə də belə səthi bir mühitdən ləyaqətlə ötüb keçdiklərinə diqqət çəkər.

Səthi məzmunlu söhbətlər edən kəslər səmimiyyət adı altında olduqca avam sözlərdən istifadə etməkdə problem görməzlər. Söhbət əsnasında heyrətlərini və ya qınamaqlarını xəbər verən səs çıxışları etmək, bəhsi keçən adam ya da kəsləri alçaltdıqlarını, onlara lağ etdiklərini ifadə edən səs tonlarından və eyhamlardan istifadə etmək, səthi düşüncə mədəniyyətində yaşayan insanlar üçün normal danışıq tərzi halına gəlmişdir. Halbuki, dünya həyatında Qurana uyğun olmayan etdiyi hər hərəkətindən məsuliyyət daşıyacağını dərk edən adam özünü haqq-hesab günündə utandırmayacaq rəftar və söhbətlərə yönələr. Onu hörmətdən salacaq, səthi bir insan mövqeyinə gətirəcək söhbətlərdən qətiyyətlə çəkinər. Ancaq səthi düşüncəni özü üçün bir mədəniyyət halına gətirən insanlar bu cür narahatlıqlar keçirməz. Onlar Allahın hər an özlərini gördüyünü, hər anlarının hesabını verəcəklərinə əhəmiyyət verməyən, buna görə də nəfslərinin istəklərinə görə istədikləri kimi danışa biləcəklərinə inanarlar. Halbuki, Allah ayələrində “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.” (Qaf surəsi, 17-18) buyuraraq insanın ağzından çıxan hər sözün yazıldığını xəbər verir və insanları belə bir qəflətdən çəkindirir. Bir adam keçmişdə etdiyi, hətta dünən etdiyi boş söhbətləri unuda bilər, amma Allah bir ayəsində belə bildirmişdir:

 

“...Rəbbim nə xəta edir, nə də unudur!”. (Taha surəsi, 52)

 

İnsan dediyi şeyləri unuda bilər, amma Rəbbimiz hər insanın ağzından çıxan hər sözü sonsuz elmi ilə hifz etmişdir.

Özünü insanlara məzlum kimi göstərərək və insanlardan mədət umaraq danışmaq səthi düşüncənin çirkin mədəniyyətində məşhurdur. Qarşı tərəfdən mənfəət gözləmək, ya da ona özünü məzlum kimi göstərərək söhbət edib diqqət çəkmək səthi düşüncəli insanların nəfslərinin xoşuna gələr. Belə bir adam hər hansı bir vəziyyətdə olduqda necə ziyan görmüş vəziyyətə düşdüyünü, nə qədər çətin şərtlər altında qaldığını həmişə vurğulayaraq qarşı tərəfdə acıma hissi oyandırmağa çalışar. İnsanların özünü ziyana uğramış görüb ona kömək etmələri də ona qəribə bir zövq verir. Nəfsi ona, qarşı tərəfin gözündə qorunması, himayə olunması lazım gələn bir insan olmağı məntiqsiz bir şəkildə cəlbedici göstərər. Halbuki, nəcib bir insan özünə məzlum kimi baxılmasından, məzlum kimi deyil güclü, iradəli, şəxsiyyətli görünməkdən zövq alar. Allah Quranda ancaq nəfslərinə zülm edən saxtakar insanların belə bir əxlaq göstərdiyinə diqqət çəkər. Məsələn, hz. Yusifin qardaşları qısqanclıqları üzündən hz. Yusifi öldürmək istəmiş və onu quyuya atmışlar.

Sonra isə “Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. (Yusif surəsi, 16-17) ayəsində bildirilən üslubla ataları hz. Yaquba özlərini məzlum kimi göstərməyə cəhd etmişlər. Həmçinin açıq-aşkar yalan demələrinə baxmayaraq haqsız yerə günahkar hesab olunacaqlarmış kimi özlərini ziyana uğramış vəziyyətdə göstərməyə çalışmışlar. Halbuki bu kəslər hz. Yusif kimi gözəl əxlaqlı, Allahın təriflədiyi, mübarək bir insanı hələ bir uşaqkən, qardaşları olmasına baxmayaraq öldürməyə cəhd edən kəslərdir. Aydın bir sözlə “saxtakarlıq” edirlər. Necə ki, hz. Yaqub “...dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir...” (Yusif surəsi, 18) ayəsində bildirildiyi kimi üstün bəsirəti ilə oğullarının saxtakarlıqlarını dərhal anlamış və bu etdiklərinin nəfslərindən qaynaqlandığını özlərinə demişdir.

Göründüyü kimi səthi düşüncənin çirkin mədəniyyətini yaşayanlar istər haqlı, istərsə də haqsız olsalar belə özlərini məzlum kimi göstərməyə diqqət yetirərlər. Həmişə dərdlərini, sıxıntılarını, yaşadıqları çətinlikləri dilə gətirərlər. Həyatlarının necə çətinlik içində keçdiyini o mədəniyyətdə “dərd yanma” deyə adlandırılan bir üslubla qarşı tərəfə izah edərək bir təvəkkülsüzlük nümunəsi göstərirlər. Quran əxlaqını yaşamadıqları, söhbətlərində istifadə etdikləri çarəsiz, həll edilməsi mümkün olmayan və ağlamaqlı üslublarından asanlıqla aydın olar. Halbuki, hər şeyin Allahın nəzarəti altında olduğunu bilən bir insan heç bir hərəkətində bu cür səthi bir üslubdan istifadə etməyi özünə yaraşdırmaz. Əksinə, Allahın hər an yanında olduğunu güclü bir şəkildə ifadə edəcək söhbətlər edər. Allahın verdiyi güclə və Onun köməyi ilə hər şeyi edə biləcəyini aydın şəkildə ifadə edər. İnsanların özünə məzlum kimi baxmalarını deyil, əksinə güclü şəxsiyyətindən ötrü etibar etmələrini, hörmət göstərmələrini istəyər.

Səthi düşüncəli insanların düşüncə səviyyəsi, ancaq öz mədəniyyətlərinə aid səthi mövzuları izah edəcək qədər məhduddur. Buna görə də eyni mədəniyyət daxilində yaşadıqları insanlarla çox yaxın dialoq qurduqları halda bu mədəniyyətdən uzaq insanlarla söhbətləri olduqca məhdud bir şəkildə reallaşar. Öz səthi dünyalarında yaşayan insanların gün ərzində bəzi mövzular barəsində açdıqları söhbətlər və həmin vaxt istifadə edilən sözlər belə demək olar ki, həmişə eynidir. Onlar danışmağa başladığı vaxt digər şəxslər hansı sözlərdən istifadə edirsə, hansı mövzular barəsində necə danışacaqlarını belə proqnozlaşdıra bilərlər. Anlayışları az olduğundan, Allahın yaratdığı gözəllikləri, dünyada baş verən hadisələri səmimi bir gözlə dəyərləndirmədiklərindən yeni bir mövzu tapmaq, düşündüklərini fərqli bir şəkildə ifadə etmək, həmişə əzbərdən və yerli-yersiz istifadə etdikləri sözlərdən fərqli sözlər işlətmək normal, doğru danışmaq xüsusiyyətləri yox deyiləcək qədər məhduddur. Hətta özlərinə deyilməsə bu vəziyyətlərini dərk edib narahatlıq hissi keçirəcək anlayışları da yoxdur. Səmimi imandan uzaqlaşıb səthi düşüncə dinini mənimsədikləri üçün ağıl, bəsirət, fərasət, hikmət kimi xüsusiyyətlərdən məhrumdurlar.

Məhdud düşünmələrinə və söhbətlərinə, geniş dünyagörüşünə sahib olmamalarına baxmayaraq bu insanlar, özlərini çox əhəmiyyətli, çox zəkalı və ağıllı görərlər. Buna görə də danışdıqları vaxt ümumiyyətlə, özlərini həmişə ön plana çıxaracaq bir üslubdan istifadə edərlər. Yaşadıqları çirkin mədəniyyətin özlərinə bəxş etdiyi alçaldıcı vəziyyətdən xəbərsiz bir şəkildə özlərini gizli ya da açıq şəkildə tərifləyən söhbətlər edərlər. Halbuki, müsəlmanlar “…Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun! …” (İsra surəsi, 111) ayəsinə görə daim Allaha həmd edərlər.

Ağıl və iman sahibi bir insan kainatda mövcud olan hər şeyin tək sahibinin Allah olduğunu bilir. Hər nə qədər özünə aidmiş kimi görünsə də sahib olduğu bütün qabiliyyətlərin, gözəlliyin, zəkanın, maddi imkanların həqiqi sahibinin Rəbbimiz olduğunu yaddan çıxartmaz. Allahın dilədiyi anda bütün bu nemətləri ondan geri ala biləcəyini bildiyi üçün təvazökarlıqla yaşayar. Sahib olduğu hər şey üçün Rəbbimizi tərifləyib, uca tutar. Bu həqiqətlərdən uzaq şəkildə özünü tərifləməyə çalışan bir insanı gördüyü vaxt, onun yaşadığı bu səthi mədəniyyətin insanları nə qədər qafil bir vəziyyətə saldığını görüb bundan ibrət alar. Bu insanları qəflətdən oyandırmaq məqsədiylə onlara Allahın varlığını, hər şeyin mütləq sahibinin O olduğunu xatırlatmağı arzulayar.

Quranda Kəhf surəsində bu mövzuyla əlaqədar olaraq Allah iki adamı misal çəkir. Bu insanlardan biri Allaha səmimi qəlbdən yönəlmiş bir müsəlman digəri isə özünə aid olduğunu zənn etdiyi mülkünün çox olması ilə öyünən, bunların əbədi olaraq xarab olmadan özündə qalacağına inanan bir adamdır:

 

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 32-44)

 

Ayələrdə bildirildiyi kimi, Allahı tərifləmək əvəzinə özünü tərifləyərək dərin bir qəflət içində olan, Allahdan gələcək hər hansı bir bəla ilə sahib olduqlarını itirə biləcəyini düşünməyən, ölümlə birlikdə dünyada sahib olduğu hər şeyi geridə qoyub tənha və tək başına Allahın hüzuruna çıxacağını unudan bu adam, ancaq ayədə bütün izah edilənlər başına gəldiyi vaxt həqiqi vəziyyətini qavramışdır. O vaxta qədər dünya həyatını olduqca qafil bir anlayış ilə dəyərləndirən, səthi məntiq irəli sürdüyündən Allahın gücünü qavraya bilməyən bu insan başına gələnlər qarşısında “kaş ki” deyərək yaşadığı peşmanlığı dilə gətirmişdir.

Göründüyü kimi səthi düşüncə mədəniyyəti bu hekayədəki bağça sahibi adamın vəziyyətində də olduğu kimi insanın hadisələri məntiqlə dəyərləndirməsinə mane olar. Adamı əssasız olan boş bir qürur içində yaşamağa və danışmağa yönəldər. Sahib olduqları ilə öyünən adam bunu açıq ya da gizli yollarla ətrafındakı insanlara həmişə ifadə etmək ehtiyacı hiss edər. Zəkası, qabiliyyətləri və gözəlliyi, təzə aldığı evi ya da avtomobili, uğurla başa çatdırdığı bir layihə ilə, sahib olduğu mülkü və yaxud da uşağının daxil olduğu məktəb səbəbiylə həmişə öyünər. Həmişə nə qədər məqsədəuyğun qərarlar aldığını ifadə edərək özünü ucaltmağa çalışar. Bunları bəzən çox açıq, bəzən də üstü örtülü bir üslubla dilə gətirər.

Bu cahiliyyə mədəniyyətində ən səmimi dostlar hətta qardaşlar arasında belə kimin daha zəngin olduğu, hansının uşaqlarının daha ağıllı olduğu, hansının daha yaxşı bir məktəbə daxil olduğu kimi saysız-hesabsız mövzu haqqında bu cür bir tərif yarışına girərlər. Biri belə bir yarışı başlatdığı vaxt digəri geridə qalmamaq, cahiliyyə termini “əzilməmək” üçün ondan daha çox effektli olacağını düşündüyü başqa bir mövzunu ortaya atar. Beləliklə, sona çatmayan bir səmimiyyətsizlik və səthi düşüncə yarışı başlamış olar. Söhbətlərdə bir tərəfdən guya səmimiyyət ifadəsi olaraq olduqca süni və şişirdilmiş sevgi dolu sözlərdən istifadə olunduğu halda digər tərəfdən də bir-birlərinə var gücü ilə göstəriş etməyə çalışan, bir-birlərini əzməyə və utandırmağa çalışan, qarşı tərəfi çətin vəziyyətə salaraq narahat etmək istəyən bir ifadə metodundan tətbiq olunur.

Yuxarıda da ifadə etdiyimiz bəzən olduqca zalım, mərhəmətsiz bir xarakterə sahib ola bilən bu azğın mədəniyyətin insanları çox sakit və yaxşı göründükləri halda belə əslində ortaya atdıqları mövzularla və etdikləri söhbətlərlə qarşı tərəfin daxilən narahat olmasını, kədərlənməsini, öz vəziyyətlərinə etina ilə yanaşmasını istəyən insanlardır. Ancaq bütün bunlar yenə bu mədəniyyətə şərik olan insanlara təsir edir. Çünki Allaha iman edən, təvəkküllü bir müsəlman heç vaxt bu mədəniyyətdən olan insanlarla eyni mövqedə olmaz. “Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər...” (Nisa surəsi, 49) ayəsində bildirilən həqiqəti yaddan çıxartmaz.

Həmçinin iman edən bir adamda kədərlənmək, qısqanmaq kimi səthi xarakterli insanlarda görülən reaksiyalar meydana gəlməz. Buna görə də səthi mədəniyyətdəyi yaşayan kəslər səmimi müsəlmanlar üzərində öz çirkli mədəniyyətlərini həyata keçirə bilməzlər, etdikləri səthi söhbətlərdə onlardan qarşılıq ala bilməzlər. Müsəlman bütün mülkün tək sahibinin və hər şeyin yaradıcısının Rəbbimiz olduğuna iman etdiyindən qarşı tərəfin özünü və sahib olduqlarını tərifləyən, özünü ucaltmağa çalışan söhbətlərini ibrət vəsiləsi olaraq dəyərləndirər. Bunlardan təsirlənməklə yanaşı bu cür söhbətlər onun qəlbində iticilik meydana gətirər. Çünki hər cür tərifəlayiq olan yalnız göylərin, yerin və bu ikisi arasında olan hər şeyin sahibi və Rəbbi olan Allahdır:

 

 … Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. (Təğabun surəsi, 1)

 

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” … (İsra surəsi, 111)

 

Həmçinin saleh bir müsəlman Allahın insanlara verdiyi nemətlərin hamısının bir imtahan vəsiləsi olduğunu da bilir:

 

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)

 

Bu mədəniyyəti yaşayan insanların ortaq xüsusiyyətlərindən biri də dünyada baş verən hadisələrdən, müsəlmanlara edilən təzyiq və zülmdən, aciz qalan, çarəsiz qalan insanların yaşadıqları çətinliklərdən xəbərsiz kimi danışmalarıdır. Bu kəslər dünyada yaşanan bu həqiqətlərlə heç vaxt üz-üzə gəlməzlər. Ağılları həmişə özləri üçün qurduqları kiçik aləmlərinin yanında qalmışdır. Dünyada baş verən hadisələrin gedişatından, Quran əxlaqının yaşanmamasından ötrü insanların qarşılaşdıqları çətinliklərdən, yenə din əxlaqından uzaq yaşamaq üzündən baş verən vətəndaş müharibəsi və ölkələr arasındakı qarşıdurmalardan, aclıq və səfalət içində yaşayan insanların məruz qaldıqları çətinliklərdən çox vaxt xəbərləri belə olmaz. Üstəlik, həqiqətən də bu hadisələr özlərindən uzaqda yaşandığı üçün onları maraqlandırmaz. Özlərinə bunlarla əlaqədar bir sual verdikdə baş verənlərdən xəbərsiz olduqları, heç maraqlanmadıqları aydın şəkildə başa düşülər.

Onlar sadəcə yeyib-içmələri, gəzmələri, ailələri və ya iş yerindəki mövqeləri kimi özlərini maraqlandıran mövzularla məhdudlaşmış bir aləmdə yaşayarlar. Digər insanların yaşadıqları sıxıntı və çətinliklərin səbəblərini və necə həll edilə biləcəyini düşünməz, bu mövzuda vicdanlarından istifadə etməzlər. Bu vəziyyətə son qoyacaq çıxış yolunu nə axtarmağa, nə də tətbiq etməyə ehtiyac duymazlar. Məsuliyyəti həmişə başqalarının üstünə ataraq, özlərinin səthi yaşayan və səthi düşünən insanlar olduqlarını qəbul edərlər. Özlərini bu mövzulardan və məsuliyyət daşımaqdan azad olduğunu gördükləri üçün səthi mövzular barəsində düşünmək, bunlara vaxt sərf etmək ya da bunları söhbət məsələsi etmək onları heç narahat etməz.

Bir insan yanlarında vicdanlı, insaniyyətə çağıran, vicdanlarını xəbərdar edən söhbətlər etdiyi vaxt sıxılır, susqun olurlar. Barəsində danışmaq istədikləri mövzular nəfslərinin xoşuna gələn, diqqəti başqasına deyil, sadəcə öz mənfəətlərinə yönəldəcəkləri mövzulardan ibarət olur. Halbuki, Allah yer üzündə zülmün dayandırılması üçün vicdan sahibi hər kəsi fikri bir mübarizə aparmağa çağırır. İnsanlardan özlərində belə bir məsuliyyət hiss etməyənlərlə əlaqədar olaraq Allah ayəsində belə bildirər:

 

“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

 

Bu kəslər diqqətlərini mühüm hadisələrə istiqamətləndirmək, bunları həll etmək həqiqi və əsaslı surətdə çıxış yolu tapmaq əvəzinə öz mənfəətlərinə yönəltmişlərdir. Halbuki, Allah Quranda müsəlmanların bir xüsusiyyəti olaraq “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”. (Ali İmran surəsi, 104) deyə ifadə edərək müsəlmanların yaxşı işlər görməyi buyurmaq, yaxşılığa yönəltmək və pis əməlləri qadağan etmək kimi yüksək ideallara istiqamətli, gözəl bir əməkdaşlıq etməklərini lazım olduğunu bildirmişdir. Bu cür idealları mənimsəmiş insanların gördükləri işlər qədər aralarında danışdıqları mövzuların da insanlara xeyir və fayda verəcəyi aydındır.

Səthi düşüncə mədəniyyətində tətbiq olunan bəzi ağız hərəkətləri, səsdən istifadə etmək formaları və eyhamları vardır. Məsələn, söhbət əsnasında bəzən səsin normal səviyyəsindən daha aşağı bir tonda tutulması, bu mədəniyyətdə olan xüsusi bir danışma üsuludur. Bu tona keçilməsi hamı tərəfindən hiss olunması istənilməyən xüsusi bir məlumatın sirdaş tutulan adama nəql ediləcəyi mənasını verər. Həmçinin əksər qadınların öz aralarında üçüncü bir adam barəsində etdikləri bir söhbət əsnasında, ya da lağ dolu bir sözün deyildiyi vaxt istifadə olunar. Eynilə bəzən də cümlənin müəyyən bir yerində yenə başqalarının başa düşməsinə mane olmaq məqsədiylə həm səs kəsilər, həm də sözlər ağızda diyirlənər. Beləliklə də sadəcə əlaqədar adamın başa düşəcəyi bir danışıq üsulundan istifadə olunar.

Bu mədəniyyətdə bütün üz mimikalarından ümumiyyətlə pis istifadə olunar. Adamın üzünü eybəcər hala salan, üzün təbii qırışlarını yox edəcək növdə ağız formaları olar. Məsələn, bu kəslər bir-birlərini qınayacaq səthi söhbətlər edərkən gözlərini qıyaraq və ağızlarını büzərək danışarlar. Beləliklə də ağzın təbii görünüşü pozulduğundan həm üzdə xoşa gəlməyən bir ifadə yaranar, həm də sözlər ağızdan kortəbii bir tonla çıxar. Bəziləri eynilə öz ağıllarına görə müasir hesab etdikləri müxtəlif süni şivələrə yiyələnməyə çalışarlar. Bu səy nəticəsində sözləri ağızlarında fırladaraq və ya dillərindən bir pəltəklik varmış kimi istifadə edərək çətinliklə başa düşülən söhbətlər edərlər.

Bu çirkin mədəniyyəti yaşayan insanlar -xüsusilə qadınlar- arasında dedi-qodu məzmunlu söhbətlər çox məşhurdur. Olduqca səthi mövzuları gündəmə gətirib sonra da əlaqədar kəslər haqqında sona çatmayan, pislik, fitnə, qısqanclıq və kin ehtiva edən söhbətlər edərlər. Allahın “Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir”. (Mucadilə surəsi, 7) ayəsində bildirdiyi həqiqəti heç düşünməyən insanlar bunu edərkən Allahın varlığından tamamilə qafilmiş kimi bir görünüş nümayiş etdirər. Böyük bir rahatlıq içində başqa bir adamın haqqında ön fikirli, çox vaxt böhtandan və zəndən ibarət olan, pis niyyətli, bəzən də bir adamın acizliyini ortaya çıxarmağa istiqamətli gizli söhbətlər edə bilərlər. Gözəl əxlaqlı olmaq və yaxşı fikirdə olmaq əvəzinə çirkin bir məntiqin pis niyyətli, fitnə çıxarmağa istiqamətli düşüncələrini sadəcə olaraq bölüşməkdən zövq alarlar. Halbuki, bu kəslər Allahdan qafil söhbətlər edərkən Allah onlara şahiddir. Rəbbimiz bir ayədə belə buyurur:

 

Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. (Zuxruf surəsi, 80)

 

Bu əxlaqı yaşayan kəslər arasında edilən dedi-qodu söhbətlərində danışıqlar  həmişə açıq şəkildə olmaz. Bəzən istifadə olunan üslubdan ötrü, mövzunu bilməyən bir adam, biri haqqında deyilən bu kinayəli sözləri tərif kimi də başa düşə bilər. Halbuki, riyakarcasına edilən bu təriflər əslində lağ etməkdən ibarətdir və qarşı tərəfi tənqid etmək məqsədi güdür. Ancaq eyni dildən başa düşən tərəflər, kimin barəsində və hansı səbəbə görə bəhs olunduğunu başa düşə bilərlər. Çünki bütün cümlələr hiyləgərcəsinə seçilmiş, söhbətin içinə də yenə şeytani dəqiq hesablamalarla yerləşdirilmişdir. Beləliklə də, həm söhbətlərinə günahsız bir söhbət görünüşü verər, həm də etdikləri səthi düşüncəyə rahatlıqla davam edərlər.

Halbuki, Allah “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”. (Hucurat surəsi, 12) ayəsiylə qullarına dedi-qodu etməyi qadağan etmişdir. Bunu “iyrəndirici” bir rəftar olaraq xarakterizə etmişdir. Həmçinin bu çirkin davranışı edənlərin tövbə etmələrinin və Özündən bağışlanma diləmələrinin lazım olduğunu da xəbər vermişdir. Allah Quranda xüsusilə gizli söhbətlər ediləcəyi vaxtlarda Özündən qorxub çəkinilməsini, iman edənlərin söhbətlərinə diqqət yetirmələrini, yaxşılıq, birlik və Allah qorxusu əsasında söhbət etmələrini əmr edir:

 

“Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!”. (Mucadilə surəsi, 9)

 

Səthi düşüncəli insanlar fiziki ehtiyaclarını tez-tez gündəmə gətirən söhbətlər edərlər. Belə insanlardan tez-tez “acdım, susadım, başım ağrıdı, heç yata bilmədim” kimi sözlər eşitmək mümkündür. Əlbəttə ki, insan bir ehtiyacını lazım olduğu vaxt dilə gətirə bilər. Amma burada bəhsi keçən səthi xarakterli insanların bu mövzuları gündəmə gətirmələri ehtiyaclarını ödəmək, çıxış yolu tapmaq məqsədi güdmür. Bu insanlar bəzən “söz olsun” deyə, bəzən də diqqət çəkmək üçün belə söhbətlər edərək boş vaxt keçirirlər. Halbuki bir müsəlman bu tərz mövzuları dilə gətirməyə tənəzzül etməz. Əgər bir ehtiyacı varsa bunu aradan qaldıracaq tədbirlər görər. Zehni öz kiçik ehtiyacları ilə deyil, daim Allahı ucaldan, dünyada Allahın razı qalacağı faydalı işlər görməyə yönəlmiş düşüncələrlə doludur. Quranda Allah müsəlmanları belə tanıtmışdır:

 

Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Tövbə surəsi, 120)

 

Ayədən də göründüyü kimi müsəlmanların öz nəfslərinin istəklərinə uyub əylənmələrindən söhbət gedə bilməz. Əksinə, Allah yolunda qarşılaşdıqları -kiçik və ya böyük- hər cür çətinliyi bir mükafat fürsəti olaraq dəyərləndirərlər. Və buna görə də hər cür ehtiyacları üçün Allaha təvəkkül edər, tamahkarlıq etməzlər. Buna görə də bu ehtiyaclarını gündəmdə tutan səthi söhbətlərdən də daim qaçarlar.

Səthi düşüncəli insanlar qarşılarındakı kəslərə qarşı həmişə lazımsız şərhlər etməyi vərdiş halına gətirmişlər. Bu insanlar özlərini gördükləri işlərdən təmizə çıxartmaq, heç vaxt səhv etməyən kimi göstərmək məqsədi ilə olduqca səthi mövzularda həmişə şərh edərlər. Ətraflarındakı kəsləri uzun müddət məşğul edərək, etdikləri bu şərhlərə qulaq asmalarını istəyərlər. Nəyi nə üçün etdiklərini, əslində niyyətlərinin nə olduğunu, səhv başa düşülmək istəmədiklərini, etdiklərinin nəticələrinin müsbət olduğunu uzun-uzadı izah edərlər. Bunların hamısı çox kiçik səthi mövzulardır. Evin içində qırılan bir stəkan, yeri dəyişən bir əşya, iş yerində itən bir fayl, unudulan bir mesaj və bunlar kimi hər mühitdə dəyişən ancaq hər biri əhəmiyyətsiz olan mövzular səthi düşüncəli insanların danışıqlarında şişirdilərək şərh tələb edən bir mövzu halına gələr. Nə qədər ki, bu şərhləri edərkən özlərini günahsız göstərməyə çalışsalar da əslində bu rəftarlarının arxasında qürurları durar. Bu qədər kiçik mövzularda səhv etməyi, ehtiyatı əldən verməyi və ya bir təfərrüatı ağlına gətirməmiş olmağı özlərinə sığışdıra bilməz. Belə bir vəziyyətdə dərhal özlərini qoruyacaq bir şərh edərək qürurlarını qurtarmağa çalışarlar. Müxtəlif bəhanələr irəli sürür, əslində belə bir vəziyyətdə yerlərində kim olsa eyni şeyi edəcəyini izah etməyə çalışarlar. Halbuki, bir insanın səhvlərini qəbul edə bilməməsi onun özünü inkişaf etdirməsinin, gözəl bir əxlaqa sahib olmasının qarşısında duran ən böyük maneələrdən biridir.

Allaha təvəkkül etməyən bir adam səhvlərini qəbul etməkdən qorxar. “Əgər belə səthi bir mövzuda səhvim varsa insanlar əhəmiyyətli mövzular barəsində mənim haqqımda nə düşünər” kimi şübhə dolu bir məntiqdə batıb qalar. Olub keçən hər şeyi Allahın təqdirinə buraxmağı, Ona sığınmaq və Ona güvənib təvəkkül etməyi düşünə bilməz. Əgər düşünsə, Allahın bütün olanlardan xəbərdar olduğunu bilərək dinc və rahat olacaq və heç kimə lazımsız izahlar verməyə ehtiyac hiss etməyəcəkdir.

Allahı unudaraq insanların fikirlərinə əhəmiyyət verməyə səbəb olan bu çirkin mədəniyyətdə edilən şərhlər yalnız səhvlərlə, düşüncəsizliklərlə məhdudlaşmamışdır. İnsanlar çox vaxt gün ərzində bir insanın edə biləcəyi qanuni və ağlabatan şeylər üçün də həmişə lazımsız şərhlər etməyə ehtiyac hiss edərlər. Bunun da əsasında yenə bənzər şübhələr durar.

Yetkin bir ruha və şəxsiyyətə sahib olmadıqlarından bu kiçik dünyalarında sıxışıb qalar, nə özləri rahat və xoşbəxt yaşayar, nə də başqalarının rahat yaşamasına imkan verərlər. Allahın insanlar üçün seçib bəyəndiyi İslam dininin əxlaqını tərk edib, səthiliyin pərişan sistemində yaşamağa razı olmağın dünyadakı əvəzini sıxıntılı və şübhəli bir ruh halına sahib olmaqla yaşayarlar.  

 

Zarafat və əyləncə anlayışları

Səthi düşüncəli insanlar səthi şeylərə gülərlər. Bu kəslərin güldükləri mövzuların çoxu, səthi düşüncədən uzaq insanların əsla gülməyəcəkləri tərzdə olan mövzulardır. Məsələn, insanların sahib olduqları bəzi acizliklər bu mədəniyyəti yaşayan insanlar üçün əhəmiyyətli bir zarafat ünsürüdür. Ağıl və iradə ilə həmişə aradan qaldırılmalıdır və ağlı başında bir insanın əsla barəsində danışmayacağı, dilə gətirməyəcəyi acizliklər bu insanlar üçün zarafat və əyləncə mövzusu olub, onları güldürə bilər. Halbuki insan heç bir acizlik barəsində eşitmək istəməz, istəmədən eşitsə də bunları eşitməməzlikdən gələr. Səthi düşüncəli insanlar bunun əksinə, xüsusilə acizlikləri ön plana çıxaran zarafatlar edər və bunlara gülərlər. Primitiv əyləncə anlayışını əks etdirən bu zarafatlara bəzən filmlərdə, televiziya proqramlarında da rast gəlmək mümkündür.

Eynilə insanların sahib olduqları fiziki qüsurlara gülmək də səthi düşüncə mədəniyyətinin zarafat və əyləncə anlayışında əhəmiyyətli bir yer tutur. Bu mədəniyyət və anlayışa sahib kəslər məsələn, boyu normaldan çox qısa olan bir insan, ya da müxtəlif fiziki qüsurları olan bir insan gördükləri vaxt qəhqəhə çəkib gülərlər. Qafil və səthi olduqları üçün bu kəslərin yaşadıqları vəziyyəti təqdir edənin Allah olduğunu, diləsə özlərini də bənzər acizliklərlə imtahan edə biləcəyini düşünə bilməzlər. Həmçinin özləri gülərkən qarşı tərəfin xəcalət çəkə biləcəyini ağıllarına belə gətirməzlər.

Bu kəslərin etdikləri zarafatlar ümumiyyətlə qarşı tərəfi şərəfləndirməz. Tam əksinə özlərini ucaltmaq, qarşı tərəfi isə pisləmək, tənqid etmək hətta alçaltmaq məqsədi güdür. Din əxlaqını yaşayan müsəlmanlar isə etdikləri zarafatlarda mütləq qarşı tərəfin də məmnuniyyətini güdər, bunu ön planda tutar. Əgər tənqid edici bir zarafat edəcəklərsə ancaq öz nəfslərini tənqid edərək bu zarafatı edərlər. Müsəlmanlar inkişaf etmiş bir insaniyyət hissinə sahib olduqları üçün qarşı tərəfin razılığına əhəmiyyət verər, ən kiçik bir narazılıq ehtimalı hiss etsə tezliklə geri çəkilirlər. Səthi düşüncəli insan isə zarafatın dozasını tənzimləyə bilməz. Qarşı tərəfin həssas olduğu mövzularda zarafat ilə üstünə gedər, ya da edilən zarafatı həddindən çox uzadar. Beləliklə də onu narahat edə biləcəyi ehtimalını düşünə bilməz, düşünsə də buna əhəmiyyət verməz. Çünki səthi düşüncəli insan həmçinin həssaslıqdan da məhrum olmuş insandır. İncəlikləri dərk edə bilməz, təfərrüatları fikrində cəmləşdirə bilməz, insaniyyət göstərməkdən zövq almaz.

Səthi düşüncə mədəniyyətini yaşayan insanların zarafatlarında, möminlərin heç vaxt etməyəcəyi bir üsul olan lağlağılıq da çox görünər. Lağlağı zarafatlar bu insanların guya qarşı tərəfi əzmək və özlərini ucaltmaq üçün tez-tez müraciət etdikləri üsullardan biridir. Beləliklə də, özlərini ön plana çıxaracaqlarını düşünərlər. Belə bir adam qarşısındakı adamın ağzından çıxan səhv bir sözü, dilinin dolaşmasını, yeriyiş formasını, bir mövzudakı məlumatsızlığını və ya zahiri görkəmindəki bir qüsuru müəyyən edərək dərhal lağlağılı bir zarafat və ya gülüşlə bunu ifşa edər. İnsani səhvləri və çatışmazlığı əyləncə mövzusu halına gətirər. Beləcə, özünün daha ağıllı, daha gözəl, daha məlumatlı bir sözlə, qarşı tərəflə müqayisədə daha üstün olduğunu isbat etməyə çalışar. Halbuki, bu çox böyük bir səthi düşüncədir. Quran əxlaqını mənimsəyən bir insan qarşı tərəfin bir çatışmamazlığını və ya qüsurunu əsla bir zarafat mövzusu etməyi özünə sığışdırmır. Tam əksinə bunları görməməzlikdən gələrək onu peşman etməməyə çalışar. Məsələn, səthi bir insan yolda gedərkən ayağı ilişən ya da yıxılıb-düşən birinə qəhqəhələrlə gülər. İmdadına çatmaq, özünə bir zərər toxunub-toxunmadığını, bir şeyə ehtiyacının olub-olmadığını soruşmaq əvəzinə insaniyyətsiz rəftarlar göstərər, gülməkdən danışa bilmirmiş kimi edər. Yenə görməməzlikdən, eşitməməzlikdən gələ biləcəyi insani acizlikləri ifşa edərək bunlara da gülər. Məsələn, insanlara onların qüsurlarını vurğulayan adlar verər, ləqəblər qoyar. Halbuki, Allah Hucurat surəsi 11-ci ayədə həm lağ etməyi, həm də insanları pis ləqəblərlə çağırmağı qadağan etmişdir:

 

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın.... (Hucurat surəsi,11)

 

Lağlağı zarafatlarla əylənən bir adam həmin vaxt bütün bədəninin və ruhunun sonsuz bir güc tərəfindən əhatə edilmiş olduğunu, Allahın dilədiyi an özünü cəzalandıra biləcəyini, həmin vaxt canını ala biləcəyini, bir anda özünü ölüm mələkləriylə qarşı-qarşıya gətirə biləcəyini düşünmədiyi üçün belə böyük bir səthi düşüncə edər. Yoxsa sonsuz güc sahibi Rəbbimizin hüzurunda olduğunu bilən bir insanın, ürəyində olan hörmət dolu qorxuya görə lağ etməsi əsla mümkün deyil. Buna görə də səthi düşüncəni yaşayan insanların tez-tez müraciət etdikləri lağlağılığa söykənən əyləncə anlayışı, həmçinin onların səthi düşüncə strukturlarının və Allahı lazım olduğu kimi təqdir edə bilmədiklərinin göstəricilərindən biridir.

Səthi düşüncə mədəniyyətində yaşayan insanlar Allaha qarşı hörmətə uyğun olmayan söhbətlərin edildiyi, dini və müqəddəs anlayışları zarafat mövzusu halına gətirən söhbətlərdən narahat olmazlar. Allah Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayan səthi xarakterli insanların bəhsi keçən çirkin üslubu necə istifadə etdiklərini bizə belə xəbər vermişdir:

Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Zuxruf surəsi 57-59)

 

Belə çirkin söhbətlər edən insanlar hər dövrdə mövcud olmuşdur. Dinə zidd olaraq edilən zarafatlar, dinə bağlılıqları zəif olan bu kəslərin ürəklərində bir narahatlıq meydana gətirməz. Bəzilərini narah etsə belə bu narahatlıq onları o mühitdən uzaqlaşdıracaq qədər təsirli olmaz. Möminlərin qəlbləri isə ancaq Allahın yad edilməsindən, fitrətləri də İslam əxlaqının yaşanmasından zövq alacaqları şəkildə yaradılmışdır. Buna görə də onlar dindən kənar bir zarafat üslubunun hakim olduğu mühitdən dərhal uzaqlaşarlar. Allah iman edənlərin belə bir mühitlə qarşılaşdıqlarında, oradan ayrılmalarını bir ayəsində belə əmr etmişdir:

 

“Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.”. (Nisa surəsi, 140)

 

Səthi düşüncə mədəniyyətinin hakim olduğu əyləncə mühitləri, həqiqi bir dindarın islamı qorumaq və sahib çıxmaq hisslərini hərəkətə gətirər. Belə bir adam olduğu söhbətlərdə Allah və din haqqında hörmətə uyğun olmayan söhbətlər edilməsinə əsla izn verməz. Allaha olan sevgisi, hörməti və bağlılığına görə dinə zidd olan söhbətlərə qarşı çox diqqətli olar. İmani dəyərlərin əleyhinə edilən eyham və şərhlər dərhal diqqətini çəkər və bu cür danışıqlarla həmsöhbət olmaz. Allah nəcib xarakterə sahib müsəlmanlara xas olan bu xüsusiyyəti ayədə bu şəkildə ifadə etmişdir:

 

“Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər”. (Qəsas surəsi, 55)

 

Səthi düşüncəli insan çox vaxt əylənərkən şüursuz bir görünüş göstərər. Məsələn, televiziyada sevdiyi bir seriala baxarkən yanındakı bir adamın təcili surətdə köməyə ehtiyacı olsa, bir sağlamlıq problemi ilə qarşılaşsa bununla maraqlanmaz. Hətta bu cür bir çağırışın və ya köməyin tələb olunması bu adamı hirsləndirə bilər. Çünki qarşı tərəfin, kefini pozduğunu düşünər. Səthi və insaniyyətdən uzaq olduğu üçün bir seriala baxıb əylənməyi çətin vəziyyətdə olan bir adama kömək etməkdən üstün tutar. Və heç bir vicdani narahatlıq keçirmədən televiziyanın qabağında oturaraq əylənməyi gözləyər. Halbuki belə davrandığı üçün ümid etdiyi kimi əylənib zövq də ala bilməz. Səthi əyləncə anlayışı bu insanların seçdikləri və güldükləri mövzulara da öz əksini tapmışdır. Həmişə eyni zarafatların dəfələrlə təkrar edildiyi, bir yenilik gətirməyən, bir insanın zövq ala biləcəyi heç bir ünsür olmayan seriallara saatlarla baxıb əylənməyə çalışırlar.

Şübhəsiz ki, burada nəzərdə tutulan səthi düşüncə, bu insanların televiziyaya baxmaları və ya bundan əylənmələri deyil. Nəzərdə tutulan bu kəslərin yaşadıqları səthi düşüncə mədəniyyəti içində qafil və insaniyyətdən uzaq bir əyləncə anlayışına yiyələnmiş olmalarıdır. Allahdan qorxan, din əxlaqını yaşayan bir müsəlmanın şüuru həmişə açıqdır. İmanın və vicdanın özünə qazandırmış olduğu ağıl ilə hərəkət etdiyindən qarşısına çıxan müxtəlif vəziyyətlərə görə çox sürətli keçişlər edə bilər. Əyləncə də daxil olmaqla heç bir şeyə şüursuz şəkildə aludə olmaz. Uca səslə musiqi dinləyərkən də, televiziyaya baxarkən də, oyun oynayarkən də, izdihamlı və hay-küylü məkanlarda olsa da qəlbində və şüurunda Allah vardır, vicdanı və diqqəti olduqca açıqdır. Buna görə də əylənərkən çox zövq alar.

Ağıllı bir insanın gülməsi, əylənməsi ətrafındakı insanların da xoşuna gələr. Səthi düşüncəli insanların isə güldükləri mövzular qədər gülüş formaları də səthidir. Bir insan yanındakı bir adamın sevinib gülməsindən zövq alar. O adam güldükcə özü də bundan kef çəkər. Lakin səthi düşüncəli insanların qəhqəhələri və gülüş formaları insana heç xoş gəlməyən hətta insanın eşitmək istəməyəcəyi növdəndir.

İstər zarafat və əyləncə anlayışında, istərsə də digər mövzularda səthiliyin nə olduğunu yaxşı başa düşmək olduqca əhəmiyyətlidir. Eyni əyləncə mühitində olan iki adamdan biri səthi bir mədəniyyəti yaşayarkən eyni şeyləri etməsinə baxmayaraq digəri belə olmaya bilər. Çünki səthi düşüncə bir fəlsəfədir. Sadəcə bəzi rəftar və danışıq formaları ilə məhdudlaşmamışdır. Bir insan istədiyi kimi rahatlıqla gülər, lakin ağlından istifadə etməsi, dərin bir anlayışa sahib olması onu səthi düşüncəli insandan fərqləndirər. Buna görə də səthi əyləncə anlayışı, səthi gülüş deyildiyi vaxt zehində səhv bir model yaranmamalıdır. İnsanların səmimiyyətindən qaynaqlanan təbii gülüşləri necə olursa olsun səthi düşüncə deyil, təbii sevincin özünə görə bir gözəlliyi vardır. Səthi düşüncədən çəkinmək bunları məhdudlaşdırmaq deyil. Səthi düşüncə fərqlidir, təbiilik kimi səmimiyyətdən deyil, şüurun bağlanmasından, edilən zarafatların, gülüşlərin itələyici təsirini dərk edə bilməməkdən, bunlarda etidal göstərə bilməyib həddindən artığa qaçmaqdan qaynaqlanar. Bəzi insanlar səthi düşüncədən çəkinməyin yolunun süni bir ciddiyyət olduğunu zənn edərlər. Bunun tələbinin də soyuq və süni gülüşlər, kübarlaşmalar olduğunu düşünürlər.

Maddi imkanları geniş insanlardan ibarət olan bir birlik daxilindəki bir adam sıxılaraq, süni şəkildə gülərkən, təhsilsiz bir cəmiyyətdə bir adamda da daha kobud bir gülüş forması ortaya çıxa bilər amma əsasında ikisi də səthi düşüncədir. Hansı mədəniyyətdə yaşanırsa yaşansın, hər vəziyyətdə səthiliyin yeganə çıxış yolu insanın Allaha bağlanaraq Quran əxlaqını yaşamasıdır. Allah bir ayəsində belə buyurmuşdur:

 

...Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur... (Munafiqun surəsi, 8)

 

Hadisələri şərh etmə formaları

 

Səthi düşüncə mədəniyyətində yaşamağa razı olmuş insanların, ətraflarında və dünyada baş verən hadisələri şərh etmə formaları olduqca səthidir. Səthi bir düşüncəyə və dünyagörüşünə sahib olan bu kəslər, hadisələri də kiçik bir çərçivədə dəyərləndirərlər. Buna görə də içində olduqları səthilikdən heç vaxt xilas ola bilməzlər.

Səthi düşüncəli insan baş verən hər bir hadisəni öz kiçik aləmi çərçivəsində şərh edər. Məsələn, dünyada böyük bir müharibə baş verdiyi vaxt onun üçün əhəmiyyətli olan özünün bundan zərər görüb-görməməsidir. Həyatında bir dəyişiklik baş verəcəkmi, mövcud həyat rejimində pozulma meydana gələcəkmi, valyuta bazarları bundan təsirlənəcəkmi kimi düşüncələrlə sadəcə özü üçün ciddi narahatlıq keçirər.

İnsanın belə bir vəziyyət qarşısında özü və yaxın ətrafı ilə əlaqədar lazımi tədbirlər görməsi, əlbəttə ki, ağlabatan bir davranışdır. Ancaq adamın məsuliyyət şüurunun yalnız yaxın ətrafı ilə məhdudlaşması da ağlabatan deyil. Çünki bu anlayışa malik insan geniş yayılmış bir sözlə “mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə sadəcə öz rahatlığını və hüzurunu düşünən bir rəftara sahibdir. Çətinliklərlə əlaqədə olan, yaşamaq uğrunda mübarizə aparan insanların vəziyyətlərini düzəltmək isə özünü maraqlandırmayan, potensialından çox yüksək işlər olduğu kimi səhv bir məntiqin arxasına gizlənəcəkdir.

Bu məntiqdəki bir insan, hər hansı bir döyüşdə zərər çəkən ölkələrin torpaqlarında dinclik və təhlükəsizlik içində yaşayarkən bir anda özlərini ağır bir döyüş mühitində görən qadınlar, uşaqlar və yaşlı insanların yaşadıqları çətin şərtləri ağlına gətirib düşünməz. İnsanların bu vəziyyətə düşməsinə gətirib çıxaran əsl səbəbləri tədqiq etməklə, bu çatışmazlığı aradan qaldırmaq üçün etməli olanları müəyyənləşdirməklə, bu məqsəd istiqamətində səy göstərməklə maraqlanmayan adam var gücüylə özünü xilas etməyə çalışacaqdır.

Vicdanından tam istifadə edərək, Allah qorxusunun çatışmazlığının dünyada necə bir problem meydana gətirdiyini görüb bu istiqamətdə özündən başlayaraq insanlar üzərində Quran əxlaqını hakim etmək üçün səmimi bir səy göstərmək əvəzinə yalnız özünü və yaxın ətrafını qurtarmaq istəyəcəkdir. Öz ehtiyaclarını istədiyi şəkildə qarşılaya bilmək, sıxıntı yaşamamaq, çətinlik çəkməmək onun üçün kifayət edəcəkdir. Başqalarının nə vəziyyətdə olduğunun necə yaşadıqlarının elə də bir əhəmiyyəti olmayacaq.

Halbuki yüksək əxlaqa və şüura sahib bir insan, yuxarıda verdiyimiz nümunədə olduğu kimi bir mühitlə əlaqədə olmasa belə dünyanın ümumi gedişatına baxaraq, insanların Allah qorxusuna əsaslanan bir əxlaqa güclü ehtiyac hiss etdiyini dərhal dərk edər. Özündən başqasını vecinə almayan, laqeyd, eqoist və zalımlığa meyilli kəslərdən ibarət olan bir cəmiyyətin, insanları dinsizliyin ürküdücü dünyasına aparacağını fərq edər. Allahın razı olduğu gözəl əxlaqın yaşanmamasının cəmiyyətlər üzərində açdığı dərin yaraları görər və bunları bərpa edəcək yeganə yolun din əxlaqının cəmiyyətlər üzərində hakimiyyəti olduğunu müəyyən edər. Sonra da əlindən gələnin ən çoxunu edərək, bu üstün əxlaqı yaşamaq və insanların da yaşamalarına vəsilə olmaq məqsədinə yönələr. Allah belə insanlardan Quranda belə bəhs etmişdir:

 

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik... (Əraf surəsi, 165)

 

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

 

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı.. (Hud surəsi, 116)

 

Səthi düşüncəli insanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri həmişə mənfi şərhlər etmələridir. Çox vaxt hadisələrin faydalı cəhətlərini görə bilmədiklərinə görə, hadisələrdən zərər çəkmiş olacaqları, kədərlənəcəkləri, sıxıntıya düşəcəkləri şərhlər edər və haqsızlığa uğradıqlarına istiqamətli maraqlar güdməyə meyilli olarlar. Hətta belə insanlar özlərinə yaxşı bir söz deyildiyi vaxt belə qəflətən romantikləşər, yenə ağlamalı bir rəftar göstərərlər. Bütün bunların ən əhəmiyyətli səbəbi dini qavraya bilməmiş olmalarıdır. Çünki Quranı bütün ömründə tətbiq edən bir insan mənfi düşüncələrin təsiri altına düşməməli və Allahın rəhmətindən ümid kəsməməlidir. Bu, Allahın Quranda bildirdiyi əhəmiyyətli bir mövzudur:

 

Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər (Yusif surəsi, 87)

 

Ümidsizlik və pessimizm, səthi düşüncə mədəniyyətində yaşayan zəif şəxsiyyətli insanların maddi-mənəvi güclərini əllərindən alan, onlara narahatlıq, şövqsüzlük və bədbəxtlik gətirən bir xüsusiyyətdir. Bu insanlar özləri mənfi şərhlər etdikləri kimi, möminlərin hər hadisədəki xeyir və hikmətləri görən və dilə gətirən şərhlərinə də təəccüblənərlər. Özlərinin fəlakət kimi şərh etdikləri hadisələrin, tamamilə Allahın nəzarəti altında olduğunu heç cür qavraya bilməzlər. Bu düşüncəsizlikləri söhbətlərində də güclü bir pessimizm və mənfilik olaraq əks olunur. Sahib olduqları səhv dünyagörüşü və etdikləri bu mənfi şərhlərlə ətraflarındakı eyni mədəniyyətdən olan insanlara da sıxıntı və ağırlıq bəxş edər, onların da ümidini puç edərlər. Heç vaxt islam əxlaqının insanlara bəxş etdiyi sülhü, əmin-amanlığı, rahatlığı, xoşbəxtliyi, gözəllikləri izah etməzlər. Müsəlmanların gördükləri xeyirli iş və xidmətlərdən, İslam əxlaqını yaşamağın asanlığından, Allahın möminlərin üzərindəki rəhmətindən bəhs etməzlər. Etdikləri şərhlərin çox vaxt hamısında sızlanmaq və həll edilməzlik hakimdir.

Ancaq möminlər yaşadıqları bir mühitdə əsla belə bir şərh üsuluna izn verməzlər. Çünki bilirlər ki, insanın qabağına bir çətinlik çıxacaqsa, o çətinliyi yaradacaq olan Allahdır və hər şeydə olduğu kimi çətinliklərin də hamısında insan üçün bir xeyir və gözəllik vardır. Allahın köməyiylə aradan qaldırılmayacaq heç bir çətinlik yoxdur. Bunu bilən müsəlmanlar hər vaxt hər mövzuda ümidvardırlar. Buna görə də üslub və söhbətlərində heç vaxt mənfi bir şərh və eyham olmaz. Qarşılarına çıxan hər bir hadisəni xeyirli görər, heç vaxt “görəsən nəticəsi nə olacaq”, “ya belə olsa...” kimi mənfi bir üslubdan istifadə etmirlər. Allah Peyğəmbərimiz (s.ə.v)-in dövründə bir çətinlik anında səhabələrin istifadə etdiyi gözəl üslubu bizə belə xəbər vermişdir:

 

Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

 

Səthi düşüncəli insan bir məsələni yaxşı bilməsə belə mütləq şərh etmə ehtiyacı hiss edər. Barəsində danışılan heç bir mövzu ilə əlaqədar olaraq “mən bilmirəm, məlumatım yoxdur, xəbərim yoxdur” demək istəməz. Əksinə bilmədiyi mövzular, tanımadığı insanlar, qarşılaşmadığı vəziyyətlər haqqında da zənn və gümanlara əsaslanan şərhlər edər. Quran əxlaqına görə düşünmədiyindən, bilməsə belə bilirmiş kimi davranmaqda bir problem görməz. Bunun səbəbi adamın insanların gözündəki imicini zədələməkdən çəkinməsi və “bilmirəm” deməyin nəfsinə ağır gəlməsidir. Halbuki, Allah Quranda zənn və gümanlara əsaslanan, doğru olmayan şərhlər edən bu kimi insanların qafil insanlar olduqlarına diqqət çəkər:

 

“Məhv olsun yalançılar! O kəslər ki, cəhalət içində olan qafillərdir.”. (Zəriyət surəsi, 10-11)

 

Allah başqa bir ayəsində də “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!”. (Ali İmran surəsi, 66) deyə bildirərək insanların məlumatları olmayan mövzularda mübahisə etməmələrini, bilmədikləri şeylərin dalınca getməmələrini əmr edər.

Bir insan nə qədər çox şey bilirsə bilsin mütləq bilmədiyi mövzular da olacaqdır. Buna görə də insanın hər mövzunu bilirmiş kimi davranmağa çalışması olduqca mənasızdır. Ancaq sonsuz ağıl və elm sahibi Uca Allah hər şeyin məlumatına malikdir. Qaldı ki, insanın bir çox mövzuda biliyi olsa belə Allahın “...Hər bilik sahibindən də üstün bir bilən vardır”. (Yusif surəsi, 76) ayəsini yaddan çıxartmaması lazımdır. Allah ayəsiylə insanların nə qədər bilik sahibi olurlarsa olsun bu mövzuda qürurlanacaq bir vəziyyətlərinin olmadığına diqqət çəkmiş və onları təvazökar olmağa yönəltmişdir.

Həqiqi mənada Allah qorxusu olan bir insan dəqiqliyi barədə şübhələndiyi bir məlumatı ötürməkdən ya da əmin olmadığı bir sözü deməkdən çəkinir. Zənn etməkdən, güman etməkdən və tərəddüdlü bir məlumatı müdafiə etməkdən, barəsində şərhlər etməkdən çəkinər. Belə bir vəziyyətlə qarşılaşdığında məlumatı olmadığını deməkdən isə qətiyyən çəkinməz. Çünki bunun əksi Allahın “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır”. (İsra surəsi, 36) ayəsində bildirdiyi kimi özünü böyük bir məsuliyyət altında qoya bilər.

Səthi düşüncəli insanın başqa bir cəhəti də insanların diqqətlərini özünə çəkmək üçün hadisələri şişirdərək izah etməsidir. İnsanların dediklərinə qulaq asmalarını təmin etmək, onları güldürmək, özünü simpatik görmələrini təmin edib diqqət çəkmək kimi səthi məqsədlər üçün çox rahatlıqla şişirdilmiş izahlar verməkdən, qarşı tərəfə dəqiq olmayan maraqlı məlumatlar ötürməkdən çəkinməz. Hətta bu istiqamətdə inadçı müzakirələrə, şifahi mübahisələrə girməkdən də çəkinməz. Diqqət çəkmək arzusu üstün gəldiyindən bir yolla bunu sakitləşdirmək məqsədiylə, həqiqəti təhrif edib və orijinalını fərqli formalara salaraq yalan danışa bilər.

Bu səthi xarakterdəki kəslər diqqətlərini Allahın razı olduğu əxlaqı göstərməyə deyil, əsasən özlərini ön plana çıxartmağa, insanların razılığını qazanmağa yönəltdikləri üçün bu üslubun yalan əsasında qurulmasına əhəmiyyət verməzlər. Hətta etdikləri bu şişirdilmiş söhbətləri yalan saymaz, zərərsiz bir söhbət və ya günahsız bir əyləncə kimi göstərməyə çalışarlar. Halbuki, Quranda “...yalan sözlərdən də çəkinin”. (Həcc surəsi, 30) buyrulur. Buna görə də kiçik və ya böyük, zərərli və ya zərərsiz deyə fikirləşmədən yalan danışmaqdan çəkinmək lazımdır.

Ağıl sahibi və gözəl əxlaqdan xoşlanan bir insan isə qarşısındakı adamın danışıqlarında yuxarıda bəhs etdiyimiz formadakı şişirdilmiş, doğru olmayan şərhləri görə bilər. Bu adamın yalan danışan insanların mövqeyinə düşməməsi məqsədiylə, bunları doğru olacaq şəkildə düzəltməsi üçün adamı təşviq edər. Və özü də belə bir vəziyyətə düşməkdən qətiyyən çəkinər.

 

Fərqli mühitlərdə fərqli xarakter nümayiş etdirmək

 

Səthi xarakterli insanların həyatlarına və dinə olan münasibətlərinə baxıldığı vaxt bir çox məqamda səmimi olmadıqları görünər. Bu kəslərin dedikləri ilə etdikləri çox vaxt üst-üstə düşmür. Dinə bağlı olduqlarını deyərlər amma bir çətinliklə qarşılaşdıqları vaxt imanlarındakı zəiflik dərhal hiss olunur. Məsələn, sağlam olduğu vaxtlarda olduqca şövqlü və şən olan bir insanın, sağlamlığı bir qədər pozulduğu vaxt birdən-birə sevinci yox olur, Allaha etdiyi duaları unuda bilir, hətta Allahın özünə bu xəstəliyi hansı səbəbə görə verdiyini öz-özünə soruşur, daha da irəli gedərək belə bir şeyə layiq olmadığını düşünə bilir. Beləliklə də, verilən nemətlərə qarşı böyük bir nankorluq edir və təvəkkül göstərmir. Halbuki xəstəlik Allahın qullarını tez-tez sınadığı, onların səbirlərini və bağlılıqlarını sınadığı çox dəyərli bir andır. Belə bir sıxıntı və çətinlik anında da Allaha şükür etməyə davam edən və səbir edən qullar dərin bir iman və anlayışa sahib olan möminlərdir.

Çətin vaxtlardan başqa böyük bir mal itkisi, ölüm təhlükəsi kimi vəziyyətlərlə üz-üzə gəlindiyi anlarda göstərilən rəftarlar da adamın anlayışı ilə əlaqəlidir. Problemsiz və rahat bir mühitdə olduqca stabil və etidallı görünən ancaq hər hansı bir təhlükə ilə qarşılaşdığı anda deyinməyə başlayan, şikayətçi və mənfi söhbətlər edən və ətrafındakılara də mənfi təlqinlərdə olan bir adam səthi bir düşüncəyə sahib olduğu üçün belə davranır. Belə bir adamın müxtəlif şərtlərdə və mühitlərdə həmişə din əxlaqından uzaq rəftarlar göstərməsi təhlükəsi vardır. Məsələn, çətin vəziyyətdə qaldığı vaxt yalan danışa bilər, taleyi və təvəkkülü unudaraq kədərlənib ağlaya bilər, ümidsizliyə düşə bilər. Ya da hirslənib təcavüzkar rəftarlar göstərə bilər. Çünki səthi düşüncə mədəniyyətində yaşayan insanlar bütün bunları hirslənməyi, romantikliyi, hüznü normal bir reaksiya hesab edər və belə qəflətən ortaya çıxan rəftarları nümayiş etdirməkdən əsla çəkinməzlər. Halbuki, bu tip ani reaksiyalar Quranda səhv və təhlükəli rəftarlar olaraq bildirilmiş və müxtəlif nümunələri də verilərək insanlar xəbərdar edilmişlər.

Ali İmran surəsinin 134-cü ayəsində Allah müsəlmanların “qəzəblərini boğur və insanları bağışlayırlar” olduğunu bildirmişdir. Başqa bir ayədə isə Rəbbimiz ümidsizliyin bir günah olduğunu bildirmişdir:

 

“...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)

Digər tərəfdən insanlara yönümlü bir ömür sürən bu kəslər həmişə onların razılığını və məmnuniyyətini qazanmağa çalışarlar. Bu səydə nəzərdə tutulan şey, əlbəttə ki, Allahın razılığını güdərək insanlara gözəl əxlaqlı davranmaq, yaxşılıq etmək, könüllərini xoş edərək məmnun etmə səyi deyil. Nəzərdə tutulan şey şəxsiyyətsiz bir rəftar göstərərək hər bir insanın yanında o adama görə şəkil almaları və insanların təqdirini qazana bilmək üçün hər cür səthi düşüncəni, rəftar və əxlaq pozğunluğunu rahatlıqla edə bilmələridir.

Məsələn, qeyri-qanuni olduğunu bildiyi halda ancaq müdirinin təqdirini qazana bilmək üçün iş yerində sənədlər üstündə saxtakarlıqlar aparan, lazım gəldikdə yalan danışmaqdan çəkinməyən kəslər bu tip insanlardır. Ya da yüksək vəzifəli idarəçilərin yanında olduqca passiv, əzik davranan bu kimi insanlar, öz məsuliyyəti altında işləyən insanların yanında birdən-birə qürurlu, tərs və əzici bir xarakter nümayiş etdirər. Doğru olan isə vicdanlı, stabil və şəxsiyyətli rəftarı insanlardan, onların üslub və ya mövqelərindən təsirlənmədən hər yerdə yaşamaqdır. Səmimiyyətsiz, süni danışan bir insanla eyni üslubla həmsöhbət olmaq, özü ilə öyünən bir insanla öyünmək, təkkəbbürlənən insanlardan təsirlənmək bir sözlə hər xarakterdən insana ayaq uydurmağa çalışmaq və onların təsiri altına girərək şəxsiyyətsiz davranmaq əhəmiyyətli bir səthi düşüncədir.

Belə bir xarakterə sahib olan kəslər, insanların öz haqlarındakı müsbət ya da mənfi şərhlərindən çox təsirlənərlər. Əleyhlərində deyilmiş bir söz bu insanların əhvallarının pozulmasına, bəzən günlərlə depressiyaya düşmələrinə səbəb ola bildiyi halda, hər hansı bir tərif ya da kompliment də həddindən artıq həyəcanlanmalarına səbəb ola bilər. Allahın özlərini hər yerdə və həmişə gördüyünü unutduqlarından tamamilə insanlar üçün tənzimlənmiş bir həyat yaşayarlar. Evdə ayrı, iş yerində, küçədə ayrı, istirahət zonasında, tətildə ayrı bir rəftar göstərər, dəyişən insanlara, mühit və şərtlərə görə onlar da dəyişərlər. Şəxsiyyətləri zəif olduğundan həmişə başqa insanların təsiri altına düşər, öz inandıqları dəyərlərdən imtina edərlər.

Bu kəslərin arasında din əxlaqını yaşamağa meyilli, lakin imanı zəif kəslər də ola bilər. Bu kəslər normal vaxtlarda 5 vaxt namaz, oruc kimi ibadətləri yerinə yetirərkən tətilə getdikləri bağ tipli bir məkanda o mühitin şərtlərinə ayaq uydurmağa çalışar, bu ibadətlərini təxirə salaraq yerinə yetirməzlər. Geyinib-keçinmələri, davranış tərzləri, əyləncə formaları bir anda din əxlaqından uzaq yaşayan insanlarla böyük bir bənzərlik və uyğunluq göstərər. Din əxlaqını yaşamayan insanların tez-tez bir yerdə olması, imanı tam olaraq qəlblərinə yerləşdirməmiş olan bu insanların mühitə uyğunlaşmasını asanlaşdırar. Belə bir mühitdə gəzərkən, alış-veriş edərkən və əylənərkən bəhsi keçən insanlar Allahın sonsuz qüdrətini yaddan çıxartmışlar.

Axşam yeməyini harada yeməkləri, nə geyəcəkləri kimi o mühitə uyğun düşündükləri təfərrüatlar bütün düşüncələrini örtmüşdür. Burada çatdırılmaq istənilən səhvin, əlbəttə ki, insanların tətil yerlərinə getmələrinin və əylənmələrinin olmadığı aydındır. Səhv olan bu insanların olduqları fərqli mühitlərdə əksəriyyətə tabe olaraq səthiləşmələri və Quran əxlaqından uzaqlaşaraq qafil bir ruh halına girmələridir. Halbuki, kütləyə tabe olmağın səhv olduğunu Allahın Quranda “əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar...” (Ənam surəsi, 116) ayəsiylə aydın şəkildə bildirdiyi bir həqiqətdir. Kütləyə tabe olmaq psixologiyası, səthi xarakterə sahib insanlarda çox görünür. Müsəlmanların isə harada olurlarsa olsunlar, nə edirlərsə etsinlər qəlblərində və söhbətlərində Allah vardır. Həyatlarının tək məqsədi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olduğundan, yaşadıqları hər an bu nəcib məqsəd istiqamətində hərəkət edirlər. Lazım gəldikdə səyahət edər, tətilə gedər, əylənərlər lakin bütün bunları edərkən Allahın “...şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”. (Ənam surəsi, 162) ayəsində bildirdiyi kimi təslim olmuşlardır.

Olduqları izdihamlı mühitdə din əxlaqına uyğun hərəkət edən tək adam da olsalar bu onlarda əsla bir zəiflik meydana gətirməz. Tam tərsinə daha da diqqətli davranar və Allahın məmnun olmayacağını düşündükləri hal və rəftarlardan çəkinərlər. “O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar”. (Nur surəsi, 37) ayəsində bildirildiyi kimi heç bir şərt və mühit onları din əxlaqını yaşamaqdan, Allahı və axirəti düşünməkdən “yayındırmaz”.

Olduqları şərtlərə dərhal uyğunlaşmağa çalışan səthi xarakterə sahib olan insanlar Peyğəmbərimiz (s.ə.v)-in dövründə də yaşamışlar. Allahın “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cumuə surəsi, 11) ayəsində rəftar pozğunluqlarını bildirdiyi kəslər buna bir nümunədir. Bu kəslər Allahın sevdiyi və seçdiyi mübarək Peyğəmbərimiz (s.ə.v)-in yanında olmaq şərəfinə nail olmuş, lakin bu böyük lütfü dərk edə bilməmiş, dərin düşünə bilməyən səthi düşüncəli insanlardır.

Ticarət və ya əyləncə üçün Allahın seçilmiş qullarından, üstün əxlaq sahibi Peyğəmbərimiz (s.ə.v)-in yanından dərhal ayrılmış, onu ayaq üstə saxlayıb tərk etmişlərdir. Ruhlarında səthi düşüncəni yaşadıqları üçün etdiklərinin anormallığına əhəmiyyət verməzlər, səthi düşüncərindən ötrü bunları etməkdə bir problem görməzlər. Çünki səthi düşüncəli insanlar böyük insanları və üstün dəyərləri lazım olduğu kimi təqdir edə bilməzlər. Necə ki, bəhsi keçən kəslər nə din əxlaqını və onun incəliklərini qavramış, nə də Peyğəmbərimiz (s.ə.v) kimi dərin iman sahibi, Allaha könüldən bağlı, Rəbbimizin şərəfləndirdiyi, nurlu bir insanın dəyərini başa düşmüşlər. Səthi bir mənfəət gördükləri vaxt dərhal ona yönəlmiş və hz. Məhəmməd (s.ə.v)-in yanından ayrılmışlar.

Səthi xarakterli insanlar fərqli mühitlərlə yanaşı hadisələrdən də çox təsirlənərlər. Buna görə də əksəriyyəti stabil bir ruh halına sahib deyil. Müsbət gördükləri hadisələr bu kəsləri həmişə ayaqda tutarkən bunun əksinə bir vəziyyətdə, məsələn xəstəlik, maddi bir itki, telefondan alınan bir xəbər, qarşılıqlı danışarkən deyilən bir söz bu insanların dərhal əhvallarının pozulmasına gətirib çıxarar. Hər şeyin Allahın nəzarəti altında olduğu həqiqətini nəzərə almadıqları və təvəkkülsüz olduqları üçün tezliklə ruhdan düşərlər. Allah “Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır”. (Məaric surəsi, 19-20) ayələriylə insanların nəfsindəki bu meyilliyə diqqət çəkər. Bu kəslər başqa vaxtlarda ağır, nəcib görünsələr də bu cür gözlənilməz hadisələrin vəsiləsi ilə həqiqi üzləri ortaya çıxar. Məsələn, əvvəlcə ətrafına olduqca sakit və etidallı bir imic verən bir adam, mənfəəti ilə zidd düşən bir vəziyyətdə dərhal özündən çıxar. Bəzi hadisələr qarşısında hirslənər, bəzən idarəsini itirər və ağlayar. Allahı və taleyi çox vaxt unutduğundan -ya da diqqət etmədiyindən- melanxoliyaya olduqca açıqdır.

İş həyatında yaşadığı bir müvəffəqiyyətsizlikdən, itirilmiş bir əşyaya qədər hər mövzu bu insanları kədərləndirmək üçün kifayətdir. Halbuki insanın qarşısına necə bir hadisə çıxarsa-çıxsın məsələn, xəstələndikdə və ya yaralandıqda bunların da taleyində Allahın izni və diləməsi ilə yaradıldığını yaddan çıxartmamalıdır. Bir adamın xəstəlikdə əsas işi görənin bir virus, qəzaya səbəb olanın da pis bir sürücü olduğunu düşünərək Allahı yaddan çıxartması və gözlənilməz reaksiyalar verməsi, təvəkkülsüz rəftarlar göstərməsi bu adamın imanındakı zəifliyin bir dəlili olar. Əlbəttə ki, Allah imtahanın bir gərəyi olaraq insanlar üçün müxtəlif səbəblər yaratmışdır ancaq bunların hamısı Allahın nəzarəti altındadır. Bu adam xəstələnmiş və ya yaralanmış ola bilər, çünki taleyində o xəstəliyin meydana gəlməsi vardır. Eynilə sürücünün də taleyində bu qəzanı etmək vardır. Bu, Allahın təqdiridir. Adamın bu həqiqəti nəzərə almayaraq xoşa gəlməyən bir üz ifadəsi və üslub içində olması onun şirk içində olduğunun bir göstəricisi olar. Müsibət kimi görünən hadisələrdə və xəstəliklərdə xeyir və hikmət olmadığını düşünmək, xəstəlikləri Allahın yaratdığını deyil də bilavasitə mikrob və viruslar səbəbiylə yarandığını zənn etmək, Allahın bu mikrob və virusları bir vəsilə olaraq yaratdığını yaddan çıxartmaq böyük bir günahdır. Belə bir düşüncə tərzinin formalaşdırdığı rəftarlar da olduqca səthi və dinin insanlara bəxş etdiyi yüksək əxlaq keyfiyyətindən uzaq olacaq.

Allah Quranda “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur”. (Həcc surəsi, 11) ayəsi ilə iman edənləri də, belə səthi və səthi bir düşüncə tərzinə qarşı xəbərdar etmiş, bunun axirətdə onları təhlükə altına alacağını xatırlatmışdır. Çünki imanı hələ tam qəlbinə daxil olmamış bəzi insanlarda belə bir meyillikdən söhbət gedə bilər. Bu kəslər də mühit və şərtlər istədikləri kimi olduqda və bol nemətlər içində yaşadıqda din əxlaqını yaşamağa diqqət göstərər, məsul olduqları ibadətləri şövqlə yerinə yetirərlər. Lakin şərtlər dəyişdiyi vaxt, belə ki, nemətlər Allah tərəfindən bir imtahan olaraq azaldığı vaxt bu kəslərin rəftarı da dəyişməyə başlayar. Əvvəlki şövqlərinin yerini ağırlıq və durğunluq əvəz edər. Hətta bəziləri Allahın “İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər”. (Fəcr surəsi, 15-16) ayələrində bildirdiyi kimi azğın bir düşüncəyə yiyələnərlər. Halbuki bu çox böyük bir səthi düşüncədir. Şərtlər yaxşı olduqda yaxşı olub, dəyişdikdə isə qəflətən tərs və nankor bir üsluba yiyələnmək çəkinilməsi lazım olan bir davranış formasıdır. Eynilə bir çətinlik qarşısında Allahı yaddan çıxardaraq şikayətlənmək, deyinmək, bezdirici rəftarlar göstərmək də yenə eyni səthi düşüncə tərzinin əks olunmasıdır. Müsəlmanlar hər cür hadisə qarşısında Allaha təvəkkül edərlər. Səbirli, etidallı, ağıllı, dözümlü, çıxış yolu tapan, məntiqli, stabil, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın ayrı dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördükdə böyük bir həzz alar, başqa möminlərin özündən aldığı imani zövqü hiss etdikdə bunlardan da ayrı bir zövq alar.

 

Dostluq və yoldaşlıq anlayışı

 

Dostluq və yoldaşlıq qarşılıqlı yaşanan səmimiyyətə əsaslanır. Necə ki, səthi bir insan səmimiyyəti və rahatlığı, ağlından istifadə etməyə ehtiyac hiss etmədən hərəkət edə bilmək kimi qavrayar. Gülüşləri, söhbətləri, mimika və rəftarları onsuz da səthi bir ağlı əks etdirən bu adam səmimiyyət adı altında daha da səthi rəftarlar nümayiş etdirər. Digər insanların yanında etməkdən çəkindiyi səthi düşüncəri səmimi gördüyü yoldaşının yanında rahatlıqla edər. Məsələn, yoldaşına çox gizli ya da məhrəm mövzularını izah edər. Ya da dilə gətirilməsində heç bir faydası olmayacaq xəstəlik və ya fiziki acizliklərini izah edər. Asanlıqla çıxış yolları tapmaq əvəzinə narahatlıqlarını uzun-uzadı təsvir edərlər. Acdığını, susadığını, yuxusunun gəldiyini, istidən bezdiyini həmişə dilə gətirər. Bütün gecə başının necə ağrıdığını, nə qədər dərman içdiyini amma necə olub da fayda vermədiyini, yuxusuzluğunun özünü necə yorduğunu, pəncərə açıq olduğu vaxt necə üşüdüyünü və buna bənzər saysız-hesabsız miqdarda lazımsız təfərrüatı izah edər. Bütün bunları rahatlıq naminə edər, halbuki bu, rahatlıq deyil səthi düşüncədir.

Bu insanların zənn etdiyinin əksinə olaraq, ağıl və iradədən istifadə etməmək insanı narahat edər. Səthi düşüncə mədəniyyətində yaşayan insanlar heç bir şey düşünmədən hərəkət etdikləri vaxt həm özlərinin rahat olacaqlarını, həm də ətrafa səmimi insan imici verəcəklərini zənn edərlər. Halbuki həqiqət bunun tam əksidir. İnsan ağlından və vicdanından istifadə etdiyi müddət ərzində həm özü həqiqi mənada rahat olar, həm də qarşısındakı rahat olar. Bundan kənar bütün söhbət və hərəkətlər olduqca səthi və itələyici olar. Bir insan nə qədər ağıllı hərəkət etsə, nə qədər incə düşünsə dostluğu və yoldaşlığı da o qədər gözəl və dəyərli olar. Peyğəmbərlər və Quran əxlaqını yaşayan müsəlmanlar bu mövzuda insanlar üçün ən gözəl nümunədir. Onlar həyatlarının hər anında Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoyduqları üçün bütün söhbət və rəftarları bu məqsədə uyğundur. Məsələn, bəhsi keçən bir xəstəlik olduqda tezliklə lazımlı tibbi həllərə yönələr, lazım gəlsə həkimə gedib müayinə olunar. Ancaq ən əhəmiyyətlisi bunların hamısının sadəcə Allahın izni ilə fayda verəcəyini unutmadan, özlərini yaxşılaşdırması üçün Allaha dua edərlər. Nə yoldaşları, nə qohumları, nə də hər hansı bir şəxslə belə bir mövzu barəsində lazımsız söhbətlər etməyə, acizliklərini həmişə dilə gətirməyə çalışmazlar. Quranda hz. Əyyubun yaşadığı ağır xəstəlik qarşısında sadəcə Allaha yönələrək göstərdiyi nəcib rəftar müsəlmanlara nümunə olaraq bildirilmişdir:

 

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq... (Ənbiya surəsi, 83-84)

 

Müsəlmanların bu və buna bənzər digər rəftarlarının əsasında hər şeyin Allahın nəzarəti altında olduğunu bilməyin və hər xeyiri Ondan gözləməyin bəxş etdiyi nəcib bir düşüncə vardır.

Səthi bir dostluq anlayışında geniş yayılmış bir sözlə “dərdləşmək” əhəmiyyətli bir yer tutur. Bu anlayışa görə yoldaş olmağın tələblərindən biri də adamın istədiyi vaxt dərdini bölüşə biləcəyi birinin olmasıdır. Qapıların girişində, mətbəxlərin arasında, ofislərin küncündə səs qısaraq, pıçıldaşaraq edilən yoldaş söhbətləri tamamilə səthi düşüncəyə əsaslanır.

Bunda həqiqi bir müsəlmanın dostluğundan çox ümumiyyətlə adamın səthi dünyasını və kiçik mövzularını izah edə biləcəyi bir sirdaş axtarmaq psixologiyası vardır. Qarşı tərəf isə bu adama bir xeyir verməkdən çox, onun səthi dünyasının problemlərinə qulaq asaraq eyni ruh halına şərik olmaqdan zövq alar. Allah Quranda din əxlaqını yaşamayan insanların bu səthi düşüncərinə işarə etmiş və “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır...” (Nisa surəsi, 114) deyə buyurmuşdur.

Göründüyü kimi Allah ayəsində bu insanların aralarındakı gizli söhbətlərin çoxunda xeyir olmadığını bildirmişdir. Səthi düşüncə mədəniyyətinə aid bir yoldaşlıq anlayışına sahib kəslər hər fürsətdə dedi-qodu edər, bir çox mövzuda bir-birlərini pis əxlaqa təşviq edərlər. Kiçik bir aləmləri olduğu üçün dedi-qodu etməkdən ortaq bir zövq alarlar. Halbuki əvvəlcə də ifadə etdiyimiz kimi, Allah Quranda “...Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun!...” (Hucurat surəsi, 12) buyurur və dedi-qodunun “iyrənc” bir rəftar olduğuna diqqət çəkir.

Bu cür yoldaşlıqlarda hər iki tərəf də eyni səthi düşüncə tərzinə sahib olduqlarından səthi düşüncə mədəniyyəti qarşılıqlı olaraq yaşanar. Ortaq mədəniyyətə sahib bu kəslər izdihamlı bir mühitdə olsalar belə bir-birlərini tanıyar və seçərlər. Həyat tərzləri eyni olduğundan birlikdə vaxt keçirərkən başqalarının yanında olmadıqları qədər rahatdırlar. Lakin bu rahatlıq səmimiyyətin, sevgi, hörmət və etibarın bəxş etdiyi bir rahatlıq deyil, səthi düşüncəni heç çəkinmədən yaşamağın və eyni dildən başa düşməyin gətirmiş olduğu sərbəstlikdir. Eyni insanlar özlərindən daha üstün bir əxlaqa sahib insanların yanında bu çirkin mədəniyyəti yaşaya bilməyəcəklərini dərk edə bilirlər. Buna görə də yaxın yoldaşlarını həmişə özləri ilə eyni əxlaqa sahib kəslərdən seçərlər.

Yüksək əxlaqlı insanların yanında isə rahat davrana bilməz və sıxılarlar. Alışdıqları çirkin mədəniyyəti yaşaya bilməməkdən, səthi rəftarlar göstərə bilməməkdən ötrü zehni və fiziki bir “sıxıntı” yaşayarlar. Boğucu və süni söhbətlər edər, özlərini olduqlarından fərqli göstərməyə çalışdıqları üçün olduqca itələyici bir görünüş nümayiş etdirərlər.

Səthi düşüncəli insanların yoldaşlıqlarında fədakarlıq əvəzinə eqoistlik, təvazökarlıq əvəzinə isə qürur və təkəbbürlülük vardır. Belə bir insan sevgini, dostyana rəftarları, tolerantlıq və fədakarlığı həmişə qarşı tərəfdən gözləyər, özü bunların heç birinə yaxın durmaz. Zehnində qarşı tərəfə yaxşılıq etmək, gözəllik bəxş etmək düşüncəsi yoxdur, amma tək tərəfli almağa istiqamətli bir çox ümid vardır. Məsələn, özünə çox tolerantlı davranılmasını istəyər, özü isə ən adi mövzularda belə dözümsüzlük göstərər. Çox sevilmək istəyər, amma nə seviləcək bir xarakter göstərər, nə də özü qarşısındakı insanlara həqiqi mənada sevgi bəsləyər. Həmçinin qarşı tərəf tək tərəfli olaraq bu adama sevgi və hörmət bəsləsə, yaxşılıq etsə, səthi xarakterə sahib olduğu üçün buna dözə bilməz. Hər fürsətdə bundan sui-istifadə edər, istifadə etməyə çalışar. Çünki sahib olduğu bəzi xüsusiyyətlərdən ötrü bu sevgi və yaxşılığın özünə tərəf yönəldildiyini və buna layiq olduğunu düşünər. Buna görə də təkəbbürlənib, öyünər. Əslində layiq olmadığı və bəlkə də bu günə qədər heç kimdən görmədiyi hörməti görməsi və özünə dəyər verilməsi ona çox gəlir. Belə bir adamda vəfa hissi də inkişaf etməmişdir. Özünə deyilən və nəfsinin xoşuna gəlməyən tək bir söz məsələn, verilən bir öyüd-nəsihət bir anda rəftarının tərsləşməsinə, təcavüzkar bir üslubdan istifadə  etməsinə səbəb ola bilər.

Bir-birlərinə həqiqi mənada dəyər verməyən bu kəslərin yoldaşlıqları sevgiyə və hörmətə əsaslanmadığından uzun müddətli də olmaz. Küsmək, pis olmaq, incimək kimi qarşı tərəfi etiraz etmək məqsədi güdən rəftarlar tezliklə yaşanar. Hər nə qədər bu rəftarlar cahiliyyə cəmiyyətində yaşayan bəzi insanlar tərəfindən olduqca normal qarşılansa da əslində bunların hər biri Quran əxlaqında yeri olmayan, batil din olan səthi düşüncə dinində ortaya çıxan rəftar və üsullardır. Müsəlmanların dostluq anlayışı içində cahil cəmiyyətin primitiv deyilə biləcək bu cür üsullarına yer yoxdur. İman edənlər hər cür mövzunu tolerantlıq və anlayış çərçivəsində qarşılıqlı danışıb razılaşaraq və Quran ayələriylə dəyərləndirərək həll edirlər.

Bəzi insanlarda müşahidə edilən və bəzən aylarla, illərlə davam edən küskünlük və giley, səthi düşüncə tərzlərindən qaynaqlanır. Bu kəslər Allahdan lazım olduğu kimi qorxmadıqları üçün çox kiçik mövzularla məşğul olar, bunları bir fəlakətmiş kimi dəyərləndirərlər. Belə bir adam məsələn, yoldaşı özündən xəbərsiz başqa yoldaşlarıyla görüşüb özünü də çağırmadığı halda dərhal ondan küsə bilər və yoldaşlıq əlaqəsini də asanlıqla kəsə bilər. Qurduğu kiçik aləmin kiçik və heç bir əhəmiyyəti olmayan mövzularına bütün diqqətini yönəldərkən ölüm də özünə böyük bir sürətlə yaxınlaşır. Axirəti üçün hazırlıq görməyən bu adam səthi düşüncərlə yaşayarkən bir gün öləcəyini, qəbirə qoyulacağını, axirətdə sorğu-sual olunacağını tamamilə yaddan çıxartmışdır.

Müsəlmanlar isə Allahı sevən, Onun razılığını, rəhmətini, cənnətini qazanmağa çalışan, ortaq dəyər və məqsədlərə sahib olan insanlardır. Allaha iman edib və itaət etmələri, Quran əxlaqını yaşamaları onlar arasında güclü və əsaslı bir sevginin meydana gəlməsinə səbəb olar. Bir-birlərinə bəslədikləri bu sevgi və hörmətin təbii bir davamı olaraq aralarında güclü bir dostluq əlaqəsi meydana gələr. Bu dostluqda hər iki tərəf də olduqca rahat olar. Quran əxlaqına görə hərəkət etdikləri üçün bütün rəftar və söhbətlər olduqca təbii və gözəldir. Aralarındakı dostluq və yoldaşlıq İslam əxlaqının mehribanlığını əks etdirir. Bir-birlərinə qarşı həmişə fədakar bir yanaşma içində olarlar. Belə bir adam Allahın “...hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar...” (Həşr surəsi, 9) ayəsində bildirdiyi kimi həmişə yoldaşının nəfsini öz nəfsindən daha üstün tutar. Allahın “...möminlərlə yumşaq davran”. (Hicr surəsi, 88) ayəsində bildirdiyi kimi olduqca şəfqətli və yumşaq bir rəftar içində olarlar. Yenə qarşısındakı müsəlmanı sevdiyi, ona imanından və əxlaqından ötrü dəyər verdiyi üçün incə düşüncəli davranar, yoldaşının xoşuna gəlməyəcək və ona narahatlıq verəcək hər davranışdan çəkinər. Necə ki, müsəlmanların aralarındakı bu əlaqə yoldaşlıqdan kənar olduğu üçün Allah Quranda “möminlər, həqiqətən də qardaşdırlar...” (Hucurat surəsi, 10) buyurmuşdur. Başqa bir ayəsində isə Allah, möminlərin arasında yaşanan bu dostluq və qardaşlığın Allahın neməti vasitəsiylə olduğunu xatırladır:

 

...Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz... (Ali İmran surəsi, 103)

 

Müsəlmanların arasındakı bu güclü əlaqə ancaq imanlarına görə Allahın özlərinə yaşatdığı bir nemətdir. Yoxsa belə bir dostluq və yaxınlığın din əxlaqından uzaq yaşadıqları müddətcə insanlar tərəfindən səylə əldə edilməsi mümkün deyil. Allah bu həqiqəti “Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi...” (Ənfal surəsi, 63) ayəsiylə insanlara xəbər verir.

 

 

Gözəllik və estetikadan zövq ala bilməmək

 

Allahın varlığına iman etmiş, axirət inancı olan bir insan ətrafında gördüyü hər şeyin mövcud olma səbəbinin Allah olduğunu bilir. Bu məlumatla ətrafına baxan bir insan isə, Allahın insanlar üçün yaratmış olduğu saysız-hesabsız gözəlliyi hər an görə bilmək xüsusiyyətinə malikdir. Allahın yaratdıqlarındakı gözəllikdən və sənətdən dərin bir zövq alar. Buna görə də həqiqi bir müsəlman ətrafında həmişə gözəllik və estetika axtarar. Ruhunda həmişə daha gözəl olana, daha təmiz, daha estetik olana yönəlmə şəklində bir meyl vardır. Bu mövzularda yeniliklərdən, dəyişikliklərdən xoşlanar. Yaşadığı ya da girdiyi bir mühitdə edilən yenilikləri, dəyişiklikləri tezliklə görə bilər. Eynilə gözünə dəyən bir asimmetrikliyi, nizamsızlığı, təmizlik anlayışına uyğun gəlməyən bir tətbiqi tezliklə görər. Bunu dərhal düzəltməyə, gözəlləşdirməyə ehtiyac duyar. Bu, səmimiyyətinə görə də Allahın onun ruhuna verdiyi əhəmiyyətli bir həssaslıqdır. Allah dünyada belə bir anlayışa sahib olaraq yaşayan müsəlmanlara “Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir”. (Tovbə surəsi, 21) ayəsində buyurduğu kimi axirətdə də içində sonsuz gözəllik və sənəti nümunəsi olan cənnət həyatını vəd edir.

Ancaq ətrafındakı nemətləri cahiliyyə mədəniyyəti çərçivəsində dəyərləndirən biri bunların sahib olduğu gözəllikləri lazım olduğu kimi görə bilməz. Məsələn, belə bir adama əl əməyi ilə hazırlanmış, incə ustalıq məhsulu bir əsər göstərilsə bunun dəyərini başa düşməz. Əsəri meydana gətirən adamın qabiliyyəti, bu əsəri meydana gətirmək üçün göstərdiyi əmək, həssaslıq, diqqət və istifadə etdiyi sənət kimi incəliklərə diqqət edə bilməz. Bu adam ruhunda gözəllikdən zövq almaq, gözəlliyi və əməyi təqdir edə bilmək, incəlikləri görə bilmək kimi düşünmə və diqqətli müşahidə tələb edən dəyərləndirmələrdən uzaq bir hal içindədir.

Səthi düşüncə mədəniyyətinin anlayışına etdiyi təsir üzündən baxdığı şeylərin sahib olduqları gözəl xüsusiyyətləri görə bilməyəcək bir hala gəlmişdir. Halbuki bu vəziyyət insanın ruhunu kütləşdirəcək təhlükəli bir xəstəlik kimidir. Gözəllikləri görə bilməyən bir insan, bu mədəniyyətin korlaşdırıcı təsiriylə Allahın nemət olaraq verdiyi çox əhəmiyyətli bir xüsusiyyətinə öz əliylə zərər vermiş olar. Bunun nəticəsində də ömrünü Allahın “kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız …” (Əhqaf surəsi, 20) ayəsində bildirdiyi xarakterdə bir insan halına gələr. Halbuki insan ruhu, maddi-mənəvi hər cür gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır. Gözəllikləri görməyə və təqdir etməyə açıqdır. Ancaq özünü səthi düşüncəyə alışdıran, xarakterində daha gözəl olana, daha yaxşı olana yönələn bir anlayışı inkifaş etdirmədən dünya həyatını yaşayan biri ruhunu kütləşdirər. Göz qabağında olan gözəllikləri, Allahın yaratmasındakı möhtəşəm sənəti, uyğunluğu və simmetriyanı görməkdən məhrum olmuş hala gəlir. Sadəcə özünü yaşadacaq, həqiqətdə isə bir insanın həyatının məqsədi olması baxımından olduqca alçaldıcı olan hədəflərə yönələr. Məsələn, qarşısında çox gözəl bir süfrə hazırlanmış olsa, o bu nizamın təmin edilməsi üçün göstərilən zəhməti, göstərilən incə düşüncəni, estetik anlayışı bir o qədər dəyərləndirə bilməz. Özünə göstərilən qayğını həqiqətdə Allahın bir ziyafəti, gözəl bir lütfü olduğunu ağlından belə keçirməz. Belə bir şəraitdə o, yemək üçün asanlıqla səthi düşüncə edə bilər.

Digər tərəfdən də bu anlayışa sahib olan kəslərdən bəziləri həm öz bədənlərində, həm də ətraflarında təmizliyə kifayət qədər əhəmiyyət verməzlər. Allahın “...Allah anlamayanları qəzəbə uğradar”. (Yunis surəsi, 100) ayəsində bildirdiyi kimi ağıllarından istifadə etmədikləri üçün pislik içində yaşayarlar. Məsələn, təmiz geyinməkdən, təmiz bir mühitdə yaşamaqdan həqiqi mənada zövq almazlar. Sadəcə insanların özlərini görə biləcəkləri yerlərdə bəzən bunlara əhəmiyyət verirmiş kimi görünərək elə tanınmaq istəyərlər. Bunun xaricində təmizliyə qarşı həssaslıq göstərməz, təfərrüatları isə heç düşünə bilməz. Bütün bunlar qafil bir həyat içində yaşadıqlarının replikalarını meydana gətirər və ruhlarında iman edənlərə xas olan yüksək şəxsiyyətin olmadığını göstərər.

Səthiliyin meydana gətirdiyi ortaq mədəniyyət içində yaşayan insanlar bir yerdə olduqları vaxt da estetikaya, gözün zövq aldığı nizama və daha əhəmiyyətlisi gözəl əxlaqa əhəmiyyət vermədən yaşayarlar. Estetikaya, gözəlliyə əhəmiyyət vermədikləri, bunlara diqqət etmədikləri də asanlıqla aydın olar. Halbuki şəxsiyyəti Quran əxlaqına görə formalaşmış, Allahın hər etdiyindən xəbərdar olduğunu bilən biri, Allahın hüzurunda həmişə ən gözəl halıyla olmaq istəyər. Çünki Allah insanı “Biz insanı ən gözəl surətdə yaratdıq!”. (Tin surəsi, 4) ayəsində ifadə edildiyi kimi digər varlıqlar arasında ən gözəl olacaq şəkildə yaratmışdır. Buna görə də insanın da bütün ömrü boyu etdiyi hər hərəkətində Allahın özünə verdiyi bu neməti yaxşı vurğulayacaq, insani istiqamətlərini zəiflətməyəcək davranışlar göstərməsi lazımdır. Həmçinin digər canlılar arasında özünü üstün edən bu yaradılış xüsusiyyətinə uyğun davranmayan və gözəl bir şəxsiyyət göstərməyən kəslərin digər varlıqların daha aşağı bir mövqeyə sahib olacağını Rəbbimiz Quranda xəbər vermişdir. Allahın “sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla!…” (Tin surəsi, 5-6) ayələrindən də göründüyü kimi belə alçaldıcı bir mövqeyə sahib olmayacağı xəbər verilən insanlar, ancaq Allaha iman edən və sonra da imanını etdiyi saleh davranışlarıyla göstərənlərdir. Bu kəslərin Allahın yaratmasındakı sənəti, estetikanı və möhtəşəm gözəlliyi görüb təqdir edə bilən, ruhu bunlardan zövq alan, gördükləri üzərində düşünüb dərinlik qazanan insanlar olduğu aydın olur. Allah Quranda müsəlmanların üstün əxlaq xüsusiyyətlərini belə bildirir:

 

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

 

Göründüyü kimi səthi bir mədəniyyət içində yaşayan biri baxımından əldə edilməsi mümkün olmayan bu dərinlik, Allaha səmimi bir iman ilə bağlanmış bir müsəlman üçün ayaq üstə olduğu, oturduğu və ya uzanıb yatdığı bir vaxtda belə vardır. Müsəlman əxlaqına sahib bir adam hər an hər yerdə Allahı düşünəcək, gördüyü hər şeydə yaradıcımız olan Allahın böyüklüyünü və qorxusunu hiss edəcək bir düşüncəyə malikdir. Bu dərinlik, iman edən bir insanı gördüyü hər şeyi yaxşı dəyərləndirə bilən, hər şeyin Allahın bir yaratması olduğunu bilərək sahib olduqları gözəllikləri və incəlikləri ortaya çıxara bilən bir ruh halında saxlayar.

 

Etdiyi yaxşı və müsbət şeyləri dilə gətirmək

 

Səthi xarakterə sahib olan insanlar gördükləri yaxşı işləri, göstərdikləri müsbət rəftarları hər kəsin bilməsini istəyərlər. Buna görə də bunları mümkün olduğu qədər insanların görə biləcəkləri şəkildə göz qabağında edərlər. Məsələn, bir yoxsula pul yardımı edərkən bunu açıq-aşkar ətrafdakıların görə biləcəkləri şəkildə verərlər. Sonra da yenə etdikləri bu yardımın, ya üstüörtülü şəkildə vurğulayaraq başa düşülməsinə çalışar ya da bunu açıq bir dillə izah edərlər. Və ya bu tərz insanlardan tez-tez “O hədiyyəni mən verdim, əynindəkini mən aldım, oranı mən təmizlədim, o faylı mən hazırladım, fikri ona mən verdim, mən yadına salmasaydım yaddan çıxardardı, avtomobilimlə evinə qoydum, xəstələndiyi vaxt ona mən baxdım...” kimi cümlələr eşitmək mümkündür. Budur bir insanı bunları etməyə sövq edən səbəb səthi düşüncədir. Çünki səthi xarakterdəki insanlar bu tip şeylərlə özlərini guya ucaltmağa, tərifləməyə və beləliklə də insanların yanında dəyərli olmağa çalışarlar. Əgər ürəklərində və düşüncələrində Allahın zikri olsa, şübhəsiz ki, insanların təqdirinə, tərifinə əhəmiyyət verməzlər. Lakin Allahın razılığını nəzərə almadıqları və bunun axirətdəki qarşılığını uzaq gördükləri üçün o an orada olan insanların təqdiri və təşəkkürü bu insanlara daha yaxın bir fayda kimi görünər.

Digər tərəfdən də bu kəslər etdikləri hər hansı maddi və ya mənəvi yardımı adamın özünə qarşı da dilə gətirə bilərlər. Din əxlaqını və bu əxlaqın incəliklərini qavraya bilmədikləri üçün bunun çox böyük bir səthi düşüncə olduğunu görə bilməzlər. Halbuki Allah Quranda “ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar...” (Bəqərə surəsi, 264) buyuraraq iman edən qullarını belə bir əxlaq və rəftar pozğunluğundan çəkindirmişdir. Qarşı tərəfə minnət qoymaqla əziyyət verdikləri təqdirdə öz əlləriylə sədəqələrini puç edə biləcəklərini xatırlatmışdır. Başqa bir ayəsində isə Allah “xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir...” (Bəqərə surəsi, 263) deyə buyurmuşdur.

Din əxlaqını yaşayan müsəlmanlar göstərdikləri bütün gözəl rəftarları, etdikləri yaxşılıqları, işlədikləri xeyirləri sadəcə Allahın razılığını qazanmaq məqsədiylə edərlər. Onlar sırf axirət yurduna yönəldikləri üçün insanlardan maddi və ya mənəvi heç bir qarşılıq gözləməzlər. Bu mənada insanların təqdirinə ya da təşəkkürünə də əhəmiyyət verməzlər. İnsanların tərifini qazanmağa yönəlmiş heç bir cəhdləri olmadığından rəftarları olduqca səmimi və təmkinlidir. Etdikləri xeyir və yaxşılıqların insanlar tərəfindən bilinməsi üçün əsla səy göstərməz, bunları dilə gətirməzlər. Qarşı tərəfi minnət altında qoymaz, təşəkkür, tərif və ya kompliment gözləməzlər. Allahın “...mənim mükafatım ancaq məni yaradandadır...” (Hud surəsi, 51) ayəsində bildirdiyi kimi əvəzini sadəcə Allahdan gözləyərlər.

Allahın “sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır”. (Bəqərə surəsi, 271) ayəsində də işarə etdiyi kimi mümkün olduğu qədər xeyri gizlində işləməyi seçərlər. Başqa bir ayədə isə Allah müsəlmanların bu nəcib məqsədinə “...xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz...” (Bəqərə surəsi, 272) hökmüylə diqqət çəkər.

 

 

Səthi düşüncəli insanlar asanlıqla əsəbləşər

 

Əsəb və gərginlik ümumiyyətlə mənfəət qarşıdurmalarında ortaya çıxar. Səthi xarakterə sahib olan insanların çox hissəsi mənfəətlərinə zərər gələcəyini düşündükləri vəziyyətlərdə əsəbləşər və birdən-birə həmişəki xarakterlərindən kənara çıxaraq tam fərqli bir görünüşə bürünərlər. Əsəb; sakit, heç nəyi vecinə almayan, zarafatcıl və ya ciddi bilinən bir insanı birdən-birə tanınmayacaq hala gətirərək olduqca qatı və qəddar edə bilər. Ancaq bunu edə bilməsi üçün, o insanın iradəsinin və vicdanının zəif, Allahı yaddan çıxartmış və nəfsinə qarşı zəifliyə düçar olmuş səthi bir insan olması lazımdır.

Bu kəslərin əsəbləşdiklərini göstərmək üçün istifadə etdiyi yüzlərlə fərqli üsulları vardır. Sual soruşan bir adama bir müddət susduqdan sonra cavab vermək, tənə vuraraq danışmaq, həmişə şikayət edərək problem yaratmaq, gülməli mühitlərdə gülməmək, qaşqabaqlı olmaq, söhbətlərə qoşulmamaq, sürətlə qapını çırpmaq, bir əşyanı yerə çırpmaq kimi üsullar bunlardan sadəcə bəziləridir. Bu əsəbi rəftarların və eyhamların hamısı da səthi düşüncədən qaynaqlanar və heç birinin də din əxlaqında yeri yoxdur. Çünki insanın başına gələn hər hadisə Allahın nəzarəti altında reallaşır. Həyatımızın hər dəqiqəsi və hər saniyəsi Allahın hökmü ilədir. Buna görə də insanın özünü itirib, əsəbləşəcəyi bir vəziyyət yoxdur. Qırılan dəyərli bir antikvar, itən bir çanta, səhvən zibilliyə qutusuna atılan əhəmiyyətli bir sənəd, baş verən bir qəza, ağızdan çıxan səhv ya da incidici bir söz kimi insanın həyatı boyunca qarşılaşa biləcəyi və çatışmazlıq kimi düşündüyü bütün hadisələr əslində Allahın yaratmış olduğu taleyin bir hissəsidir. Sonsuz ağıl sahibi olan Rəbbimiz bunların hamısını iman edən səmimi qulları üçün xeyir olaraq yaratmışdır.

Yeriyərkən ayağı burxulan, əhəmiyyətli gördüyü bir görüşə çata bilməyən, işindən çıxarılan, haqqında əsassız bir dedi-qodu yayılan, illərlə gecə-gündüz hazırlaşdığı halda universitet imtahanını keçə bilməyən insanların, bu hadisələr qarşısında əsəbləşmək əvəzinə əvvəl bunu düşünməlidir. Bu hadisələrin heç biri təsadüfən reallaşmamışdır. Səmimi bir müsəlman üçün bunların hamısı xeyirə vəsilə olacaq hadisələrdir və hamısı bir hikmət üzrə yaradılmışdır.

Səthi xarakterli insanlar isə tez-tez taleyi unutduqları üçün, mənfəətlərinə zidd kimi görünən bir hadisənin də Allahın nəzarəti altında olduğunu o an düşünə bilməz və dərhal əsəbləşərlər. Ancaq möminlər hər hansı bir müsibət qarşısında buna səbəb olan insana əsəbləşsələr belə qəzəblərini boğarlar. Allaha etibar edər və bu hadisənin xeyrini görməyi arzulayarlar. Qarşılarındakı adamı Allahın istiqamətləndirdiyini yaddan çıxartmazlar. Bilirlər ki, əsəbləşmək, gərginləşmək, incidici söhbətlər etmək, əsəbi davranışlar göstərmək səthi düşüncə tərzinə sahib səthi düşüncəli insanlara aid məqamlardır. Allah bir ayəsində belə buyurmuşdur:

 

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir (Ali İmran surəsi, 134)

 

 

Tamahkarlıq səthi düşüncəli insanlara məxsusdur

 

Səthi xarakterə sahib olan insanlar dünyəvi dəyərlərə həris olduqları üçün din əxlaqından uzaqlaşarlar. Çünki adamı səthi düşüncə etməyə sövq edən qürur, qısqanclıq, hərislik, tələskənlik, dözümsüzlük, əsəb kimi bir çox səbəbin əsasında nəfsin istək və həvəslərinə tabe olmaq vardır. Eynilə bunlar kimi tamahkarlığın da əsasında nəfsin istək və həvəslərinə tabe olmaq vardır. Nəfs insanın daxilinə yerləşmiş bir düşmən kimidir. Allah bir ayədə nəfsin bu xüsusiyyətini hz. Yusifin “mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər...” (Yusif surəsi, 53) ifadəsi ilə bildirir. Nəfsin bu xüsusiyyətinə qarşılıq insan ağlından və vicdanından istifadə etməlidir. Çünki insanın yüksək dəyərləri tərk edib nəfsin səthi istəklərinə boyun əyərək, dünya mənfəətlərinə yönəlməsi böyük bir aldanışdır. Allah Quranda nəfslərinə tabe olaraq ayələrindən uzaqlaşan insanlar üçün “Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu...” (Əraf surəsi, 176) buyuraraq, bu insanların səthi düşüncəyə meyil etdiklərini bildirir. Yenə başqa bir ayəsində Allah “...içərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır...” (Əraf surəsi, 168) buyuraraq din əxlaqının yaşanması xaricində qalan davranış modelini “alçaq” olaraq xarakterizə etmişdir. Vicdanlarından istifadə etdikləri təqdirdə ucalıb, hörmətli və şərəfli bir həyat yaşaya biləcəkləri halda bəhsi keçən insanlar bu tip pis rəftarlara meyil edərlər. Budur tamahkar olmaq da bu səthi və aşağı səviyyəli əxlaqı əks etdirən rəftarlardan biridir.

Tamahkarlıq insanı zəiflədən, alçaldan bir düşüncədir və böyük zərərə gətirib çıxarar. Bu əxlaqa sahib olan adam, hərisliyi üzündən əlindəki dəyərli imkanları kənara atıb dəyərsiz şeylərin dalınca gedər. Allahın razılığını, rəhmətini və sonsuz nemətlərlə təchiz edilmiş cənnətini istəmək və bunun üçün səy göstərmək əvəzinə dünyanın çürük və müvəqqəti faydasını istəyər. Nəfsi ehtiraslarla dolu olduğundan sonrasını görməyib sadəcə içində olduğu anı güdər. “Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar”. (İnsan surəsi, 27) ayəsində buyrulduğu kimi axirəti diqqətdən kənarda saxlayar. Mal, mülk, mövqe həvəsi və hərisliklə mənfəət dalınca getmək, bu adamı səthi düşüncəyə sövq edər və onu həmişə alçaldar. Halbuki dünya malına hərisliklə sarılmaq və ona tamah salmaq insan üçün bir aldanışdır. Bu vəziyyətə düşməmək üçün isə nəfsin istək və həvəslərinə tabe olmamaq lazımdır.

Allah Quranda “...siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir...” (Ənfal surəsi, 67) deyə buyurur. Başqa bir ayəsində isə Allah mal-dövlətə olan hərisliyə qarşılıq “...iman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar...” (Qəsas surəsi, 80) deyə buyurur. Çünki adamın hərisliyi artsa səhvlərə və pisliklərə olan meyli də xeyli artmış olar, artıq bir çox faktlar və gözəlliklər ondan uzaqda qalar. Bəziləri bir qədər çox yemək, geyinmək üçün, bəziləri daha çox əylənə bilmək, daha yüksək bir həyat standartı əldə edə bilmək üçün, bəziləri isə daha yüksək bir vəzifəyə gələ bilmək üçün inandığı dəyərlərdən güzəştlər verər. Halbuki, bunların hamısı müvəqqəti və əhəmiyyətsizdir. İnsan bir qab yeməklə doya bilər, tək bir köynəyi illərlə geyə bilər. Evi nə qədər böyük olursa olsun içində olduğu an tək bir otağında oturar və digər yerləri görməz. İçində olduğu şərtlər nə olursa olsun insan belə bir səthi düşüncəyə əsla yanaşmamalı, diqqətcil davranmalıdır. Əgər ağır şərtlər daxilində yaşayırsa işləməli, çapalamalı və Allaha təvəkkül etməli, lakin əsla böyük ya da kiçik heç bir şeyə tamah salmamalıdır. İstədiyi hər şeyi yalnız Allahdan istəməli, yalnız Ona rəğbət göstərməlidir. Allah bir ayəsində “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir...” (Bəqərə surəsi, 198) buyurur. Ayədə də bildirildiyi kimi bir insan Allahdan hər cür neməti istəyə bilər. Göylərdə və yerdə olan bütün canlıların ruzisini verən, onları yaradan və yaşadan Rəbbimiz, iman edən qullarına belə gözəl bir nemət bəxş etmiş və onları dualarına cavab verəcəyi ilə müjdələmişdir. Tövbə surəsinin 28-ci ayəsində isə “...əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar...” buyurur.

Müsəlmanlar Allahın lütfü ilə əsilzadə bir ruha sahib olduqlarından Allahın “biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt nemət bəxş etdiyin şəxslərin yoluna…” (Fatihə surəsi, 5-7) ayələrində bildirdiyi şəkildə hər cür nemət və köməyi Allahdan gözləyərlər. Ehtiyac içində olsalar belə bunu həyalarından ötrü insanlara hiss etdirməzlər. Belə gözəl bir əxlaqın qəbul olunmasına Rəbbimiz belə diqqət çəkmişdir:

 

Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər... (Bəqərə surəsi, 273)

 

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın rizası üçün yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 8-10)

 

Yenə Allahın “mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar...” (Həşr surəsi, 9) ayəsində bildirdiyi kimi özləri ehtiyac içində olsalar belə, yenə rəftarları nə isə almağa deyil, verməyə meyillidir.

Müsəlmanlar tamahkarlığın tam əksi olan bu şərəfli və fədakar rəftarlardan böyük bir zövq alarlar. Tamahkar insanlar isə özlərində olan nemətləri hərisliklə sahiblənər, şükür etməyi ağıllarına gətirməzlər. Buna görə də bir cür əllərindəki nemətlərdən ötrü xoşbəxt olmazlar. Zehinlərində həmişə daha da çoxunu əldə etmək arzusu vardır. Hətta ehtiyacları olmasa belə sadəcə daha çoxuna sahib olmaq hərisliyi içində yaşayar və çox kiçik şeylərə belə tamah sala bilərlər. Allah ayələrdə bu həqiqəti xəbər verir və bu insanların din əxlaqını yaşamamaqda israrlı olduqlarına diqqət çəkər:

 

Məni yaratdığım kimsə ilə tək burax; Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır. Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir (Muddəssir surəsi, 11-16)

 

Öz əllərində olanı xərcləməkdən çəkinən və əllərini bağlı tutan bu səthi xarakterə sahib insanlar başqalarına qarşı isə bunun tam tərsi olan bir rəftar göstərərlər. Allah Quranda “çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar”. (Mutaffifin surəsi, 1-3) ayələriylə onların tamahkarlıqlarından qaynaqlanan saxtakarlıqlarının üstünü açaraq xəbər verir. Halbuki bu, Allahın razı qalmadığını Quranda bildirdiyi və insanları çəkindirdiyi bir səthi düşüncədir. Rəbbimiz bir ayəsində “kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır”. (Taha surəsi, 131) buyuraraq iman edən qullarını xəbərdar etmiş və Öz qatından verəcəyi nemətlərin daha xeyirli olduğunu xatırlatmışdır.

Tamahkarlıq təkcə bəzi maddi dəyərlərlə məhdudlaşmış bir anlayış deyil. Qaytarılan bir cavabda, deyilən bir sözdə və bunlarla yanaşı bir çox təfərrüatda bu pis əxlaq özünü göstərə bilər. Səthi düşüncəli insan öz sözüylə “bir sözün altında qalmaz”, son sözü deməyə tamah salar. Bəzi insanlar hər fürsətdə söhbətlərinin arasına xarici dildən sözlər və eyhamlar daxil edərək dil bildiklərini vurğulamağa çalışarlar. Birbaşa və səthi izahat əvəzinə, demək istədikləri sözün azərbaycancasını xatırlaya bilmirmiş kimi edərlər. İnsanlara göstəriş edə bilmək üçün bir neçə sözdən istifadə edərlər. Eynilə marka, avtomobil, bağ kimi, bir sözlə sahib olduqları maddi imkanları vurğulamaq istiqamətli söhbətlərin əksəriyyətinin əsasında çox vaxt bu səthi düşüncə vardır. Halbuki belə müvəqqəti dünya istəklərinə düşgünlük göstərmək insan üçün böyük bir utanc vəsiləsi olmalıdır. Bu səthi düşüncəyə tənəzzül edən adam nə qədər alçalmış bir vəziyyətə düşdüyünü bilməlidir. Sahib olduğu hər şeyin yalnız göz açıb yumuncaya qədər fani dünya həyatına aid olduğunu, ölümlə birlikdə sonsuza qədər hamısının geridə qalacağını unutmamalıdır.

Əldə edilən çox kiçik mənfəətləri belə qazanc hesab etmək də bu çirkin əxlaqın bir növüdür. Bu tamahkar düşüncəyə sahib insanlar təəccübləndirici dərəcədə kiçik şeyləri qazanc olaraq görərlər. Məsələn, səthi bir insan üçün yoldaşlarından əvvəl davranaraq daha yaxşı bir yerə keçib oturmaq ya da heç pul xərcləmədən getdiyi bir şirkət yeməyi xoşbəxtlik vəsiləsi olan əhəmiyyətli hadisələrdir. Eynilə insanların hüquqlarını tapdalayaraq əldə edilən kiçik şeylər də bu insanları gözlənilməz şəkildə həyəcanlandırar və xoşbəxt edər. Qatıldıqları bir dəvətdə açıq bufetdən faydalana bilmək və yemək yemək üçün bir-birinin qabaqlamağa çalışan insanlar, daha çox yeməyin olduğu qabı bir cür özünə almağa çalışan insanlar da eyni səthi düşüncədə olan insanlardır. Üstəlik bu insanların çoxu heç ehtiyacı olmadığı halda bir qab yeməyə tamah sala bilən insanlardır. Aydın olur ki, tamahkarlıq insanların sahib olduqları imkanların genişliyi və ya məhdudluğu ilə əlaqədar bir mövzu deyil, tamamilə din əxlaqından uzaq səthi bir ruha sahib olmaları ilə əlaqədar bir mövzudur. Çox məhdud imkanlara sahib olmasına baxmayaraq heç bir ehtiyacını heç kimə hiss etdirməyən şərəfli insanlar olduğu kimi olduqca zəngin və varlı olmasına baxmayaraq əlini bağlı tutan və ağla gələ biləcək ən kiçik şeylərə belə tamah salan insanların da sayı çoxdur. Məsələn, zəngin və məşhur biri, bir səbəbə görə kiçik bir qəsəbəyə getdikdə hansı təvazökar mağazaya girsə, çoxundan kiçik də olsa bir hədiyyə ilə oradan ayrılar. Yəqin ki, hədiyyələri verən kəslər olduqca məhdud imkanlar daxilində yaşayan insanlardır. Qəsəbəni gəzən adam isə bu kiçik yerdə yediyi yeməyin pulunu ödəməməyi belə qazanc olaraq hesab edən, əslində ehtiyac içindəki insanların imkanlarına tamah salan zəngin bir adamdır.

Bu nümunədən də göründüyü kimi səthi düşüncəli insan hədiyyə almaq kimi mövzularda tamahkardır. Ətrafındakı insanlardan hədiyyə ala bilmək üçün həmişə yeni il, ad günü, ildönümü kimi əhəmiyyətli günləri xatırladar. Özünə hədiyyə almaları üçün yoldaşlarına qarşı zarafat yolu ilə eyhamlardan istifadə edər. Guya zarafat olan bu eyhamlar qarşı tərəfi bu adama hədiyyə almağa məcbur edər. Bununla yanaşı bir əşyanı həmişə çox bəyəndiyini, özünün də belə bir şey istədiyini deyərək qarşısındakı adamın o əşyanı özünə hədiyyə etməsini gözləyər. Beləliklə də çox kiçik şeylərə tamah salar və bunları əldə etməyi öz ağlına görə qazanc kimi görər.

Unudulmamalıdır ki, səthi düşüncə nə təhsillə, nə mədəniyyət səviyyəsi ilə, nə də zənginlik və yoxsulluqla birbaşa əlaqəsi olan bir mövzu deyil. Əsasən din əxlaqı və vicdanla əlaqədar bir mövzudur. Ancaq vicdanından istifadə edən, Allahın razılığını axtaran və axirəti qarşısına məqsəd qoyan müsəlmanlar xoşbəxt və gözü tox insanlardır. Onlar ehtiras, tamah, istismar etmək kimi din əxlaqına zidd olan hallardan çəkinərlər. Çünki bəhsi keçən insanlar kimi içində olduqları anın müvəqqəti faydalarını deyil, sonsuz axirət həyatını güdərlər.

Peyğəmbərimiz (s.ə.v) də hədisi-şəriflərində iman edənləri  tamahkarlığa qarşı xəbərdar etmiş, “Əsla tamahkar olmayın! Tamah elə kasıblığın özüdür”. [Təbərani] buyurmuşdur. Başqa bir hədisi-şəriflərində isə, “Möminin izzəti, insanlara qarşı tox gözlü olmasıdır”. [Hakim] buyuraraq tamahkarlıqdan uzaq olmasının mömini izzətli etdiyinə diqqət çəkmişlər. Hz. Məhəmməd (s.ə.v) başqa bir hədisində isə dünyaya həris olan ilə olmayan arasındakı fərqi belə bildirmişdir:

Kim ki, arzusu məqsədi dünya olsa Allah o kimsənin əleyhinə işini darmadağın edər, kasıblığını iki gözünün arasında edər (yəni, dünya malını əldə etmək uğrunda çətinliklər çəkər, hərisliyi də bitməz) və dünya (nemət və malın) dan özü üçün (taleyində) yazılmış olan miqdardan başqa heç bir şey ona çatmaz. Kimin niyyəti, arzusu axirət olsa Allah o kimsə üçün (dağınıq) işini yığışdırar (nizamlayar), zənginliyini ürəyinə yerləşdirər, dünya (nemətləri ilə malı) da boyun əyərək (rahatlıqla) gedər”. (İbni Mace, Cild 10, Səh. 374)

Bədiüzzaman Səid Nursi də bir təfəkküründə bizlərə hərisliklə bir şeyin ardınca gedənin ondan məhrum ola biləcəyini belə xatırladar:

Hərislik məhrumiyyət səbəbidir, təvəkkül və qənaət isə, rəhmət vəsiləsidir. (Mektubat, səh.271)

 

 

Maraqlı olmaları

 

Səthi düşüncənin çirkin mədəniyyəti içində yaşayan insanlar, bilmədikləri ya da maraqlandıqları mövzuları öyrənmək üçün müxtəlif üsullardan istifadə edərlər. Özləriylə heç bir əlaqəsi olmayan, ya da öyrəndikdə heç bir işinə fayda verməyəcək mövzularla maraqlanar, onu öyrənməyə çalışarlar. Məsələn, bir gecə əvvəl özünün dəvət olunmadığı bir yoldaş yığıncağına aralarında mübahisə olan digər bir adamın çağırılıb çağrılmadığını öyrənmək üçün, aradakı üçüncü adama, ona bütün gecə zəng etdiyini ancaq əlaqə saxlaya bilmədiyini və çox narahat olduğunu ifadə edər. Beləliklə də qarşı tərəf bu sualın verilmə məqsədini bilmədən o adamın dünən gecəki yığıncaqda olduğunu buna görə də əlaqə saxlaya bilməməsinin çox normal olduğunu deyər. Beləliklə də hiyləgərcəsinə hazırlanmış bu sual ilə adam hiss etdirmədən həm qarşı tərəfə bir yaxşı niyyət nümayiş etdirər, həm də üçüncü adama hiss etdirmədən içində maraq və qısqanclıq bəsləmiş olar.

Səthi bir mədəniyyət daxilində yaşayan insanlar, beləliklə istifadə etdiyi üstüörtülü sual üsulundan başqa, açıqca və davamlı sual soruşaraq da içlərindəki marağı sakitləşdirmək istəyərlər. Kim nə dedi, hara getdi, nə geydi, hardan gəldi kimi adi və səthi məzmunlu suallarla söhbətlərin arasına girərək, özləriylə əlaqədar olub-olmasa da maraqlandıqları mövzuları öyrənmək istəyərlər. Ya da özlərinə bu cəhətdən yaxın gördükləri kəslərdən vasitəçi olaraq istifadə edərək, maraqlandıqları mövzuları bu kəslər vasitəsiylə öyrənməyə çalışarlar. Sonra da qarşılıqlı olaraq bu mövzular barəsində uzun və dedi-qodu məzmunlu söhbətlər edərlər. Marağın özlərini saldığı bu alçaldıcı vəziyyəti və üzərlərində əmələ gələn səthi düşüncəli insan görünüşünün necə olduğunu görmədən bu mədəniyyəti yaşayarlar. Çox kiçik və lazımsız mövzuları tədqiq edərək öz aralarında əhəmiyyətli bir hala gətirib şişirdərlər. Hər an özlərinə bir az daha yaxınlaşan ölümü, sonrakı sonsuz axirət həyatlarını düşünmək əvəzinə bu əhəmiyyətsiz mövzular barəsində danışaraq və zehinlərini yoraraq vaxtlarını boş yerə sərf edərlər.

Halbuki Allaha təvəkkül edən bir insan əgər bilməsi, xəbərdar olması lazım olan bir mövzu varsa, Allahın mütləq o məlumata bir yolla çatmasını, bunu müxtəlif vasitələrlə öyrənməsini təmin edəcəyini bilir. Buna görə də heç bir şəkildə narahat olmaz və maraqlanmaz. Ən xeyirlisi nə isə onun reallaşacağını, Allahın razılığını güddüyü təqdirdə mütləq Allahın özünü qoruyacağını, ehtiyacı olan mövzuları və məlumatları özünə çatdıracağını bilir. Çünki müsəlman Allahın hadisələr üzərindəki mütləq hakimiyyətinin varlığını heç vaxt ağlından çıxartmaz. Bir adam nə qədər maraqlansa da Allahın öyrənməsinə izn vermədiyi bir mövzunu əsla öyrənə bilməyəcəyini də dərk edir. Ya da yuxarıda bir qismindən bəhs etdiyimiz bəzi səthi üsullardan istifadə edərək marağını sakitləşdirsə belə bu müddət ərzində vicdanının onu rahat buraxmayacağını, qarşı tərəfdəki insanı ya da insanları aldatmağın, onların yaxşı niyyətlərindən sui-istifadə etməyin narahatlığını həmişə yaşayacağını düşünər. Qarşısındakı adama hiyləgərcəsinə planlanmış bir sual soruşmağa cəhd etsə o anda Allahın özünü gördüyünü, yalan yollarla və qarşısındakı adamı aldatmaqla marağını aradan qaldırmağa çalışdığı hər anda Allahın özü ilə birlikdə olduğunu və bu etdiklərini qarşısına çıxaracağını bilir. Kiçik və səthi bir marağı aradan qaldırmağın özü ilə birlikdə həmişə davam edən bir çətinlik və vicdan əzabı gətirəcəyini bilər və bu vicdani çətinliyi heç bir şəkildə gözə almaz.

Allahdan qorxar və çəkinər. Buna görə də heç bir şəkildə belə səthi bir axtarış içinə girməz. Hətta marağı aradan qaldırmaq məqsədi güdən lazımsız və boş söhbətlərin yanında edilməsinə belə izn verməz. Peyğəmbərimiz (s.ə.v) bir hədisində müsəlmanlara “Allaha və axirət gününə inanan kimsə ya xeyir danışsın, ya da sussun” şəklində öyüd vermişdir. (Tirmizi, Kıyamet 51; Kütüb-ü Sitte, 16-cı cild, səh.376) Başqa bir hədisi-şərifdə isə “Adamın malayani (faydasız boş söz) şeyləri tərk etməsi, İslamının gözəlliyindən qaynaqlanır” deyilmişdir. (Tirmizi, Zuhd 11; Kütüb-ü Sitte, 16-cı Cild, səh.377)

Məhz bu gözəlliyi yaşayan bir müsəlman lazımsız yerə maraqlanaraq öyrənmək istədiyi bir məsələ olsa belə buna öz içində mane olar. Belə bir vəziyyətə düşməyi özünə yaraşdırmaz. Unudulmamalıdır ki, hər kəs insanları aldadaraq, istədiyi mövzu ilə əlaqədar məlumatları müxtəlif üstüörtülü üsullardan istifadə edərək qarşı tərəfdən öyrənməyə çalışa bilər. Ancaq əhəmiyyətli olan, bunu edən adamın bu davranışına öz əxlaqı çərçivəsində bir yer tapa bilməməsidir. Öz əxlaq anlayışıyla bu hiyləgər və maraqlı şəxsiyyəti əlaqələndirə bilməsidir. Çünki sırf bir məlumat əldə edə bilmək üçün Allahın özünü gördüyünü və nə etdiklərindən xəbəri olduğunu bilərək belə bir cəhd edə bilirsə, onda bu, ürəyində yaşadığı Allah qorxusunun güclü olmadığına bir işarə ola bilər.

Ancaq, əlbəttə ki, insanlar üçün faydalı olacaq, bir ehtiyacı aradan qaldıracaq, asanlıq təmin edəcək məlumatların öyrənilməsinin maraqla əlaqəsi yoxdur. Bu, Allahın iman edənləri istiqamətləndirdiyi müsəlmanca bir davranış formasıdır.

Ancaq yuxarıda təfərrüatlarıyla bəhs etdiyimiz, adamın eqoist istəklərini və marağını sakitləşdirmək məqsədini qüvvəyə salan, xəbər araşdırmağa və marağı aradan qaldırmağa istiqamətli bir istintaq forması müsəlmanların anlayışından tamamilə fərqli, səthiliyin gətirdiyi imani həssaslıqlarını müəyyən ölçülərdə itirmiş insanlara xas kobud bir davranışdır.

 

Kübarlaşmaq

 

Düşüncələri səthi düşüncədən uzaq insanların rəftarları da təbii və keyfiyyətlidir. Belə bir insan nə söhbətlərində, nə də hərəkət və mimikalarında süni üsullardan istifadə etməyə ehtiyac duymazlar. Səthi düşüncəli insanların istifadə etdikləri süni üsulların əvvəlində isə kübarlaşmaq gələr. Kübarlaşmak dedikdə, ədəbə uyğun, incə düşüncəli, nəzakətli davranışlar başa düşülməməlidir. Bizim burada bəhs etdiyimiz kübarlaşmaq əslində səthi xarakterə sahib olan bir adamın özünü olduğundan fərqli göstərərək qarşı tərəfə bəyəndirmə səyidir. Adam həqiqi şəxsiyyətini, səthi rəftarlarını və həyatını, öyrənməsini istəmədiyi kəslərin yanında örtmək, gizlətmək üçün kübarlaşmaq üsulundan istifadə edər.

Bu adam özünün səthi olduğunu bilir və bu səthi düşüncəni yanında rahatlıqla  yaşaya biləcəyi kəslər vardır. Özü ilə eyni aşağı səviyyəli mədəniyyətə şərik olan bu insanların yanında kübarlaşmağa ehtiyac duymaz və hətta olduqca avam davrana bilər. Lakin özü kimi olmayan və səthiliyini tanımağından ötrü yanında alçalmaqdan çəkindiyi kəslərin yanında kübarlaşmağa güclü ehtiyac duyar.

Kübarlaşmaq səyi insanları həddindən çox gözündə böyüdən, şəxsiyyəti zəif insanlarda müşahidə olunan və insanı çox cahil və səthi göstərən rəftarlardan biridir. Məsələn, təbii davranan bir insan izah etmək istədiyi bir mövzunu birbaşa bir üslubla izah edər, istədiyi bir şey varsa konkret olaraq deyər. Səthi bir insan isə kübarlaşmağa çalışarkən izah edəcəyi mövzunu bir cür izah edə bilməz, dolayı yollara qaçar və sözü çox uzadar. Xüsusilə də qarşı tərəfdən bir şey istəyəcəyi vaxt xeyli əzilər və rəftarları təbiilikdən uzaqlaşar. Kübarlaşmaq səthi düşüncəli insanın təkcə üslub və söhbətlərində deyil oturmasında, qalxmasında, yemək yemə tərzində, əşyaları tutmağında, hər rəftarında ortaya çıxar. Belə bir adamı görən hər kəs onun 24 saat belə yaşaya bilməyəcəyini bilər. Çünki bu çox aydın görülə bilən təbiilikdən uzaq bir hərəkət tərzidir.

Kübarlaşmaq eyni zamanda rəsmiyyətdən qaynaqlanan bir davranış pozğunluğudur. Əgər bir insan qarşısındakı adamla həmişə kübarlaşaraq danışırsa bu o adamla dost və səmimi olmadığının, onu yad biri hesab etdiyinin açıq bir göstəricisidir. Çünki bu insanlar yaxınlarının məsələn, ailələrinin yanında kübarlaşmağa ehtiyac hiss etməzlər. Onlara etibar etdikləri üçün yanlarında rahat olar, təbii halları necədirsə elə davranarlar. Buna qarşılıq yanında kübarlaşmaq ehtiyacı hiss etdikləri insanlar əslində yanında qısıldıqları və həqiqi şəxsiyyətlərini tanıtmaqda çəkindikləri kəslərdir. Bəzi insanların zənn etdiyi kimi kübarlaşan insanlar qarşılarındakı insana hörmət etdiklərindən bunu etməzlər, əksinə səmimiyyətsizlikdən edərlər.

Bu mövzuda edilməsi lazım olan adamın kübarlaşmağı bir kənara qoyub bu şəkildə səthi xarakterini gizlətmək əvəzinə ondan xilas olmasıdır. Ancaq bu təqdirdə rəftarları normal və keyfiyyətli olacaqdır. Bu isə Quran əxlaqının tam mənada yaşanması ilə mümkün olar.

 

Bəzi səthi düşünən insanların idealı “sadəcə yaşamaq”dir

 

Kiçik yaşlarda bir çox idealı olan bəzi insanlar, böyüyüb yetkinlik yaşına çatdıqda artıq müəyyən məqsədlərinə çatmış, məktəbi başa vurub bir peşəyə yiyələnmiş, evlənib övlad sahibi olmuş, başqa gözləntiləri, arzuları və məqsədləri qalmamış, şövq və həyəcanlarını itirmişlər. Artıq hər kəs içində olduğu şərtlərə və mədəniyyətə görə vaxt keçirir, bəziləri kafelərdə oturaraq, bəziləri sahil kənarında, bazarlarda, parklarda gəzərək, bəziləri isə evində yataraq, televiziyaya baxaraq vaxt keçirirlər. Hər gün dünənki gün kimi olur, beləcə də bu insanların hamısı bir-bir ölümü gözləyən hala gəlirlər.

Belə bir adam səhər gözlərini açdığı vaxt bu günün də digər günlərdən bir fərqi olmadığını düşünər. Necə ki, gözlənildiyi kimi bundan şikayətçi də deyil. Çünki onun yaşadığı hər günün məqsədi, sadəcə ölmədən “sabahısı günə keçə bilmək”dir. Bu ruh halı bəhsi keçən insanların ruhən və fiziki sürətli bir şəkildə əldən düşmələrinə səbəb olar. 55-60 yaşlarında təqaüdçü olmuş bir insan əslində çox yaşlı sayılmaz. Lakin yaxşı və gözəl olan hər şey üçün “artıq gecdir” şəklində ifadə etdikləri dünyagörüşləri, onların özlərini daha çox yaşlı hiss etmələrinə və elə də görünmələrinə səbəb olur. Halbuki, eyni yaşda olub, lakin tam tərsi bir dünyagörüşünə sahib olan içindəki şövqü və həyəcanı heç itirməyən, çalışqan insanlar həmyaşıdlarına nisbətən daha çox gümrah, enerjili və şən ola bilərlər. Necə ki, Quran ayələrində də davamlı işləməyin, hətta heç boş durmamağın faydalarına istiqamətli işarələr vardır. Allah Şərh surəsində iştirak edən ayələrdə belə buyurur:

 

İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut! (Şərh surəsi, 7-8)

 

Səthi düşüncə mədəniyyətində bəzi insanların həyatdan gözlədikləri tək şeyin sadəcə yaşamaq olduğu düşüncəsi, sadəcə yaşlılarda ya da təqaüd yaşında olanlarda deyil, əvvəlcə də ifadə etdiyimiz kimi cəmiyyətin hər təbəqəsində, hər yaş qrupunda müşahidə olunur. İş həyatında müəyyən bir kariyera sahibi olmuş, daha çox yüksəlmək niyyətində olmayan, evlənib övlad sahibi olmuş bəzi kəslərdə də bu dünyagörüşü qismən vardır. Səhər işə gedib axşam evə qayıtmaq, televiziya seriallarına baxmaq və yemək yeyib, yatmaqdan başqa edəcək bir iş və ya məqsədləri olmayan insanlarda da tək məqsəd, bəzi yaşlılarda olduğu kimi “o günü geridə qoymaq”dır.

Bu cür kəslərin həyatlarında asanlıqla bir dəyişiklik, ya da yenilik meydana gəlməz. Özlərini inkişaf etdirmək, ətraflarına fayda vermək kimi gözəl və nəcib düşüncələrə əsla sahib ola bilməzlər. Çünki bu rəftar və düşüncələr həyatlarında dəyişikliklərin meydana gəlməsinə, rejimlərinin pozulmasına səbəb olacaqdır. Bu isə onların mənafeyinə uyğun olmayan bir vəziyyətdir. Onlar heç kimin özlərinə toxunmadan, qurmuş olduqları səthi, monoton rejimləri, kiçik aləmləri içərisində yaşamaq istəyərlər.

Din əxlaqı əvəzinə səthi düşüncə mədəniyyətini yaşayan insanların bəzilərinin heç bir məqsədləri olmadan günlərini keçirdiklərini, sanki ölümü gözlədiklərini görə bilərik. Belə kəslərin bəziləri, pərdələri sona qədər açıq bir pəncərənin qarşısında gün ərzində pijamayla, xələtlə otura bilərlər. Səthi düşüncə mədəniyyəti içində yaşayan və həyatdan heç bir gözləntiləri qalmayan bu insanların məqsədləri “sadəcə yaşamaq”dır. Bunlar həyatlarının məqsədini vicdanlarında sorğu-suala tutmayan, axirətə imanları zəif olan, din əxlaqından uzaq yaşayan kəslərdir. Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq, Onun razı qalacağı saleh əməllər etmək, gözəl əxlaqlı, vicdanlı insanlarla xeyirlərdə yarışıb qabağa keçmək kimi məqsədləri olmadığı üçün bu məqama gəlmiş, özlərinə ola biləcək ən alçaldıcı və səthi ideallardan birini əldə etmişlər. İçinə düşdükləri mənəvi boşluqda dünyəvi ideallarını da bir kənara qoyub, bütün istək və arzularından, göstərdikləri səydən, işləməkdən, istehsal etməkdən həmçinin düşünməkdən belə imtina etmişlərdir. Artıq sadəcə həyatlarını davam etdirəcək qədər bir fəaliyyət göstərirlər.

Bu insanların hamısı başda verdiyimiz nümunədə olduğu kimi dünya ilə əlaqəsini kəsmiş kəslər deyil. Hər gün işinə gedib-gələn bir adam da eyni bir boşluq və monotonluq içində sadəcə o günü keçirməyi qarşısına məqsəd qoya bilər. İşləyən, işləməyən, gənc, yaşlı, kasıb, zəngin, qadın, kişi ayrı-seçkiliyi olmadan, yaradılış məqsədindən uzaq olan bəzi insanlar qarşılarına bu səthi idealı qoymuşlar: Sadəcə yaşamaq.

Lakin öz ağıllarına görə ölüm, gəldikdə dərhal şüurları açılan və dünyadakı həyatlarına geri dönərək saleh əməllər etmək istəyən bu insanlar həyatları ərzində keçirdiyi vaxtı heç düşünmədən, qayğısız bol-bol sərf edən hətta bəlkə də daha bir gün əvvələ qədər “vaxt öldürməyə” çalışan insanlardır. Yaradılış məqsədlərini diqqətdən kənarda qoyub bir ömrü Allaha qulluqdan uzaq keçirmiş, yemək yeyib, yatmış, gündəlik işlərinə davam etmiş və sadəcə yaşamağı məqsəd halına gətirmişlər.

Ancaq bu insanların sonsuz həyatlarında qarşılaşacaqları aqibət belədir:

 

Sən onları bir müddət öz cəhaləti içində burax! Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar. (Müminun surəsi, 54-56)

 

...Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?” – deyən görəcəksən. Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

 

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”. Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” (Müminun surəsi, 106-111)

 

Ruh (Cəbrayıl) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq. O gün, həqiqi bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar! Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 38-40)

 

Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (İnşiqaq surəsi, 10-15)

 

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Huməzə surəsi, 1- 9)

 

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf surəsi, 103-105)

 

Səmimi bir insan səthi düşüncədən necə xilas ola bilər?

 

Səthi düşüncə bütün rəftar və söhbətlərdə əks olunmaqla yanaşı əsasən də ruhda və düşüncədə yaşanan bir problemdir. Buna görə də səthi düşüncədən xilas olmağın yolu rəftarların bir-bir ələ alınıb düzəldilməsi kimi bir üsul deyil. Çünki belə bir vəziyyətdə adam öyrəndiklərindən kənar bir hadisəylə qarşılaşdıqda yenə səthi rəftarlar göstərə biləcəkdir. Üstəlik bildiklərini də tətbiq etməkdə problemlər çıxacaq, çünki bir insanın dünyagörüşü və düşüncələri nə isə rəftarlarına da bu əks olunar. Məntiqini başa düşmədiyi, vacibliyinə inanmadığı bir şeyi tətbiq etməkdə çətinlik çəkər. Halbuki səthiliyin həlli zənn edildiyi kimi vaxt aparan, çətin ya da mürəkkəb bir şey deyil, əksinə olduqca asandır.

Bunun həlli Allahdan qorxmaq və Quran əxlaqını yaşamaqdır. Allaha iman edən və Quranı tam olaraq həyata keçirən hər insan səthi xarakterdən xilas olar. Allahdan lazım olduğu kimi qorxub çəkinməsi, hər an hər yerdə vicdanlı davranması onu səthi düşünməkdən, səthi hərəkət etməkdən tamamilə çəkindirər. Belə bir adam nəfsinə uymaqdan imtina edər və Allahın “nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır”. (Şəms surəsi, 9-10) ayələrində diqqət çəkdiyi kimi nəfsini pisliklərdən təmizləməyə çalışar.

Nəfsin səthi düşüncərinə uymamaq belə bir xarakterdən xilas olmaq istəyən insan üçün əhəmiyyətli bir məsələdir və bu da ancaq Quran ayələrinin tətbiq olunması ilə mümkün olar. Nəfs, insanı aldadan, pisliyə yönəldən, boş və zərərli şeyləri təlqin edən, bir sözlə bir çox səhvin və səthiliyin qaynağıdır. Adamın nəfsindəki eqoistlik duyğusu və böyüklük arzusu, hərisliyi, tamahkarlığı, hirsi və hər cür pis rəftar və düşüncəni hərəkətə gətirər. Səthi düşüncəyə düşməmək, dünya və axirətdə zərər görməmək üçün, nəfsə tabe olmamaq lazımdır. Allah Quranda Musa peyğəmbərin qövmünə verdiyi bir öyüdü belə bildirmişdir:

 

“...Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir...” (Bəqərə surəsi, 54)

 

Nəfslərini təmizləyən insanlar anlayış və yetkinlik əldə edərlər, səthi olan hər şeydən uzaqlaşarlar. Allah Quranda “...Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər”. (Müminun surəsi, 71) ayəsiylə, insanların ancaq Qurana tabe olaraq şərəf qazanacaqlarına diqqət çəkmişdir. Buna görə də Quran ayələrini nöqsansız şəkildə həyata keçirən müsəlmanlar nəcib, şərəfli, hörmətli kəslərdir. Allahın “acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız”. (Ali İmran surəsi, 139) ayəsində bildirdiyi kimi ən üstün xarakter və əxlaq xüsusiyyətlərinə sahibdirlər.

Bu mövzu iman edənlər üçün də olduqca əhəmiyyətlidir, üstündə çox yaxşı təfəkkür etməli, səthi düşüncənin çirkin mədəniyyətini müəyyən mövzularla məhdudlaşmış düşünməməlidirlər. Məsələn, fərqli mühitlərdə fərqli rəftarlar göstərmək, insanların təqdirini ön planda tutaraq hərəkət etmək tipik bir səthi düşüncə nümunəsidir. Gün ərzində adi bir mövzuda kiçik olduğu düşünülən bir yalanı demək, din əxlaqını yaymaq mövzusunda daha yaxşı və daha çox səy sərf edilə biləcəyi halda az bir səy göstərmək, fədakarlıq tələb edən bir vəziyyəti gördüyü halda buna talib olmamaq, gözəl söz deyə biləcəyi halda deməmək, nəfsini təmizə çıxarmağa çalışmaq, insanlarla sancıdıcı söhbətlər etmək, təvazökar olmamaq...

Bütün bunlar və buna bənzər rəftarlar da səthi düşüncə nümunələridir. Zənn edilənin əksinə səthiliyin kiçiyi-böyüyü yoxdur. Bundan xilas olmaq üçün adamın din əxlaqını yaşamaq məsələsində mütləq dürüst olmağa niyyət etməli və müxtəlif bəhanələrlə özünü aldatmaqdan imtina etməlidir. Allah Quranda “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır...” (Maidə surəsi, 16) ayəsiylə qullarına bu qurtuluşu və gözəllikləri vəd etmişdir.

 

...Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

 

Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)

 

Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur.. (Nisa surəsi, 22)

 

page_top